Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4499/2023 23.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxx 1964-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. Hazırda yuxarıda qeyd ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdehin qanunsuz tələbləri ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən onun mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Gecəqondu məhəlləsində yerləşən fərdi yaşayış evinə əsassız olaraq 272 manat 20 qəpik borc hesablanmışdır. Cavabdeh tərəfindən mənzilinə bildiriş göndərilmiş və həmin bildirişdə qeyd edilmişdir ki, ona məxsus mənzildə quraşdırılmış G-4 markalı, 08AZ**********8 nömrəli qaz sayğacı 21 dekabr 2023-cü ildə yeni G-4 markalı, **********6 nömrəli qaz sayğacı ilə əvəz olunmuş, ünvandan çıxarılmış G-4 narkalı, 08AZ**********8 nömrəli qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş, sayğaca ümumi baxış keçirilmiş, guya sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plombları istilik nəticəsində ərimişdir. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyildir. Xətalar təyin edilə bilməmişdir. Sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyildir. Kənar təsir izləri aşkar edilməmişdir. Sayğac istismara yararsızdır. Bu səbəbdən də ondan itirilmiş qazın bərpası ilə əlaqədar olaraq 272 manat 20 qəpik dəymiş ziyan tələb edilmişdir. Hesab edir ki, cavabdehin ondan tələb etdiyi pul məbləği tamamilə uydurma, cəfəngiyyat və qanunsuzdur. Belə ki, cavabdehin ondan qeyd olunan məbləğləri tələb etməsi üçün heç bir əsası yoxdur. Əvvəlcə qeyd etmək istəyir ki, sayğac ona məxsus həyətin daxilində yox, çöldə quraşdırılmışdır. Yəni, həmin sayğac həyətdən çöldə quraşdırıldığı üçün sayğaca o məsuliyyət daşımır. Eyni zamanda qeyd edir ki, sayğac yenisi ilə əvəz olunan zaman onun xəbəri olmamış, bununla bağlı heç bir akt tərtib edilməmiş, həmçinin laboratoriyaya aparılan zaman onun iştirakı təmin edilməmiş, bu barədə ona heç bir məlumat verilməmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, sayğaca baxış keçirilən zaman abonentin iştirakı təmin edilməli, abonent iştirak etmək istəmədiyi halda isə müvafiq akt tərtib edilməlidir. Lakin cavabdeh heç bir hərəkət etməmiş, öz başına qanuna zidd olaraq sayğaca baxış keçirdikdən sonra özündən borc hesablanmışdır. Eyni zamanda cavabdeh özündə qeyd etmişdir ki, sayğaca müdaxilə olunmamışdır. Əgər müdaxilə olunmayıbsa və aybaay ödəniş aparıldığı təqdirdə onlardan necə əlavə borc tələb edilə bilər? Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən tələb olunan borc əsassızdır. Ədalətli, obyektiv və hərtərəfli məhkəmə araşdırması nəticəsində silinməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən Cavabdeh tərəfindən ona məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Gecəqondu məhəlləsində yerləşən fərdi yaşayış evinə dair əsassız olaraq hesablanmış itirilmiş qazın bərpası məqsədi ilə tələb olunan 272 manat 20 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Sayğac küçədə yerləşir. Heç bir müdaxilə olunmamışdır. Sayğacın işləmə müddəti 5 ildir. Sayğac isə 13 ildir ki, işləyir. Birinci dəfə sayğac işləməmiş, cavabdeh təşkilata müraciət etmiş, onlar isə gəlmiş və dəyişmişlər. 272 manat deyildir. Üzərinə aylıq qaz sərfiyyatına görə məbləğ gəlmişdir. İstifadə etdiyini isə hər ay ödəmişdir. 8 manat 60 qəpik ay üçün işlənilmiş qaza görə yazılan məbləğdir. 259 manat isə cərimədir. Cavabdehnə məhkəmə bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, Gədəbəy rayonu, Qaramurad kəndində xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********01221) ünvan 3 ünvanında xx.xx.2021-ci il tarixdə ZENNER G4T MEXANİKİ tipli, **********6 nömrəli sayğac quraşdırılmışdır. 05/2023-cü il tarixə 3556 kub metr qaz sərfiyyatı olmuş və həmin tarixə 259.20 manat vəsait hesablanmışdır. 25 aprel 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün 2160 kubmetr qaz itkisi hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 aprel 2023-cü il tarixli aktın surətindən görünür ki, sayğaca ümumi baxış keçirilən zaman sayğacın elementinin bitməsi, müvəqqəti elementin quraşdırılması, xx.xx.2021-ci il tarixə elektron göstəricinin 9960 kub metr olması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plombları istilik nəticəsində əriməsi, sayğacın yaddaş arxivinin oxunmasının mümkün olmaması, xətaların təyin edilə bilməməsi, sayğacın membranının fasilələr ilə işləməsi səbəbindən sayğacı sınaq qurğusunda yoxlamağın mümkün olmaması, kamera ilə sayğacın daxilinə baxış keçirilməsi, kənar təsir izlərinin aşkar edilməməsi, sayğacın istismara yararsız olması kimi hallar qeyd olunmuşdur. İş materiallarında olan abonent saldosu və abonent kartına əsasən müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda istifadə olunmuş qaz sərfinə uyğun ödənişlər edilmişdir. İş materiallarında eyni zamanda “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 aprel 2023-cü il tarixli akta uyğun verilmiş Metrologiya Departmentinin 25 aprel 2023-cü il tarixli, 14-2-2/3-5-4238-1 saylı qaz sayğacının yoxlanması barədə akt da mövcuddur. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, ******* saylı, 25 aprel 2023-cü il tarixli akt sayğaca ümumi baxış keçirilən zaman sayğacın elementinin bitməsi, müvəqqəti elementin quraşdırılması, xx.xx.2021-ci il tarixə elektron göstəricinin 9960 kub metr olması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plombları istilik nəticəsində əriməsi, sayğacın yaddaş arxivinin oxunmasının mümkün olmaması, xətaların təyin edilə bilməməsi, sayğacın membranının fasilələr ilə işləməsi səbəbindən sayğacı sınaq qurğusunda yoxlamağın mümkün olmaması, kamera ilə sayğacın daxilinə baxış keçirilməsi, kənar təsir izlərinin aşkar edilməməsi, sayğacın istismara yararsız olması səbəblərindən tərtib edilərək, 2160 kubmetr qaz itkisi (259.20 iki yüz əlli doqquz manat iyirmi qəpik) hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, sayğacın elementinin bitməsi, müvəqqəti elementin quraşdırılması, xx.xx.2021-ci il tarixə elektron göstəricinin 9960 kub metr olması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plombları istilik nəticəsində əriməsi, sayğacın yaddaş arxivinin oxunmasının mümkün olmaması, xətaların təyin edilə bilməməsi, sayğacın membranının fasilələr ilə işləməsi səbəbindən sayğacı sınaq qurğusunda yoxlamağın mümkün olmaması, kamera ilə sayğacın daxilinə baxış keçirilməsi, kənar təsir izlərinin aşkar edilməməsi, sayğacın istismara yararsız olması qeyd olunmasına baxmayaraq, həmin hallar məhkəmə iclaslarında iddiaçının təqsirli hərəkəti nəticəsində edilməsi Cavabdeh tərəfindən sübut olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 aprel 2023-cü il tarixli borcun silinməsi barədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 aprel 2023-cü il tarixli akta əsasən hesablanmış 259.20 manat borc abonentin hesabından (abonent kodu **********01221) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbini qismən təmin edilməsi qənaətinə gələrkən “Dəymiş ziyanın bərpasına dair” tələbnamədə itirilmiş qazın bərpası üçün 2160 kubmetr qaz itkisi olduğu üçün 259.20 manat məbləğin silinməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Gecəqondu məhəlləsi, fərdi ev (Saldo üzrə: ünvan 3) ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 aprel 2023-cü il tarixli akta əsasən hesablanmış 259.20 (iki yüz əlli doqquz manat iyirmi qəpik) manat borc abonentin hesabından (abonent kodu **********01221) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4499/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4499/2023
23.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver