Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4515/2021 23.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmək haqqının və istifadə edilməyən əmək məzuniyyətinin əvəzinə maddi kompensasiyanın hesablanaraq ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmək haqqının və istifadə edilməyən əmək məzuniyyətinin əvəzinə maddi kompensasiyanın hesablanaraq ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiyini bildirdi və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia tələbindən imtina barədə ərizəni və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, bu imtina hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına və qanuna müvafiq olduğuna görə qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinin mahiyyətindən görünür ki, iddiaçı məhkəməyə yazılı ərizə verməklə iddiadan imtina edə bilər və həmin Məcəllənin 52.5-ci maddəsinin mənasına əsasən belə imtina qanuna zidd olmamalı və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «əmək haqqının və istifadə edilməyən əmək məzuniyyətinin əvəzinə maddi kompensasiyanın hesablanaraq ödənilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-4515/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4515/2021
23.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver