Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4551/2023 05.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 05 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 13/11, mənzil 12-də yerləşən (abunə kodu **********00406 olan) mənzilə cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 500 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan və Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 13/11, mənzil 12-də yerləşən mənzilə cavabdeh təşkilat tərəfindən işıq sayğacı quraşdırılmış və adına **********00406 saylı abonent kodu verilmişdir. İşıq sayğacı əsasında hesablanan sərfiyyat borcları həmişə tərəfindən ödənilmiş və onun borcu olmamışdır. Lakin cavabdeh təşkilatdan o, həmin evə dair kompyuter çıxarışını aldıqda ona məlum olmuşdur ki, həmin ünvan üzrə 500 manat məbləğində borc vardır, bu borcun hansı səbəbdən yaranması ilə maraqlandıqda isə ona məlum olmuşdur ki, cavabdeh təşkilatın nümayəndələri xx.xx.2023-cü il tarixdə onun xəbəri və iştirakı olmadan həmin mənzilə xidmət edən sayğaca baxış keçirmiş və guya tərəfindən həmin sayğaca müdaxilə edilməsi aşkar oldunduğu üçün 292926 saylı akt tərtib olunmuş və ona 500 manat cərimə hesablanmışdır. Belə hesab edir ki, bu borcun hesablanması tam qanunsuz aparılmış və onun tərəfdən sayğaca hər hansı bir müdaxilə olmamışdır, həmin sayğac evin çöl tərəfində yerləşir və bu ərazidən hər gün yüzlərlə insan keçir və bu müdaxilə olmuşdursa belə həmin müdaxilənin onun tərəfindən edilməsi ilə bağlı cavabdehin gəldiyi nəticə tam əsassızdır, buna görə də hesablanmış cərimə silinməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək onun Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 13/11, mənzil 12-də yerləşən (abunə kodu **********00406 olan) mənzilə cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 500 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "xxxx" ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, abonent mənzilə məxsus elektrik hesabat sayğacının faz ardıcıllığını pozaraq X2 edir. Xüsusi ölçmə cihazı olan “Ampermaşa” vasitəsi ilə aparılmışdır. Bu faktla əlaqədar Azərbaycan Respublikası Naziıiər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1ydaları”nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, AKT R 292926 saylı akt əsasında 590.94 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş, aktda müvafiq qeydlər aparılmışdır. Aktın tələb hissəsində "EEİQ-na uyğun olaraq kənar xətt ləğv olunsun” qeydiyyatı aparılmışdır. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1ydaları”nın (EEİQ) 8.17.18.17.1-ci bəndinin İstehlakçı (o cümlədən rnəişət nhonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerjı təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17ci və 8.17-1- ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerjı təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. EEİQ-nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin Keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia təlabi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın təəb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək 2023-cü il mart ayında cavabdeh "xxxx" ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 45-ci məhəllə ev 13/11 mənzil 12-nin elektrik enerji təchizatı hesabatı üçün quraşdırılmış sayğacdakı nasazlıq səbəbindən əsassız və qanunsuz hesabladığı 577,10 manat məbləği mübahisələndirmişdir. Qeyd edir ki, ilkin iddia ərizəsində hesablanmış cərimə məbləği səhvən 500 manat göstərilmişdir. Xahiş edir ki, iddia ərizəsində qeyd olunmuş səhv məbləği deyil, faktiki hesablanmış cərimə məbləğinin , yəni 577,10 manat cərimənin silinməsi tələbi nəzərə alınsın. 27 iyul 2023-cü ildə Sumqayıt şəhər məhkəməsində keçirilən hazırlıq iclası zamanı cavabdeh onlara iddia ərizəsinə etirazını təqdim etmişdir. Etirazın məzmunu ilə tanış olmuş və Cavabdehin istinad etdiyi hüquqi aktlara və qaydalara əsasən bəzi məqamlara aydınlıq gətirmək istəyir. Belə ki, cavabdeh istinad olunan qanun və qaydaları pozaraq cərimə tətbiq etmiş və məhkəmə qaydasında mübahisələndirilmiş məbləğin ödənilməsini məişət abonentindən tələb etmişdir. xx.xx.2023-cü il tarixdə məişət abonenti evdə olduğu zaman Cavabdehin nümayəndələri mənzilin qapısını döynıüş və mənzildə yaşayan qohumu Məhsəti Əliyevaya əllərindəki Ampermaşa ilə ölçmə apardıqlarını və sayğacda nasazlıq olduğunu bildirmişlər. Məhsəti xanım onlardan nasazlığın səbəbini soruşduqda cavabdehin nümayəndələri “mənzilə kənar elektrik xəttinin çəkildiyini və sayğaca müdaxilə olunduğunu “ bildirmişlər. Təbii ki, texniki təhsili olmayan xanım bunun nə iddia olduğunu anlamadığını və nümayəndələrə “sayğacın mənzilin içində deyil, pilləkən meydançasında quraşdırıldığını və sayğaclara xidmət və təmir öhdəliyinin Cavabdehə aid olduğunu və sayğaca müdaxilə olunmadığını” bildirmişdir. Buna cavab olaraq nümayəndələr Məhsəti xanıma akt tərtib edib, onu külli miqdarda məbləğdə cərimə ilə cərimə edəcəklərini bildirmişlər. Məhsəti xanım “Siz aktı qanuna uyğun tərtib edin, mən də məhkəmə yolu ilə mübahisələndirəcəyəm. Aktı mənim iştirakımla tərtib edin və mən saat 18:00-dan sonra işdən qayıdacağım üçün o saatda gəlmənizi xahiş edirəm. Gün ərzində evdə heç kim olmur” deyə bildirib. Lakin məişət abonentinin xəbərdarlığına baxmadan Cavabdehin əməkdaşlarının xx.xx.2023-ci il tarixdə mənzilin enerji təchizatı hesabatı üçün quraşdırılmış sayğacın göstəricisinə əsasən “faza ardıcıllığının pozulması’ səbəbi ilə akt tərtib etmişlər. Cavabdehin öz etirazında istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “ X1ydaları’-nın (EEİQ) 8.17.2-ci bəndində qeyd olunur ki: “8.27-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun istirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparlmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur." Lakin cavabdeh məişət abonenti mənzildə olmadığı vaxtda, onun iştirakı olmadan akt tərtib etmişdir, üstəlik EEİQ-nın tələbinə baxmayaraq aktın bir nüsxəsini nəinki İstehlakçıya təqdim etməmişdir, hətta daha sonra tələb olunduğunda aktı verməmişdir. xx.xx.2023-cü ildə Cavadehin təyin etdiyi elektrik mühəndisi mənzilə gələrək sayğacı dəyişdircəyini bildirmişdir və aktı məişət abonentinə göstərmişdir. Aktda qeyd olunan “faza ardıcıllığının pozulması” səbəbinin izahını soruşduqda isə “sayğaca müdaxilə yoxdur, mənzilə girişdə quraşdırılmış avtomata qoşulu kabel qonşunun kabeli ilə dəyişdirilmişdir” deyə bildirmişdir. Elektrik mühəndisindən kənar xətt olub olmamasını soruşduqda isə mənzilə kənar gəlmədiyini bildirmişdir. O, cavabdehin mövqeyini anlayır, lakin insan faktorunu nəzərə alınsa, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən məişət abonenti olmadan tərtib edilmiş aktın hüquqi qüvvəsi yoxdur. Belə ki, cavabdeh tərtib olunan aktda iddia etdiyi kənar xətti aşkar etməmiş, həmçinin sayğacın plombuna və özünə müdaxilə aşkar etməmişdir. Üstəlik iddia olunan pozuntular aşkarlanması və yerindəcə aradan qaldırılması üçün istehlakçının iştirakını təmin etməmişdir. Faza ardıcıllığının pozulmasını kim tərəfindən törədildiyini aydınlaşdırmadan cərimə məbləği tətbiq etmişdir. Nəzərə alınsa ki, xx.xx.2023-cü il tarixdə məişət abonentini görüb və əsassız iddialarını bildiriblər və cavabında inkar cavab almalarına baxmadan heç bir araşdırma aparmamışlar. Cavabdeh öz yazdığı etiraz ərizəsində istinad etdiyi EEİQ-nın 7.18 və 7.19-cu bəndlərində aşkarlanmış qanunsuz kənar elektrik xəttinin İstehlakçının iştirakı ilə açılmalı olduğunu qeyd edir. Lakin faktiki belə bir xətt aşkarlanmamışdır. Sayğacın laboratoriya yoxlanışı istehlakçı olmadan aparılmışdır. Bütün bu sənədləşmələrdə İstehlakçının iştirakı qanunla vacib sayıldığı halda Cavabdeh bu tələbi görməzdən gəlmiş və EEİQ-nin tələblərini kobud şəkildə pozmuşdur. Bütün bunlardan əlavə, hazırda qeyd olunan cərimə məbləğinin məhkəmə yolu mübahisələndirilməsinə baxmayaraq, Cavabdeh mənzilin X2 üçiin ödədəyi hər ödəniş məbləğinin 50%-ni cərimə kimi silir. Bununla bağlı Cavabdehin Sumqayıt şöbəsinə müraciət etsə də, silinmiş məbləğlər sayğaca geri qaytarılmır. Qeyd edir ki, X1ydalarının 7.11 bəndinə əsasən Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Lakin Cavabdeh bu tələbi pozaraq, qərəzli bir şəkildə əsassız tərtib etdiyi akta əsasən məişət abonentindən pul qopardır. Sayğaca müdaxilə, kənar elektrik xəttinin aşkarlanmasına dair heç bir sübut olmadan, məhkəmə qərarı olmadan məişət abonentinə təzyiq göstərir. Yuxarıda qeyd olunan faktları nəzərə alaraq və Cavabdehin (abunə kodu **********00406) mənzilə gələn elektrik enerjisi sayğacına 292926 saylı akta əsasən hesablanmış 577.10 manat cərimənin (borcun) silinməsinə və 24 avqust 2023-cü il tarixədək ödənilmiş məbləğin sayğac kartına qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir . Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 etiraza uyğun izahat verərək iddia tələbini qəbəul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçıya məxsus mənzildə quraşdırılmış sayğaca baxış keçirilib. Nəticədə abonentin elektrik hesabat sayğacının faza ardıcıllığını pozaraq X2 etdiyi müəyyən olunmuşdur. Bununla əlaqədar akt tərtib edilmiş akt əsasında 590.94 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və aktda müvafiq qeydlər aparılmışdır. Qeyd edir ki, sayğacın faza ardıcıllığını dəyişəndə sayğac 10 manatdan artıq sərfiyyat qeyd etmir. Yəni bu elektrik enerjisindən sayğacdan kənar istifadə edilməsi deməkdir. Onu da bildirir ki, qeyd edilən hallarla bağlı məhkəməyə video görüntü təqdim edə bilmir. Nümayəndə qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2023-cü il tarixli, 292926 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 0330, mənzil 12 ünvanında olan sayğaca baxış keçirilmiş və baxış zamanı abonentin elektrik hesabat sayğacının faza ardıcıllığını pozaraq X2 etdiyi müəyyən olunmuşdur. Ölçmə “Ampermaşa” cihazı vasitəsi ilə aparılmışdır. İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, məhəllə 45, ev 13/11, 12 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına **********3 qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 577.10 manat borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixli, 292926 nömrəli akt əsasında 590.94 manat borc hesablanmışdır. Sayğacdakı qüsur “kənar xətt” kimi qeyd edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, məhəllə 45, ev 13/11, 12 saylı mənzil İddiaçı mülkiyyətindədir. Həmin ünvan "xxxx" ASC-də ünvan 1r. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları iddiaçının istifadəsində olan qeyd edilən mənzilə gələrək, sözügedən mənzildə abonentin elektrik hesabat sayğacının faza ardıcıllığını pozaraq X2 etdiyini aşkar etmiş, bununla bağlı xx.xx.2023-cü il tarixli, 292926 nömrəli akt tərtib olunmuşdur. “X1ydaları”nın 5.3-cü bəndinə görə yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin Qaydaların 7.11-ci bəndində nəzərdə tutulur ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. İşdə olan xx.xx.2023-cü il tarixli, 292926 nömrəli aktdan görünür ki, mübahisəli ünvanda həmin aktın tərtib edilməsinə səbəb abonentin elektrik hesabat sayğacının faza ardıcıllığını pozaraq X2 etməsi halı olmuşdur. Cavabdehin nümayəndəsi qeyd edilən halın elektrik enerjisindən sayğacdankənar istifadə edildiyini göstərdiyini bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, 292926 nömrəli aktın tərtib edilməsi ilə bağlı videogörüntünün və ya qeyd edilən aktın tərtib edilməsində iştirak edən şəxslərin məhkəməyə şahid qismində təqdim edilməsi təmin olunmamışdır. Göründüyü kimi cavabdeh sayğacın faza ardıcıllığının pozulmasının iddiaçı tərəfindən edildiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2023-cü il tarixli, 292926 nömrəli akt əsasında 590,94 manat borc hesablansa da, iddiaçı ona hesablanmış 577,10 manat borcun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli, 292926 saylı akta əsasən iddiaçıya hesablanmış 577,10 manat cərimə borcu silinməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2023-cü il tarixli, 292926 nömrəli akt əsasında 590,94 manat borc hesablansa da, hazırda iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli abonent saldosuna əsasən İddiaçı 562,46 manat borcu vardır. Bu onu göstərir ki, iddiaçı tərəfindən edilmiş ödənişlərin bir hissəsi akt əsasında yazılmış borcun silinməsinə hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi akt əsasında 24 avqust 2023-cü il tarixədək "xxxx" ASC-yə ödənilmiş məbləğin sayğac kartına qaytarılması hissəsində də əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanına (abunə kodu: **********00406) cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 577,10 (beş yüz yetmiş yeddi manat on qəpik) manat məbləğində borc silinsin və həmin akt əsasında iddiaçı tərəfindən 24 avqust 2023-cü il tarixədək "xxxx" ASC-yə ödənilmiş məbləğ sayğac kartına qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4551/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4551/2023
05.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver