Məhkəmə qərarları › İş №2(060)-4525/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4525/2023

05.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4525/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mirası qəbul etmək üçün müddətin uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı mirası qəbul etmək üçün müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, 02 yanvar 2021-ci il tarixdə vəfat etmiş atası X3 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması və miras qoyanın vərəsəsi İddiaçı mirasın qəbuluna dair xx.xx.2023-cü il Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisində baxılmış, lakin qanunla müəyyənləşdirilmiş müddəti (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən) mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin bərpasından imtina edilmişdir. Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi Abşeron Rayon Digah Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 22/4 saylı qərarı ilə atası X4 adına qeydiyyata alınmışdır. Atası və anası hər ikisi vəfat etmişdir. 2021-ci il tarixdə atası X7 vəfat etdikdən sonra həmin torpaq sahəsi övladına miras qalmışdır. Bu səbəbdən torpaq sahəsini öz adına sənədləşdirmək istəyir. Ona görə də vərəsəlik işinin açılmasına zərurət yaranmışdır. Sumqayıt “Asan Xidmət” mərkəzinin notariat ofisinə xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X3 qalmış miras əmlaka dair vərəsəlik işinin açılması və miras qoyanın vərəsəsi onun mirasın qəbulu barədə ərizə ilə müraciət etmişdir. Lakin 15 fevral 2023-cü il tarixli 356 saylı bildirişlə qanunla müəyyən edilmiş müddəti keçirməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd edir ki, X3 qalmış miras əmlaka dair vərəsəlik işinin açılması və mirasın qəbulunun zəruriliyi barədə məlumatı olmamışdır. Hüquqi savadsızlığı səbəbindən vərəsəlik işinin açılması ilə bağlı notariat kontoruna qanunla müəyyən edilmiş müddətdə müraciət edə bilməmişdir. Hesab edir ki, qeyd etdikləri kifayət qədər üzrlü səbəblərdir. Bu səbəbdən də ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən mərhum atası X3 miras qalmış Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair mirasın vərəsəlik qaydasında qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilərək müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Pandemiya dövründə atası vəfat etmiş, sonra anası rəhmətə getmişdir. Əlavə olaraq qeyd etdi ki, onun ağciyərində problem olmuş, xəstəxanada yatmışdır. Atasının sağlığında onların altı sot torpağı olmuşdur. Onu satmış, satdığı şəxs adına keçirtmək istədikdə problem yaşamışdır. Ona qədər məlumatı olmamışdır. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən, məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatını, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: İş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhəri 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 fevral 2023-cü il tarixli, AZ-İİ seriyalı, 338168 nömrəli ölüm haqqında şəhadətnamənin təkrar verilmiş əslindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 01-ci ayının 25-ci günündə 85 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 15 fevral 2023-cü il tarixli, 356 nömrəli arayışından görünür ki, X5 xx.xx.2021-ci ildə vəfatı ilə əlaqədar notariat ofisinə miras qoyanın adına vərəsəlik işi açılmış və miras qoyanın vərəsəsi İddiaçı mirasın qəbulu barədə ərizəsi qəbul edilmişdir. Vərəsəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Abşeron Rayon Digar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 22/4 saylı notariat formada təsdiq edilmiş arayışından görünür ki, vətəndaş X1 Bələdiyyəsinə ərizə ilə ona 0.06 ha torpaq sahəsi satılması ilə müraciət etmişdir. Digah Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 8/1 saylı qərarına əsasən X2 bandakı hesabına 600 manat pul keçirmişdir. Digah Bələdiyyəsi lazım olan sənədləri Abşeron Rayon, Torpaq və Xəritəçəkmə şöbəsinə göndərmişdir. Abşeron Rayon Torpaq və Xəritəçəkmə şöbəsi bələdiyyə torpaqlarının baş planına əsasən vətəndaş X6 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmasına rəy vermişdir. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, X8 02 yanvar 2021-ci ildə vəfat etmiş, iddiaçı mərhum atası X5 vəfatından sonra ondan miras qalmış Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin qəbulu üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş, imtina məktubu alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Məhkəmə hesab edir ki, müddətin ötürülməsi üzürlü səbəbdən olduğundan (iddiaçının xəstəliyi, yaxın qohumunun vəfatı, pandemiya və sair hallar), ötürülmüş müddət bərpa edilməldir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X3 miras qalmış Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. X3 miras qalmış, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair miras əmlakı İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar