Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4489/2022 20.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" X1 Səhmdar Cəmiyyətinə qarşı üçüncü şəxs qismində Sumqayıt şəhəri İcra İdarəsin cədb etməklə “özəlləşdirmənin etibarsız hesb edilməsi, çıxarışın ləğv edilməsi, həmin çıxarışın əsasında həyata keçirilmiş ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" X1 Səhmdar Cəmiyyətinə qarşı üçüncü şəxs qismində Sumqayıt şəhəri İcra İdarəsin cədb etməklə “özəlləşdirmənin etibarsız hesb edilməsi, çıxarışın ləğv edilməsi, həmin çıxarışın əsasında həyata keçirilmiş ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri 18-ci mikrorayon 6 saylı evin, 85 saylı mənzilinə dair özəlləşdirmənin etibarsız hesab edilməli, həmin özəlləşdirmə nəticəsində Cavabdeh1 adına Sumqayıt şəhər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Sumqayıt şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilməsi, həmin çıxarış əsasında Cavabdeh1 ilə cavabdeh Unibank KB ASC arasında Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 6 saylı evin 85 saylı mənzilinə dair xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsisinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, əsas tələb mülkiyyət hüququnun qeydə alındığı sənədlə bağlı olmaqla inzibati orqan tərəfindən aparılmış qeydiyyat iddiaçı tərəfindən mübahisələndirilir. İddia tələbinin əsasından da göründüyü kimi iddiaçı ilk növbədə özəlləşdirmə və bunun nəticəsində çıxarış verilməsi ilə bağlı inzibati orqanın hərəkətlərini mübahisələndirir. Bu baxımdan araşıdırlan mübahisə mülki xarakterli münasibətlərin nəticəsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunmuşdur ki, «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır». Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il qərarından da göstərilmişdir. Belə ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il qərarından qeyd olunmuşdur ki,
1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eləcə də İnzibati İcraat Haqqında Azərbaycan Respublikasının Qanunun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qeyd olunan hüquq normalarına istinadən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının əsas tələbi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı olmaqla, həmin qeydiyyatın düzgün aparılmadığı mübahisələndirilir. Qanunvericiliyin tələbinə görə bu halda işə baxılması mülki məhkəmə icraatına aid olmamaqla, inzibati icraat qaydasında baxılmalıdır. Odur ki, iddianı icraata qəbul etməkdən imtina edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı hissədə ayrıca iddia tələbi ilə iddia icraatı qaydasında mülki məhkəməyə müraciət etmək hüququ vardır. MPM-nin 153.1.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" X1 Səhmdar Cəmiyyətinə qarşı üçüncü şəxs qismində Sumqayıt şəhəri İcra İdarəsin cədb etməklə “özəlləşdirmənin etibarsız hesb edilməsi, çıxarışın ləğv edilməsi, həmin çıxarışın əsasında həyata keçirilmiş ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada təqdim olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər şikayət verilə bilər. Hakim Almaz Süleymanova