Məhkəmə qərarları › İş №2(060)-4490/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4490/2021

07.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4490/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi İddiaçı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzinin notariat ofisini maraqlı şəxs qismində işə cəlb etməklə “mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair” ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzinin notariat ofisini maraqlı şəxs qismində işə cəlb etməklə “mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair” ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə istinadən hesab edirəm ki, hazırki ərizədə göstərilən tələb- mirasın qəbul edilməsi müddətinin uzadılmasıxüsusi icraat qaydasında baxılan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərin sırasına daxil deyildir və xüsusi icraat qaydasında baxıla bilməz. MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunalara əsasən hesab edirəm ki, ərizəçi tərəfindən ərizənin forma və məzmununa əməl edilməmişdir. Odur ki, ərizə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 306, 308, 263- 264, 267-268-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi İddiaçı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzinin notariat ofisini maraqlı şəxs qismində işə cəlb etməklə “mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair” ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar