Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4413/2020 19.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında nəzərdə tutulan borcdan 334 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrindən təxris olduğundan sonra ünvan 1 ünvanında X4 məxsus mənzildə ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Kirayəyə verən X1 rayonundan məcburi köçkündür, özü isə kirayəçi olaraq Zəngilan rayonundan məcburi köçkündür. 2012-ci ilin avqsut ayından 2019-cu ilin avqust ayına kimi ünvan 1 ünvanında kirayədə yaşamışdır. Kirayə verən və onunla bağlanmış rəsmi kirayə müqaviləsi mövcuddur. 2017-ci ilədək bu ünvanda heç bir idarə və müəssisə ondan kommunal pulu istəməmişdir. Buna səbəb isə həm ev sahibi, həm də məcburi köçkün olması idi. 2016-cı ildə məcburi köçkünlərə verilən kommunal güzəşt ləğv olunduqdan sonra hər ay kommunal xidmətlərin pulunu ödəmişdir. 2019-cu ilin avqust ayında kirayəyə verən Məmmədova Nuridə ona bildirmişdir ki, evini satıb, buna görə də məcbur olub başqa ünvana köçmüşdür. 2019-cu ilin sentyabr ayında evə görə 417 manat su borcu aşkar edilib. Araşdırmasına görə 417 manat pulun 334 manatı 2012ci ildən 2017-ci il yanvar ayı ilə aradakı müddətə düşür ki, hansı ki bu müddətdə su pulu məcburi köçkün kimi güzəşt olunurdu. O, Məmmədova Nuridə xanımın həyat yoldaşına 73 manat pulu nağd vermişdir. Bundan sonra qalan 334 manat borcu sildirmək üçün cavabdeh təşkilata müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, ünvan 1 Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin abonent bazasında abonent kimi xx.xx.2002-ci il tarixdən Nuridə Məmmədovanın adına bağlanmış müqavilə (№ 30431961) ilə “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunur. Hazırda xx.xx.2020-ci il tarixə həmin ünvanın “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadəyə görə 427,99 manat borcu qalmışdır. Qeyd olunan ünvanda xx.xx.2002-ci il tarixdə kod açılaraq 3 nəfər ailə tərkibinə görə normativ qaydada hesabat aparılmışdır, xx.xx.2018-ci il tarixdə 502308 saylı su sayğacı quraşdırılmıdır. 2019-cu ilin iyul ayında abonent məcburi köçkün olması barədə arayış təqdim etmiş və abonent bazasında 2 nəfər qeydiyyata alınmışdır. Məlumat üçün bildirilir ki, xx.xx.2017-ci il tarixdə məcburi köçkünlər üçün nəzərdə tutulmuş limit ləğv olunmuşdur. Hazırda qeyd olunan ünvanda hesabat sayğac göstərilərinə uyğun aparılır. Cavabdeh ASC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş-xəbərdarlıq göndərilir. Lakin, iddiaçı xidmətlərindən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. Bu deyilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: xx.xx.2020-ci il tarixli Abonent kartından görünür ki, ünvan 1 ünvanında (abonent kodu **********160) 420,49 manat borc vardır. Abonent kartından həmçinin görünür ki, xx.xx.2002-ci il tarixli müqavilə üzrə abonent Nuridə Məmmədovadır. xx.xx.2018-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi haqqında kirayə müqaviləsindən görünür ki, kirayəyə verən X5 özünə məxsus Sumqayıt şəhəri, 4-cü mkr, 27A/4 saylı evin 16 saylı mənzilini kirayəçi İddiaçı kirayəyə vermişdir. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsi müəyyən edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırlmalıdır. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırkı halda ərizəçi subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisə predmeti olan mənzil X2 mülkiyyətində olmaqla, kirayə müqaviləsi əsasında ərizəçinin (İddiaçı) müvəqqəti istifadəsinə verilmiş, bununla da kirayəçinin həmin mənzil üzərində hər hansı mülkiyyət hüququ yaranmamışdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən işə irəli sürülmüş tələblər üzrə baxaraq hesab edir ki, ərizəçi tələb üzrə subyektiv hüquqa malik olmadığından iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4413/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4413/2020
19.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver