Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4488/2022 26.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı miras əmlakın qəbul müddətinin bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı miras əmlakın qəbul müddətinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, X7 onun anasıdır. Bunu onun adına verilmiş “Doğum haqqında şəhadətnamə” də təsdiq edir. Anası 13 noyabr 2021-ci ildə “Ağciyər-ürək çatmamazlığı” xəstəliyindən dünyasını dəyişmişdir. Bunu xx.xx.2016-cı ildə Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 223454 №-li “Ölüm haqqında şəhadətnamə” də təsdiq edir. Mərhum anasının vəfatı tarixində mülkiyyətində Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4055 və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4055A ünvanında yerləşən miras əmlakları vardır. Həmin bağ massivlərini və onun üzərində inşa edilmiş fərdi evləri mərhum anasının vəfatından sonra onun qanuni varisi kimi istifadə etmiş, faktiki miras əmlakı qəbul edib onu idarə etmişdir. Lakin hüquqi savadsızlıq səbəbindən vaxtında notariat orqanına miras əmlakların qəbulu üçün müraciət etməmişdir. Bu yaxınlarda qanuni vərəsə kimi Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə mirası qəbul etmək üçün müraciət etmişdir. Sumqayıt şəhəri 3 saylı Notariat Ofisindən mirasın qəbulu müddətini buraxdığı üçün xx.xx.2022-ci il tarixli, 1274 №-li məktubla ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Mərhum anası ilə atası arasında qeydə alınmış rəsmi nikaha xitam verilmişdir. Bunu AZ-İ 415374 №-li “Nikahın pozulması haqqında şəhadətnamə” təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmədən 13 noyabr 2021-ci il tarixdə vəfat etmiş anası X5 məxsus miras əmlakln qəbulu müddətinin buraxılmasını üzrlü hesab edərək müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh AR Ədliyyə Nazirliyi Sumqayıt şəhər 3 saylı Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən, məhkəmə cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: İş materiallarında olan Xİİ-ЖГ seriyalı, 293545 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. X2, anası X1r. İş materiallarında olan AZ-İ seriyalı, 415374 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X3 arasında bağlanmış nikah pozulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 71 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 223454 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 2 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4055 ünvanı **********94 reyestr nömrəsi ilə X6 məxsusdur. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 2 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4055A ünvanı **********95 reyestr nömrəsi ilə X6 məxsusdur. İş materiallarında olan Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 1274 №-li cavab məktubundan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən vərəsəyə AR MM-nin 1248-ci maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirimiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, İddiaçı 13 noyabr 2021-ci ildə vəfat etmiş mərhum anası X4 vəfatından sonra ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4055 və 4055A ünvanında yerləşən miras əmlaklarının qəbulu üçün ötürülmüş müddətin bərpası üçün Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə müraciət etmiş, imtina məktubu alaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən də müddətin bərpası ilə bağlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X6 məxsus olmuş Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4055 və 4055A ünvanında yerləşən miras əmlakların İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. X6 məxsus olmuş Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4055 və 4055A ünvanında yerləşən əmlakların İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4488/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4488/2022
26.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver