Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4526/2021 11.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı «borcun silinməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14.03.2019-cu il tarixli ******* nömrəli akta əsasən abonent saldosunda göstərilən 928,80 manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(060)-5423/2020 saylı qətnaməsinə əsasən iddiaçı “Cavabdeh” İB-nin cavabdeh İddiaçı qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilərək cavabdeh İddiaçı itirilmiş qazın bərpası üçün 928,80 manat borcun və 30 manat dövlət rüsumunun “Cavabdeh” İB-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi 19 dekabr 2020-ci il tarixdə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi məhkəmədə baxılmalı deyildir. Belə ki, işin hallarından göründüyü kimi tərəflər arasında eyni predmetlə bağlı məhkəmə çəkişməsi olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264, 266-269-cu maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İB-yə qarşı «borcun silinməsi tələbinə dair» mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4526/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4526/2021
11.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver