Məhkəmə qərarları › İş №2(060)-4416/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4416/2020

23.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4416/2020 23.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X12rşı hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, sahəsi 0,62 ha olan 914 və 915 saylı pay torpaq sahələrinə dair xx.xx.1999-cu il tarixli JN: 9xx xxx 60607018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktındakı adı «Ərkinaz», ata adı «Allahverdi», soyadı isə «Əliyev» kimi və sahəsi 0,30 ha olan 112A saylı pay torpaq sahəsinə dair 2004-cü il tarixli JN:112A KOD 60607018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı «Tutu», ata adı «Fərəc», soyadı isə «Əliyev» kimi qeyd edilmiş anasının adının «Tutu», ata adının «Fərəc» və soyadının «Əliyeva» olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sona Ərizəçi iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə verərək xx.xx.1999-cu il tarixli JN: 9xx xxx 60607018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının və 2004-cü il tarixli JN:112A KOD 60607018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin anası X17 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, o, xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur. X7, anası isə X18r. Valideynləri qabaqcadan rəsmi nikaha girməsələr də, xx xxxxxx 1958-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Atası xx.xx.1998ci il tarixdə, anası isə xx.xx.2004-cü il tarixdə Füzuli rayonu Bəhmənli kəndində vəfat etmişlər. X6 və anası X17 Füzuli rayonu X8 xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə sahəsi 0,62 ha olan 914 və 915 saylı pay torpaq sahəsi verilmişdir. Valideynlərinin həmin torpaq sahəsinə hüquqları xx.xx.1999-cu il tarixli JN:9xx xxx 60607018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə qeydiyyata alınmışdır. Eləcə də, anası X17 Füzuli rayonu X8 xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə sahəsi 0,30 ha olan pay 112A saylı torpaq sahəsi (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi) verilmişdir. Anasının həmin torpaq sahəsinə hüquqları 2004-cü il tarixli JN: 112A KOD 60607018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qeydiyyata alınmışdır. Lakin hər iki torpaq sahəsinə hüquqmüəyyənedici sənəddə anasının adı, ata adı və soyadı düzgün yazılmamışdır. Belə ki, sahəsi 0,62 ha olan 914 və 915 saylı pay torpaq sahələrinə dair xx.xx.1999-cu il tarixli JN: 9xx xxx 60607018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında anasının adı «Ərkinaz», ata adı «Allahverdi» soyadı isə «Əliyev» kimi qeyd edilmişdir. Sahəsi 0, 30 ha olan 112A saylı pay torpaq sahəsinə dair 2004-cü il tarixli JN: 112A KOD 60607018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə anasının adı «Tutu», ata adı «Fərəc», soyadı isə «Əliyev» kimi qeyd edilmişdir. Anasının adının, ata adının və soyadının düzgün yazılmaması səbəbindən həmin torpaq sahələrinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala və bununla əlaqədar vərəsəlik hüququnu həyata keçirə bilmir. Anasının adının, ata adının və soyadının düzgün yazılmaması faktının məhkəmədən kənar müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, anasının adının, ata adının və soyadının düzgün yazılmaması üçün müvafiq düzəliş aparılması üçün müraciət etsə də, sənədlərdə düzəliş edilməsi mümkün olmamışdır. Torpaq sahələrinin mülkiyyətə verilməsi barədə sənədlərdə anasının adının, ata adının və soyadının başqa şəkildə düzgün yazılması mümkün deyildir. Ona görə də mübahisəli sənədlərin anası X17 məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bu ona həmin torpaq sahələrinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün lazımdır. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X25 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan İ-İE 325742 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə doğulmuş, X7, anası isə X18r. X22 xx.xx.1998-ci il tarixdə, X23 isə xx.xx.2004-cü il tarixdə Füzuli rayonu Bəhmənli kəndində ölmüşdür. (işdə olan AZ-İİ 041415 və 041416 saylı ölüm haqqında şəhadətnamələrin surətinə əsasən) İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-112A, KOD 60607018 saylı şəhadətnamənin surətindən görünür ki, X19 və X17 Füzuli rayonu X8 xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə sahəsi 0,62 ha olan 914 və 915 saylı pay torpaq sahəsi verilmişdir. X1 “X26” kimi yazılmışdır. İş materiallarına əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-915, KOD 60607018 saylı dövlət aktından görünür ki, X19 və X17 Füzuli rayonu X8 xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə sahəsi 0,30 ha olan pay 112A saylı torpaq sahəsi (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi) verilmişdir. T.Əliyevanın həmin torpaq sahəsinə hüquqları 2004-cü il tarixli JN: 112A KOD 60607018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qeydiyyata alınmışdır. Həmin X1 “X5” kimi yazılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 3037 nömrəli akt qeydinin surətinə əsasən, X22 ilə X23 xx.xx.1958-ci il tarixdə Yevlax rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 48 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan Füzuli rayon İcra Hakimiyyəti Böyük Bəhmənli kəndi üzrə İcra Nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 2511 nömrəli arayışından görünür ki, X3 və kimliyi torpağın mülkiyyətə verilməsinə dair 112A KOD 60607018 saylı şəhadətnamdə texniki səhv olaraq X10 yazılmışdır. Həqiqətən də onun soyadı və kimliyi X18r. İş materiallarına əlavə olunmuş Füzuli rayon İcra Hakimiyyəti Böyük Bəhmənli kəndi üzrə İcra Nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 2512 nömrəli arayışından görünür ki, X3 və kimliyi torpağa mülkiyyət hüququna dair İN-9xx xxx 60607018 saylı Dövlət Aktında texniki səhv olaraq X2 yazılmışdır. Həqiqətən də onun soyadı, ata adı və adı X18r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X25 xx.xx.2020-ci il tarixli, **********20 saylı məktubu ilə Ərizəçi məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti Böyük Bəhmənli kəndi üzrə İcra Nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 2088 nömrəli arayışına əsasən X16 ailə üzvləri arvadı X23, oğlu Ərizəçi, oğlu X24 və qızı X9 ibarətdir. Məhkəməyə ünvanlanmış Azərbaycan Respublikası Dövlət X11 xx.xx.2020-ci il tarixli, 08 nömrəli məktubundan görünür ki, Ərizəçi məxsus Füzuli rayon X8 xx.xx.1998-ci il tarixli 08 saylı qərarı Dövlət Arxivinin Füzuli filialına təhvil verilməmişdir. Məhkəmənin sorğusu əsasında məhkəməyə ünvanlanmış Yevlax rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 05/Q-639 nömrəli məktubunda qeyd olunmuşdur ki, X22 və X15 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikahın pozulması haqqında akt qeydi aşkar edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin atası Ərizəçi atası X4 Tutu Fərəc qızı ilə nikaha daxil olmuş, vəfat edənə kimi onlarına nikahlarına xitam verilməmişdir. M.Əliyevin ailə üzvləri arvadı X23, oğlu Ərizəçi, oğlu X24 və qızı X9 ibarət olmuşdur. Sözügedən sənədlərdə X16 adı düzgün qeyd edilsə də, onun ailə üzvü X15 adı texniki səhv nəticəsində düzgün qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1999-cu il tarixli JN: 9xx xxx 60607018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının və 2004-cü il tarixli JN:112A KOD 60607018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X17 məxsus olması faktı Ərizəçi izahatı və işdə olan digər sənədlərlə təsdiq olunur. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1999-cu il tarixli JN: 9xx xxx 60607018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının və 2004-cü il tarixli JN:112A KOD 60607018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X17 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1999-cu il tarixli, JN: 915, KOD 60607018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının və 2004-cü il tarixli, JN:112A, KOD 60607018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X17 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar