Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4413/2025 04.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi tələbinə dair mülki işə, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək tərəflərindən iddiaçının mərhum atası Zeynal-X2 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab olunaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən əmlak iddiaçının atası Zeynal-X5 mülkiyyətindədir. İddiaçının atası Zeynal-X11 xx.xx.2004-cü ildə vəfat etmişdir. Zeynal-X5 qanun üzrə vərəsəsi iddiaçı X16 oğlu, X28, X24 qızı, X29r. Vəsiyyətnamə üzrə vərəsəsi nəvəsi X14r. İddiaçının atası X16 oğlu mirası faktiki olaraq qəbul etmişdir və orada yaşayır. Belə ki, iddiaçı mirası qəbul etmək üçün 6 ay müddətin olduğundan xəbərsiz idi. Mərhumdan qalmış miras əmlakının qəbulu ilə əlaqədar o, 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etsə də, müddət ötürüldüyünə görə iddiaçıya imtina verilmişdir. Ona görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə cavabdeh 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadə verərək bildirdi ki, babası və nənəsinin onu böyüdüb, vəsiyyət ona verilmişdir, özü evli olduğu üçün mirasa ehtiyacı yoxdur. İddiaçı ilə aralarında bu barədə heç bir mübahisə yoxdur. Məhkəmə iddiaçının nümayəndəsi, iddiaçının nümayəndəsi və vəkilinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilən sorğuya xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, xx.xx.2004-cü ildə vəfat etmiş Zeynal-X7 oğlu X16 oğludur. - 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisin tərəfindən xx.xx.2025-ci il tarixli 1388 saylı iddiaçıya ünvanlanmış məktubdan görünür ki, X3 mirasın qəbulu faktının müəyyən olunmasına və ya mirasın qəbul edilməsi vaxtının uzadılmasına dair ərizə ilə müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - AZ-İ № 095155 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 oğlu xx.xx.2004-cü ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004-cü ilin may ayının 14-cü günündə 649 nömrəsi ilə qeyd aparılmışdır. - xx.xx.2025-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, X8 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda qeydiyyatsız yaşayırlar. - xx.xx.1997-ci il tarixli vəsiyyətnamədən görünür ki, X9 oğluna məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak X15 vəsiyyət edilmişdir. - Azərbaycan Respublikasının qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak X9 oğluna məxsus olmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə atası Zeynal-X4 miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin notariat ofisi imtina etmişdir, ona görə ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. İddiaçının hüquqi savadı olmadığından, mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Zeynal X6-X7 qanun üzrə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə iddiaçı Zeynal X6-X7 qanun üzrə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı X8 mirasın qəbul edilməsi üçün qanunla buraxılmış müddəti üzrlü hesab edilərək bərpa edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı X1 xx.xx.2004-cü il tarixdə ölmüş atası Zeynal-X4 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla buraxılmış müddətin ötürməsi üzrlü hesab edilərək bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-4413/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4413/2025
04.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver