Məhkəmə qərarları › İş №2(060)-4364/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4364/2020

29.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4364/2020 29.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı məhkəməyə müraciət edərək, elektrik enerjisinə görə yaranmış 200 manat borcun iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar olaraq silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 72 ünvanında yerləşən 492 saylı fərdi ev mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh tərəfindən tərtib edilmiş abunə haqqında arayışda mərhum həyat yoldaşı X2 adı qeyd olunmuşdur. Həyat yoldaşı xx.xx.2013-cü ildə vəfat etmişdir. Həmin evə elektrik enrejisinə görə 200 manat borc hesablanmışdır. Həmin borc 2015-ci ildən əvvəlki dövrə aiddir. Qeyd olunanlara əsasən X1yə görə hesablanmış 200 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 72 ünvanında yerləşən 492 saylı fərdi yaşayış evi **********00524 saylı kodla xx.xx.2002-ci il tarixindən M.Babayev adı ilə abonent qeydiyyatındadır. Həmin mənzilə xx.xx.2008-ci ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. xx.xx.2018-ci il tarixində enerji təchizatı təşkilatının əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və “EEİQ”-na riayət olunmasına baxış keçirilərkən abonentin mənzilinə məxsus elektrik hesabat sayğacının çıxış “faz” xəttinin sıxacı əriyərək istismara yararsız aşkar edilmiş və 124797 saylı akt tərtib olunmuşdur. İtirilmiş enerjinin bərpası məqsədilə akta görə 719KVt/s(50,33 manat) abonentlə qarşılıqlı hesablaşmaya daxil edilmişdir. xx.xx.2019-cu il tarixində yeni PAUD-MP-106 tipli **********2 nömrəli ******* dövlət möhürlü “Smart-kart” sayğacı quraşdırılaraq istismara verilib. Abonentin xx.xx.2020-ci il tarixinə enerjitəchizatçı təşkilata “xxxx” ASC dövründə yaranmış 142,81 manat borca əsasən enerjitəchizatçı təşkilata 168,59 manat borcu vardır. Qeyd olunan halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı arasında olan nikah xx xxxx 1976-cı ildə bağlanmışdır. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2013-cü ildə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında 347 nömrəsi ilə qeyd edilmişdir. - abunə haqqında çıxarışdan görünür ki, iddiaçının 2015-ci il tarixədək 196,09 manat borcu olmuşdur. -“xxxx” ASC-nin X7 Təchizatı və Satışı İdarəsinin 50-01/390 saylı, xx xxxxxxx 2020ci il tarixli məktubundan görünür ki,Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 72 ünvanında yerləşən 492 saylı fərdi ev **********00524 saylı kodla xx.xx.2002-ci il tarixindən M.Babayev adı ilə abonent qeydiyyatındadır. Həmin mənzilə xx.xx.2008-ci ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. xx.xx.2018-ci il tarixində enerjitəchizatı təşkilatının əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və “EEİQ”-na riayət olunmasına baxış keçirilərkən abonentin mənzilinə məxsus elektrik hesabat sayğacının çıxış “faz” xəttinin sıxacı əriyərək istismara yararsız aşkar edilmiş və 124797 saylı akt tərtib olunmuşdur. İtirilmiş enerjinin bərpası məqsədilə akta görə 719KVt/s(50,33 manat) abonentlə qarşılıqlı hesablaşmaya daxil edilmişdir. xx.xx.2019-cu il tarixində yeni PAUD-MP-106 tipli **********2 nömrəli ******* dövlət möhürlü “Smart-kart” sayğacı quraşdırılaraq istismara verilib. Abonentin xx.xx.2020-ci il tarixinə enerjitəchizatçı təşkilata “xxxx” ASC dövründə yaranmış 142,81 manat borca əsasən enerjitəchizatçı təşkilata 168,59 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 72 ünvanında yerləşən 492 saylı fərdi ev **********00524 saylı kodla xx.xx.2002-ci il tarixindən M.Babayev adı ilə abonent qeydiyyatındadır. Həmin mənzilə xx.xx.2008-ci ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. İddiaçının 196,09 manat borcu vardır. Həmin borc 2015-ci ilədək olan dövrü əhatə edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq (orta gündəlik elektrik enercisi sərfinə uyğun hesablama məişət abonenti istisna olmaqla hesablanır) əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanmış 168,59 manat borc silinməlidır. İddiaçının mənzilinə işlədicilərin gücünə görə orta sərfiyyat əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 196,09 manat borc hesablanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh “xxxx” ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını müəyyən etdiyi hallara tətbiq edərək bildirir ki, istehlakçı tərəfindən istifadə edilən elektrik enerjisinin dəyərinin ödənilməsi vaxtaşırı edilən ödənişlər növünə aiddir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının 2015-ci il tarixdən əvvələ yaranmış X1yə görə edilməli olan ödənişlərin tələb etmə müddəti cavabdehin hərəkətsizliyi səbəbindən ötürülmüşdür. Odur ki, həmin hissədə iddiaçının öhdəliyinə xitam verilməlidir. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumuda qismən təmin edilməli cavabdehdən 16,8 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki. “xxxx” ASC tərəfindənİddiaçı yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 72 ünvanında yerləşən 492 saylı fərdi evə aid olan **********00524 abonent koduna hesablanmış 196,09 manat borc silinməli və iddianın verilməsinə görə 19,6 manat dövlət rüsumu cavabdeh “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. "xxxx” ASC tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 72 ünvanında yerləşən 492 saylı fərdi evə aid olan **********00524 abonent koduna hesablanmış 196,09 manat borc silinsin. İddianın verilməsinə görə 19,6 manat dövlət rüsumu cavabdeh “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar