Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4362/2021 05.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı Dadaşov Cavanşı̇ r Salam oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Dadaşov Cavanşı̇ r Salam oğlunun cavabdehlər Sumqayıt Şəhəri üzrə İ̇cra ̇İdarəsinə, “Əmlak İ̇xtı̇ saslaşdırılmış Hərrac Mərkəzı̇ " Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə və "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə 05 avqust 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Dadaşov Cavanşı̇ r Salam oğlu cavabdehlər Sumqayıt Şəhəri üzrə İ̇cra İ̇darəsinə, “Əmlak İ̇xtı̇ saslaşdırılmış Hərrac Mərkəzı̇ » Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə və "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.07.2019-cu il tarixli, Y-198, 198/1, 198/3 nömrəli hərracın nəticələri haqqında protokolların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Dadaşov Cavanşı̇ r Salam oğlu oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-886 saylı 09.01.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və "xxxx" İKF-dan müştərək qaydada Cavabdeh3 QSC-nin xeyrinə 003R000026911 saylı kredit razılaşması üzrə 369139,1 ABŞ dolları məbləğində kredit borcu, 48726,36 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, cəmi 417865,46 ABŞ dolları məbləğində borcun, 003R********** kredit razılaşması üzrə 40958,08 ABŞ dolları məbləğində kredit borcu, 3549,70 ABŞ dollar faiz borcu, 50 ABŞ dollar hesablanmış cərimə, cəmi 44557,78 ABŞ dollar məbləğində borcun, ümumilikdə 462423,24 ABŞ dolları məbləğində borcun 30 manat ödənilmiş dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və 84 manat xidmət haqqı tutulması və tutulmanın banka ipotekaya qoyulmuş əmlaklara yönəldilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1319/72017 saylı 19.12.2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-886 saylı 09.01.2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş, İddiaçı, "xxxx" İKF-dan müştərək qaydada 25.06.2014-cü il tarixli kredit razılaşması 36580 ABŞ dolları 33 sent və 13.02.2015-ci il tarixli 003R********** saylı kredit razılaşması üzrə 3408 ABŞ dolları, 78 sent əsas borca hesablanmış faiz məbləği ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq iddiaçı Cavabdeh3 QSC-nə verilməsi və ipoteka predmetləri olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72 V ünvanda xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən Cavabdeh3 QSC-nin ümumi sahəsi 384,2 kv.m.-dən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 600000 manat, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, 95Q ünvanda yerləşən mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 90000 manat, ünvan 3 ünvanda xüsusi mülkiyyətdə olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 238,0 kv.m. ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 250.000 manat, ünvan 4 ünvanda xüsusi mülkiyyətdə olan ümumi sahəsi 1411,7 kv.m. ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 151000 manat müəyyən edilməsi qət edilmişdir. 18.07.2019-cu ildə ünvan 5 ünvanında "xxxx" tərəfindən Hərracın nəticələri haqqında formal protokollar tərtib edilmişdir. 1-ci Protokol N Y-198-ə əsasən ilkin satış qiyməti 600000 manat müəyyən edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə,ev 72 V,0,06 ha torpaq sahəsi ilə birlikdə 382500 manata alıcı Cavabdeh3 QSC-nə, 2-ci protokol N Y -198/1-ə əsasən ilkin satış qiyməti 250000 manat müəyyən edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 95 V, 0,06 ha torpaq sahəsi ilə birlikdə 159375 manata alıcı Cavabdeh3 QSCnə, 3-cü Protokol N Y -198/3-ə əsasən ilkin satış qiyməti 151000 manat müəyyən edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küç, 105-də yerləşən "xxxx" İKF-na məxsus qeyriyaşayış binası 96262 manata alıcı Cavabdeh3 QSC-yə satılmışdır. Hesab edir ki, "xxxx" tərəfindən ümumiyyətlə hərrac keçirilməmiş, formal olaraq protokollar tərtib edilmışdir. Çünki Mərkəzin nə rəsmi saytında, nə də kütləvi informasiya vasitələrində, onun əməkdaşlıq etdiyi qəzetdə onun mülkiyyətində olan, banka ipoteka etdiyi əmlakların hərraca çıxarılması barədə məlumatlar yerləşdirilməmişdir. İlkin satış qiyməti yarı dəyərindən də aşağı qiymətləndirilmiş əmlaklarının kütləvi informasiya vasitələrində, onun əməkdaşlıq etdiyi qəzetdə mülkiyyətində olan, banka ipoteka etdiyi əmlakların hərraca çıxarılması barədə məlumatlar yerləşdirilməmişdir. İlkin satış qiyməti yarı dəyərindən də aşağı qiymətləndirilmiş əmlaklarının qiymətini aşağı salmaq üçün qəsdən guya 2 dəfə hərrac baş tutmamış, 3-cü dəfə isə əmlaklar banka satılmışdır. O, nə rəsmi, nə də qeyrirəsmi qaydada hərrac keçirilməsi barədə məlumatlandırılmamışdır. Məhkəmə qətnaməsindən sonra 14 min ABŞ dolları birdəfəlik ödəniş etmişdir. Bundan əlavə hər ay banka aylıq ödənişlər etməyə davam etmişdir, pandemiya ilə əlaqədar ödənişləri dayandırmışdır. Banka qətnamədə göstərildiyi qədər borcu yoxdur. Banka ödənişləri davam etməyi ilə əlaqədar daşınmaz əmlakları təmir etmiş, yeni tikililər tikdirmişdir. Bir əmlakın satışı ilə banka olan borcu bağlana bilər. Mərkəzə gedərkən əməkdaş bank tərəfindən ilkin ödənişlərin edilmədiyi bildirərək Hərracın nəticələri barədə protokolların surətini ona verməkdən imtina etmişdir. Ona görə də hesab edir ki, ümumiyyətlə keçirilməyən və formal olaraq kağız üstündə aparılan hərracın nəticələri ləğv olunmalı, həmin əmlakların onun tərəfindən münasib qiymətə satılmasına şərait yaradılmalıdır. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Dadaşov Cavanşı̇ r Salam oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən qaimələr həqiqəti əks etdirmir. Belə ki, o qaimələrdən görünür ki, həmin bildirişlərdə ünvan tam qeyd edilməmiş, məktublar Corat qəsəbəsinə ünvanlanmışdır ki, bu da qeyri-dəqiq ünvandır. Dadaşov Cavanşı̇ r Salam oğlunun həmin məktubları qəbul etməkdən imtina etməsi də uydurmadır. Dadaşov Cavanşı̇ r Salam oğlu həmin ünvanlarda olmuyub ki, həmin məktubları qəbul etməkdən də imtina etsin. Bundan başqa bildiriş ünvanlanan Dadaşov Salam Yusif oğlu isə rəhmətə getmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı Cavabdeh3 QSC ilə bağladığı 24.06.2014-cü il tarixli 03L000010300 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (iki milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə İddiaçı Cavabdeh3 QSC ilə bağladığı 25.06.2014-cü il tarixli 03R000026911 saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 480000 (dörd yüz səksən min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01.02.2016-cı il tarixdən banka qaytarmamışdır. İddiaçı götürdüyü kredit borcundan 110860.90 ABŞ dolları ödəmiş, onun 369139.10 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, İddiaçı kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 24.11.2016-cı il tarixə 297 gün üçün hesablanmış faiz borcu 48726.36 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 24.11.2016-cı il tarixə 297 gün üçün hesablanmış cərimə 121267.26 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə İddiaçı Cavabdeh3 QSC ilə bağladığı 13.02.2015-ci il tarixli 003R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 13.06.2016-cı il tarixdən banka qaytarmamışdır. İddiaçı götürdüyü kredit borcundan 9041.92 ABŞ dolları ödəmiş, onun 40958.08 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qavtarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, İddiaçı kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 24.11.2016-cı il tarixə 164 gün üçün hesablanmış faiz borcu 3549.70 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və onu hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 məbləğində cərimə ödəməlidir. 24.11.2016-cı il tarixə 164 gün üçün hesablanmış cərimə 12234.44 ABS Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Dadaşov Salam Yusif oğlu 24.06.2014-cü il tarixli 03S000021443 saylı zaminlik müqaviləsinə və "xxxx" İstehsal- Kommersiya Firması 11.02.2015-ci il tarixli 003S**********01 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu İddiaçı ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Həmçinin, kredit xətti müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan İddiaçı ilə Bank arasında bağlanılmış 24.06.2014-cü il tarixli 03M000001631 saylı ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllədə İddiaçı mülkiyyətindəki 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən, 384.2 kv.m ümumi sahədən ibarət 72V nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin, kredit xətti müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan İddiaçı ilə Bank arasında bağlanılmış 24.06.2014-cü il tarixli 03M000001632 saylı ipoteka müqaviləsinə əsasən Sumqayıt səhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, 95Q ünvanda İddiaçı mülkiyyətindəki 0.06 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin, kredit xətti müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan İddiaçı ilə Bank arasında bağlanılmış 01.07.2014-cü il tarixli 03M000001647 saylı ipoteka müqaviləsinə əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74cü məhəllədə İddiaçı mülkiyyətindəki 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 238 kv.m ümumi sahədən ibarət 95V nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin, kredit xətti müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan İddiaçı ilə Bank arasında bağlanılmış 11.02.2015-ci il tarixli 003M**********01 saylı ipoteka müqaviləsinə əsasən, ünvan 7 ünvanda "xxxx" İstehsal-Kommersiya Firmasının mülkiyyətindəki 1411.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası (həyətyanı tikili və qurğular daxil olmaqla) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1319/2017, 12.03.2018-ci il tarixli icra sənədinə əsasən ipoteka predimeti olan əmlakların açıq hərrac vasitəsi ilə realizə edilməsi üçün hərrac təşkilatı olan "xxxx" MMC-yə sifariş verilmişdir. Açıq hərraclar keçirilmiş və alıcı olmadığından İpotakasaxlayan Cavabdeh3 QSC-yə təklif edilmişdir. Belə ki, 18.07.2019-cu il tarixində X9 üzrə Protokollar və 18.07.2019-cu il tarixli Alqı-Satqı müqavilələri imzalanmışdır. Hərraclar keçirilən zaman İpoteka qoyanlara xəbərnaməli poçt vasitəsi ilə Hərracın keçirilməsinə dair bildirşlər göndərilmişdir və ipoteka qoyan bildirişlərin imzalanıb qəbul edilməsindən bilərəkdən imtina etmişdir və bildirişlərdə bu hal xüsusi qeyd edilmişdir. Bundan başqa ipotekaqoyanlar və borclu olan şəxslər bankla, hərrac barədə və borcun bağlanması barədə daimi ünsiyyətdə olmuşlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 18.07.2019-cu il tarixli alqı-satqı müqavilələrinin və protokolların imzalandığı vaxtdan iki il müddətin keçməsi aşkardır. Mülki Məcəlləsinin qeyd edilən normasına əsasən İddiaçı iddia qaldırmaq üçün müəyyən olunmuş müddəti ötürdüyü açıqaşkar məlumdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia tələbi əsassız olmaqla yanaşı həm də iddia müddəti tətbiq olunmaqla iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Bütün bunlardan görünür ki, verilən bu iddia ərizəsi tam əsassız olduğu iddiaçıya da çox yaxşı aydındır, iddia verməkdə məqsəd Bank qarşısında götürülmüş öhdəliklərdən yayınmaq, icra sənədinin icrasına mane olmaq və əlavə vaxt qazanmaqdır. Nümayəndə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Sumqayıt Şəhəri üzrə İ̇cra İ̇darəsinin və “Əmlak İ̇xtı̇ saslaşdırılmış Hərrac Mərkəzı̇ » Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə işə həmin tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 23.04.2021-ci il tarixli 579 nömrəli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 74, ev 95V-də qeydiyyatdadır. İş materiallarında olan “Əmlak İ̇xtı̇ saslaşdırılmış Hərrac Mərkəzı̇ "nin hərracın nəticələri haqqında 18.07.2019-cu il tarixli, Y-198 nömrəli protokoluna əsasən ilkin satış qiyməti 600000 manat müəyyən edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72V, 0,06 ha torpaq sahəsi ilə birlikdə 382500 manata alıcı Cavabdeh3 QSC-yə satılmışdır. İş materiallarında olan “Əmlak İ̇xtı̇ saslaşdırılmış Hərrac Mərkəzı̇ "nin hərracın nəticələri haqqında 18.07.2019-cu il tarixli, Y-198/1 nömrəli protokoluna əsasən ilkin satış qiyməti 250000 manat müəyyən edilmiş ünvan 3, 0,06 ha torpaq sahəsi ilə birlikdə 159375 manata alıcı Cavabdeh3 QSC-yə satılmışdır. İş materiallarında olan “Əmlak İ̇xtı̇ saslaşdırılmış Hərrac Mərkəzı̇ "nin hərracın nəticələri haqqında 18.07.2019-cu il tarixli, Y-198/3 nömrəli protokoluna əsasən ilkin satış qiyməti 151000 manat müəyyən edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küç, 105də yerləşən "xxxx" İKF-na məxsus qeyri-yaşayış binası 96262 manata alıcı Cavabdeh3 QSC-yə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Aztexinventarlaşdırılma İstehsalat Birliyinin 122 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən istehsalat sexi X5 firmasının adına mülkiyyət hüququ əsasında bütöv payla 25.04.1997-ci ildə qeydə alınmışdır. İş materiallarında olan X6 firmasının 03.10.2014-cü il tarixli qərarının surətindən görünür ki, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun notariusu Ə.İ.Bünyatov tərəfindən təsdiq edilmiş 03.10.2014-cü il tarixli 3M-376 nömrəli təsisçi payının alqı-satqı müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 19.04.1996-cı il tarixdə 28997 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış X5 firmasının yeganə təsisçisi hesab edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-886/2017 saylı, 09 yanvar 2017-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh3 QSC-nin cavabdehlər İddiaçı, Dadaşov Salam Yusif oğluna, X2 və "xxxx" İKF-na qarşı borc tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı, Dadaşov Salam Yusif oğlu və "xxxx"İKF-dan müştərək qaydada Cavabdeh3 QSC-nin xeyrinə 003R000026911 saylı kredit razılaşması üzrə 369139,1 ABŞ dolları məbləğində kredit borcu, 48726,36 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, cəmi 417865,46 ABŞ dolları məbləğində borcun, 003R********** kredit razılaşması üzrə 40958,08 ABŞ dolları məbləğində kredit borcu, 3549,70 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları hesablanmış cərimə, cəmi 44557,78 ABŞ dollar məbləğində borcun, ümumilikdə 462423,24 ABŞ dolları məbləğində borcun 30 manat ödənilmiş dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və 84 manat xidmət haqqının tutulması və tutulmanın İddiaçı məxsus olan və banka ipotekaya qoyulmuş Sumqayıt səhəri, Corat qəsəbəsi. 73-cü məhəllədə yerləşən 95V nömrəli fərdi yaşayış evinə, X5 firmasına məxsus olan və banka ipotekaya qoyulmuş, ünvan 8 ünvanında olan 1411,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, torpaq sahələrinin və fərdi yaşayış evlərinin açıq hərracda satılması, əldə edilən vəsait hesabına Cavabdeh3 QSC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlər, cərimə, dövlət rüsumunun, bildirişin və xidmət haqqının ödənilməsi, hərracdan əldən olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun İddiaçı, Dadaşov Salam Yusif oğlu, X4 və "xxxx" İKF-dan müştərək qaydada tutulması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra , Dadaşov Salam Yusif oğlu, X1 həmin əmlaklara istifadə hüququnun itirilməsi, torpaq sahəsi fərdi yaşayış evləri və qeyri-yaşayış sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi, qalan hissədə iddia tələbinin rədd edilməsi, ödənilən məbləğin qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə hesablanması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105-1319/2017 saylı, 26 dekabr 2017-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Accessbank» QSC-nin apelyasiya şikayəti təmin edilməmiş, cavabdehlər İddiaçı, Dadaşov Salam Yusif oğlu, X4 və "xxxx" İKF-nın apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-886/2017 saylı, 09 yanvar 2017-cı il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdehlər İddiaçı, Dadaşov Salam Yusif oğlu və "xxxx" İKF-dan müştərək qaydada 003R000026911 saylı 25.06.2014-cü il tarixli kredit razılaşması üzrə 36580, ABŞ dolları və 33 sent, 13.02.2015-ci il tarixli 003R********** kredit razılaşması üzrə 3408 ABŞ dolları və 78 sent əsas borca hesablanmış faiz məbləği ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq iddiaçı Cavabdeh3 QSC-yə verilməsi, ipoteka predmetləri olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllədə 72V ünvanda xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 348,2 kv.m-dən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 600000 manat, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllədə 95Q ünvanda yerləşən mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 90000 manat, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllədə 95V ünvanda yerləşən mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 238 kv.metrdən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 250000 manat, ünvan 12 ünvanda xüsusi mülkiyyətdə olan ümumi sahəsi 1411,7 kv.m ibarəy qeyri-yaşayış binasının ilkin satış qiymətinin 151000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlər İddiaçı, Dadaşov Salam Yusif oğlu, X4 və "xxxx" İKF-dan müştərək qaydada məhkəmə mühasibatlıq tədqiqatının dəyəri olan 200 manatın tutularaq Azərbaycan Respublikası Ədlyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin və 400 manat alınaraq Əmlak Ekspert Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında olan 1411,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 QSC-nin adına ********** qeydiyyat nömrəsi ilə 05.09.2019-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt səhəri, Corat qəsəbəsi. 73cü məhəllədə yerləşən 72V nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 QSC-nin adına ********** qeydiyyat nömrəsi ilə 03.09.2019-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt səhəri, Corat qəsəbəsi. 74cü məhəllədə yerləşən 95 V nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 QSC-nin adına ********** qeydiyyat nömrəsi ilə 03.09.2019-cu il tarixdə qeydə alınmışdır. İş materialllarına əlavə edilmiş 17.05.2019-cu il tarixli 576 nömrəli bildirişin surətindən görünür ki, “Əmlak İ̇xtı̇ saslaşdırılmış Hərrac Mərkəzı̇ " MMC tərəfindən Sumqayıt səhəri, Corat qəsəbəsi, 73-cü məhəllədə yerləşən 72V nömrəli fərdi yaşayış evinin, Sumqayıt səhəri, Corat qəsəbəsi, 74-cü məhəllədə yerləşən 95 V nömrəli fərdi yaşayış evinin, ünvan 8 ünvanında olan 1411,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətləri göstərilməklə satışın həyat keçirilməsi üçün açıq hərracın 12.06.2019-cu il tarixdə saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza 3-cü Korpus 6-cı mərtəbədə təşkili ilə əlaqədar "xxxx" QSC-yə, İddiaçı, X2, Dadaşov Salam Yusif oğluna və "xxxx" İKF-yə bildirişlər ünvanlanmışdır. İş materialllarına əlavə edilmiş 14.06.2019-cu il tarixli 644 nömrəli bildirişin surətindən görünür ki, “Əmlak İ̇xtı̇ saslaşdırılmış Hərrac Mərkəzı̇ " MMC tərəfindən Sumqayıt səhəri, Corat qəsəbəsi, 73-cü məhəllədə yerləşən 72V nömrəli fərdi yaşayış evinin, Sumqayıt səhəri, Corat qəsəbəsi, 74-cü məhəllədə yerləşən 95 V nömrəli fərdi yaşayış evinin, ünvan 8 ünvanında olan 1411,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətləri göstərilməklə satışın həyat keçirilməsi üçün açıq hərracın 25.06.2019-cu il tarixə saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza 3-cü Korpus 6-cı mərtəbədə təşkili ilə əlaqədar Cavabdeh3 QSC və İddiaçı, X2, Dadaşov Salam Yusif oğluna və "xxxx" İKF-yə bildirişlər ünvanlanmışdır. İş materialllarına əlavə edilmiş 142527, 142532, 142531, 142526, 142071, 142072 nömrəli qaimələrin surətindən görünür ki, “Əmlak İ̇xtı̇ saslaşdırılmış Hərrac Mərkəzı̇ " MMC tərəfindən göndərilən bildirişləri ünvanlandığı şəxslər qəbul etməkdən imtina etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi hərrac keçirən təşkilatın nə rəsmi saytında, nə də kütləvi informasiya vasitələrində banka ipoteka etdiyi əmlakların hərraca çıxarılması barədə məlumatların yerləşdirilməməsinə, nə rəsmi, nə də qeyri-rəsmi qaydada hərrac keçirilməsi barədə məlumatlandırılmamasına istinad etmişdir. Lakin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair iddia ərizəsinə hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə prosesinin gedişində məhkəməyə təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.). “İpoteka haqqında” Qanununa əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, mübahisələndirilən hərraclarla bağlı 17.05.2019-cu il tarixdə və 14 iyun 2019-cu il tarixdə İddiaçı və digər şəxslərə bildirişlər ünvanlanmış, həmin bildirişlər 142527, 142532, 142531, 142526, 142071, 142072 nömrəli qaimələrə əsasən ünvanlandığı şəxslər tərəfindən qəbul edilməkdən imtina edilmişdir. Göstərilənlərə və işdə olan sübutlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Dadaşov Cavanşı̇ r Salam oğlunun cavabdehlər Sumqayıt Şəhəri üzrə İ̇cra İ̇darəsinə, “Əmlak İ̇xtı̇ saslaşdırılmış Hərrac Mərkəzı̇ " Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə və "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Dadaşov Cavanşı̇ r Salam oğlunun cavabdehlər Sumqayıt Şəhəri üzrə İ̇cra İ̇darəsinə, “Əmlak İ̇xtı̇ saslaşdırılmış Hərrac Mərkəzı̇ » Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə və "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4362/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4362/2021
05.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver