Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4504/2023 02.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı və Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı «borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzilin qaz hesabı (abonent kodu **********00380) Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar Sahəsində onun adınadır və istifadə etdikləri qazın pulunu vaxtı-vaxtında ödəmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndələri yaşadıqları ünvana gələrək akt yazmışlar. Cavabdehin nümayəndələri 1036,80 manat borcları olduğunu bildirdikdə, o etiraz edərək bu qədər borclarının olmasının mümkün olmadığını bildirmişdir. Həmin borcun sayğacın qayka-plombunun qırıq olması səbəbindən hesablanmış cərimə olduğu bildirilmiş və onun həmin cəriməni ödəməsini tələb etmişdirlər. Cəriməni ödəməyəcəkləri təqdirdə qazın kəsiləcəyini bildirmişdirlər. O onlara etiraz etsə də heç bir nəticəsi olmamışdır. Bildirmək istəyir ki, cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş akt onun iştirakı və xəbəri olmadan tərtib olunmuşdur. O pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh yaşadığı ünvana dəymiş ziyan yazarkən öz səlahiyyətlərindən istifadə etmiş, onların evinə yüksək məbləğdə cərimə hesablamışdır. Cavabdeh orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün cərimə hesablamışdır. Cavabdehin hesabatından belə çıxır ki, onlar 90 gün sayğaca müdaxilə edərək qazdan istifadə etmişdirlər. Halbuki cavabdehin nümayəndəsi qaz sayğacına baxış keçirib. O hesabına yazılmış əsassız borcun silinməsini tələb etsə də, cavabdeh hər hansı bir vasitə ilə qanunsuz hesabladıqları borcun ödənilməsini tələb edir. Ona məxsus mənzilin işə baxılıb yekun məhkəmə aktı qəbul edilənə qədər bu mübahisə ilə əlaqədar təbii qazın verilişinin dayandırılmasının Cavabdehnə qadağan edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, iddiaçının mənzilinə dəfələrlə baxış keçirilmişdir. Lakin hər dəfə iddiaçı evdə olmamışdır. xx.xx.2023-cü ildə Cavabdeh İstehalat Birliyinin nümayəndələri tərəfindən yaşadığı ünvana baxış keçirilmiş və akt tərtib olunmuşdur. Həmin akta əsasən sayğacın qayka-plombu qırıq vəziyyətdə aşkar edilmişdir. 2022-ci il tarixi üçün ümumi olaraq 45 manat, 2023-cü il tarixində 6 ay ərzində isə 42 manat ödəniş etmişdir. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 8640 m3. İşdə olan Cavabdeh İB-nin əməkdaşları Ş.Rəşidzadə, E.Əzizi və S.Kərimovun iştirakları ilə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2023-cü il tarixli “akt”ın surətindən görünür ki, ünvana baxış keçirilən zaman, abonentin sayğacının qayka-plombu qırıq vəziyyətdə aşkarlanmışdır. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı məxsus Abşeron, Sumqayıt şəhəri, Bulvar ərazisi "xxxx" MMC, blok 4, 38 nömrəli mənzilə 2023-cü il sərfiyyat əsasında 1036,8 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödənilməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (krediorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublukası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tətəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalniz məhkəmə iclasında tadqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı ünvanına qazın verilməsi təmin edilməsinə baxmayaraq İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasını tam şəkildə təmin etməmişdir. Bu səbəbdən də Cavabdeh İddiaçı istifadə etdiyi lakin ödəmədiyi qazın dəyərinin ödənişini tələb etməkdə haqlıdır. Bundan əlavə, məhkəmə iclasında sayğacın mənzilin eyvanında yerləşməsi müəyyən edilmişdir. Bu səbəbdən də, iddiaçı tərəfindən həmin sayğaca müdaxilə olunması danılmazdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması ilə istifadə etməsi öz təsdiqini tapdığından o, həmin məbləğin silinməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı cavabdeh X4 tərəfindən hesablanmış 1036,8 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4504/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4504/2023
02.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver