Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4498/2021 05.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna qarşı mirasın qəbul etmə müddətinin uzadılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna qarşı mirasın qəbul etmə müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X1 qalmış miras əmlaka dair mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilərək müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatına 29.04.2021-ci il tarixdə daxil olmuş mülki işin hazırlıq iclası 16.05.2021-ci il tarixə, saat 09:45-ə təyin edilmiş, məhkəmə baxış iclası 11.06.2021-ci il tarixə, saat 10:20-yə təyin olunmuş, İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə baxış iclasında iştirak etmişdir. Növbəti məhkəmə baxış iclası 05.07.2021-ci il tarixə, saat 11:40a təxirə salınmışdır. İddiaçı və cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbər verilməsinə baxmayaraq, 05.07.2021-ci il tarixə, saat 11:30-a təyin edilmiş məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna qarşı mirasın qəbul etmə müddətinin uzadılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna qarşı mirasın qəbul etmə müddətinin uzadılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4498/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4498/2021
05.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver