Məhkəmə qərarları › İş №2(060)-4435/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4435/2021

25.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4435/2021 25.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Qənbərli Əsəd Eldar oğlunun katibliyi, İddiaçı iştirak ilə İddiaçı cavabdeh «Cavabdeh» İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 25 may 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh «Cavabdeh» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22.09.2020-ci il tarixli, ******* nömrəli akta əsasən abonent saldosunda göstərilən 216 (iki yüz on altı) manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maralgöl üzrə Gecəqondu ünvanında yerləşən fərdi ev onun faktiki istifadəsindədir. Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda ünvan səhvən Sumqayıt şəhəri, Ximstr, ev 22, mənzil 2 kimi göstərilmişdir. “Cavabdeh” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən fərdi evinə quraşdırılmış smartkart tipli qaz sayğacı mexaniki tipli yeni qaz sayğacı ilə əvəz edilmişdir. Bu barədə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 31.05.2020-ci il tarixli, ******* №-li Akt tərtib olunmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 22.09.2020-ci ildə ******* nömrəli Akt tərtib edilmiş, sözügedən akta əsasən ona 216 manat cərimə hesablanmışdır. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün "İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmiş, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin 18 sentyabr 2020-ci il tarixli, MSK-29/1 71 0-02954-1 nömrəli rəyinə əsasən guya “sayğac yanıb və qoruyucu sayğacın qoruyucu örtüyü aşkar olunmadığından” sayğac istismara yararsız olduğu aşkar olunmuşdur. İddiaçı cavabdeh tərəfindən tərtib olunmuş aktlarla razılaşmır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişdir və tələb olunan məbləği əsassız hesab edir. Aktların tərtibində iştirak etməmişdir və aktları imzalamamışdır. Bundan əlavə cavabdeh tərəfindən quraşdırılmış mexaniki tipli qaz sayğacı istehsalçının vəsaiti hesabına quraşdırılmalıdır. Qaz savğacı fərdi evdən kənarda, hasarın çölündə yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə və qaz sayğacının sıradan çıxmasında o, günahkar deyildir. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh «Cavabdeh» İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan 27.04.2021-ci il tarixli 242 saylı arayışa əsasən İddiaçı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maralgöl üzrə Gecəqonduda qeydiyyatsız olaraq yaşayır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maralgöl üzrə Gecəqondu ünvanında (Sumqayıt şəhəri, Ximstr, ev 22, mənzil 2) İddiaçı adına 01.06.2020-ci il tarixdə açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə 216 manat borc hesablanmışdır. İşdə olan 31.05.2020-ci il tarixli, ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarına qəbulu haqqında aktda Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maralgöl üzrə Gecəqondu ünvanında (Sumqayıt şəhəri, Ximstr, ev 22, mənzil 2) İddiaçı adına açılmış smart tipli G-4 markalı (N 1402A**********657) sayğacın yanaraq yararsız hala düşməsi qeyd edilmişdir. İşdə olan 22.09.2020-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maralgöl üzrə Gecəqondu ünvanında (Sumqayıt şəhəri, Ximstr, ev 22, mənzil 2) İddiaçı adına açılmış G- 4 markalı (№ 4870) sayğacın yanması və qoruyucu örtüyünün aşkar olunmaması qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 18.09.2020-ci il tarixli, MSK-29/1710-02954-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Cavabdeh” İB-nin SOCAR**********30991710X02954 saylı, 07.09.2020-ci il tarixli telefonaqramına əsasən 08.09.2020-ci il tarixində əhali sektorunda istismarda olan Sumqayıt QİS-dən Metrologiya Departamentinə gətirilmiş və Fransa istehsalı G4 və G6 markalı İtran tipli (Smart Payment və Gallus pay) qaz sayğacları, o cümlədən iddiaçıya məxsus qaz sayğacı 15 sentyabr 2020-ci il tarixli Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İş materialında olan «Cavabdeh» İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 22.09.2020-ci il tarixli, ******* nömrəli akta əsasən tərtib edilmiş 22.09.2020-ci il tarixli hesabatdan görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maralgöl üzrə Gecəqondu ünvanında (ünvan 5ə alınmaqla itirilmiş qazın həcmi 2160 m3 (216 manat) müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maralgöl üzrə Gecəqondu ünvanında (ünvan 6ırılmışdır. Cavabdeh «Cavabdeh» İB-in əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən ünvana quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğaca baxış keçirmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Cavabdeh» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maralgöl üzrə Gecəqondu ünvanına (ünvan 7 vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından ona əsassız olaraq hesablanmış 216 manat məbləğində cərimə borcu silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maralgöl üzrə Gecəqondu (Sumqayıt şəhəri, Ximstr, ev 22, mənzil 2) ünvanına (abonent kodu: **********00020) hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar