Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-454/2024 28.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, 19 nömrəli Yol Tikinti idarəsi, Asfaltzavod ərazisi, fərdi evdə yaşayır və Cavabdeh ilə bağladığı müqaviləyə əsasən yaşadığı evə qaz xətti çəkilmiş və müvafiq qaz sayğacı quraşdırılmışdır. O, həmişə qazdan müqavilə şərtlərinə və qaydalarına uyğun istifadə etmiş, həmişə normal ödənişləri etmişdir. Son zamanlar müşahidə etmişdir ki, o smart karta yüklədiyi məbləğlər yarıya düşür. Bunun səbəbi ilə maraqlandıqda isə ona məlum olmuşdur ki, hansısa qeyri-müəyyən səbəbdən Cavabdeh İB-nin əməkdaşları tərəfindən ona cərimələr yazılmışdır. Bununla bağlı müraciət edərək bəzi sənədlərin surətlərini əldə etmiş və hazırda məhkəməyə təqdim etmişdir. Əldə etdiyi sənədlərə əsasən müəyyən edilir ki, ona 2021-ci ilin dekabr ayında aktla əsassız olaraq 971.52 manat, 2022-ci ilin fevral ayında 518.40 manat, 2023-cü ilin fevral ayında isə 4147.20 manat əsassız borclar yazılmışdır. Bu borcların nə üçün hansı əsasla yazılması və hansı qaydada hesablanması ona məlum deyildir. Birinci onu qeyd edir ki, yazılmış aktlar hamısı tam əsassızdır. İkinci bir məqamı da qeyd edir ki, əgər ona 2022-ci ilin dekabr ayında aktla borc yazılırsa bundan cəmi iki ay sonra, yəni 2023cü ilin fevral ayında 4147.20 manat borc necə yazılar bilər? İki ay içində ortalama sərfiyyata görə bu məbləği necə hesablamış və müəyyən etmişlər? Göründüyü kimi borc tam əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmədən ona məxsus ünvan 2-da quraşdırılmış sayğaca görə (abonent kodu: **********02490) 2021-ci ilin dekabr ayında hesablanmış 971.52 manat, 2022-ci ilin fevral ayında hesablanmış 518.40 manat, 2023cü ilin fevral ayında hesablanmış 4147.20 manat borcların silinməsi vəzifəsinin Cavabdeh İB-nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianın əsassız hesab edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı yaşadığı ünvan 1 ünvanına əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan “xidməti əraziyə baxış keçirən zaman sayğacdan kənar xətt aşkar olunmuş” qeyd olunmuşdur. (fotoşəkillər və video-görüntü əlavə edilir.) Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 kub metr/ saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x24x360=34560 kub metr x 0.12 qəpik = 4,147,20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat dəymiş zərər hesablanmışdır. Bu faktla iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. 18 dekabr 2023-cü il tarixində məhkəmənin hazırlıq iclasında İddiaçı izahatında bildirmişdir ki, axır aylarda qazdan istifadə edilməsinə görə çox pul hesablandığına fikir vermişdir. Nəzarətçidən bu barədə soruşanda cərimə yazıldığını bildirmişdir. Sayğacdan kənar xəttin aşkar olunması o olan vaxtı olmamışdır. Orada tələbələr yaşayan vaxtı nəzarətçilər özləri sayğacdan kənar xətt qoşmuşdurlar. Kart yüklənmədiyinə görə əlavə xətt qoşulmuş, lakin sonrakı gün həmin xəttdən istifadəni dayandırmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Qoşqar adlı işçi olmuş, o demiş və uşaq da qoşmuşdur. Qaz işçisi özü demişdir ki, qoşsun. Qoşqar adlı əməkdaşları qızıl kart ilə aça bilmədiyi üçün uşağa demişdir ki, həmin hissədən qoşulsun. Yaşayış evi kimi istifadə etmişdir. 2023-cü ilin iyul ayının sonundan həmin mənzildə yaşayır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, əməkdaşlar müəyyən etmişdir ki, Metallurgiya bağlarında sağyacdankənar qoşulma mövcuddur. Onlarda belə bir qayda var ki, sayğacdan kənar qoşulma halı mövcud olduqda onu 365 gün üçün hesablayırlar. Bu hal da qanunsuz qoşulma hallarının qarşısını almaq üçün hesablanmışdır. Üç ay qış mövsümünün cəriməsinin hesablanması qaydası vardır. 80 nömrəli qərarda da vardır ki, üç aylıq olduqda 90 günə vurulur. 35460 kub 12-yə bölünüb, 3-ə vurulur. Qanunsuz qoşulma halı mövcud olduqda 12 aya vurulur. Qərara əsasən müəyyən olunmuşdur ki, kənar xətt olduqda 90 günə vurulur. Qoşqar adlı əməkdaşları işdən çıxarılmışdır. 5655 manat 46 qəpik borc hesablanmışdır. 4x24 saat x 360 gün hesabı ilə hesablanmışdır. Sənayə obyektlərində 1 kub metr 25 qəpikdən hesablanır və 360 günə vurulur. xx.xx.2021-ci il tarixdə akt tərtib olunmuş və 615 manat həmin zaman hesablanmışdır. Sayğaca müdaxilə halı kimi qiymətləndirilmişdir. 17 fevral 2022-ci il və 17 fevral 2023-cü il tarixli aktlar tərtib olunmuşdur. Diskin aid olduğu videogörüntü 17 fevral 2023-cü il tarixə aiddir. Ondan əvvəli təsdiq edəcək sübutları yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 17 fevral 2023-cü il tarixli aktın surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. 17 fevral 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün 34560 kubmetr qaz itkisi hesablanmışdır. Abonentin saldosuna əsasən müəyyən edilir ki, 12/2021-ci il tarixə 9104 kub metr qaz sərfi üçün 971.52 manat, 02/2022-ci il tarixə 4320 kub metr qaz sərfi üçün 518.40 manat, 04/2022-ci il tarixə 97 kub metr qaz sərfi üçün 9.70 manat, 02/2023-cü il tarixə 34560 kub metr qaz sərfi üçün 4147.20 manat hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 17 fevral 2022-ci il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman, sayğacın hesablama mexanizminin plastmas qapağının altı hissəsinin deşici alətlə deşilməsi kimi nöqsanlar aşkar edilmişdir. 4525811 saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, sayğaca müdaxilə edildiyi, ekran alt tərəfindən deşildiyi üçün yeni plomb vurulmuşdur. 17 fevral 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün 4320 kubmetr qaz itkisi hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ******* saylı, 17 fevral 2022-ci il tarixli və ******* saylı, 17 fevral 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib olunmuşdur. Həmin aktlar əsasında iddiaçıya cərimə hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 443.7 əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsininin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalıdır. Bununla yanaşı iddiaçı, cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona yazılmış 5646,82 manat borcun silinməsini tələb edir. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, ünvan 1 ünvanında **********02490 saylı abonent koduna ******* saylı, 17 fevral 2023-cü il tarixli akt əsasında 4147,20 manat cərimə yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən 4m3 /saat x 12 saat x 90 gün=4320m3 təşkil edir ki, bu da müvafiq olaraq 4320x0,12=518,4 manat cərimə yazılmalı olmasına istinad edir. Lakin cavabdeh təşkilat tərəfindən 4147,20 manat cərimə hesablanmışdır. Odur ki, hesablanmış 4147,20 manat cərimə borcunun 518,4 manatı qaz sayğacına müdaxilə ilə bağlı hesab edilməli, 3628.80 manat cərimə borcu abonent hesabından silinməlidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün qaz sayğacı quraşdırılmışdır, ünvan üzrə “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəti alətlə deşilib” əsası ilə ******* saylı, 17 fevral 2022-ci il tarixli akt tərtib olunmuş, nəticədə abonentin **********02490 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 02/2022-ci il akt üzrə, borc yazılmışdır, hazırda həmin məbləğ iddiaçıdan tələb edilir. 02/2022-ci il tarixdə ayın sonuna isə 518.40 manat borc hesablanmışdır. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına, habelə iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının **********02490 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 17 fevral 2022-ci il tarixli akta əsasən qaz sərfiyyatına görə əsassız hesablanmış 518.40 manat borc silinməlidir. Məhkəmə 2021-ci ilin dekabr ayında hesablanmış 971,52 manatına münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən bununla bağlı zəruri sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 4147.2 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 61,47 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 2 ünvanına (abonent: **********02490) 17 fevral 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 3628,8 manat, ünvan 3 ünvanına (abonent: **********02490) 17 fevral 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 518.40 manat, ümumillikdə 4147.2 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat cərimə borcu silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 2 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 17 fevral 2023-cü il tarixli akta əsasən hesablanmış 3628.8 (üç min altı yüz iyirmi səkkiz manat səksən qəpik) manat və “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 17 fevral 2022-ci il tarixli akta əsasən hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat, ümumillikdə 4147.2 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat borc abonentin hesabından (abonent kodu **********02490) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 61 (altmış bir) manat 47 (qırx yeddi) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-454/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-454/2024
28.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver