Məhkəmə qərarları › İş №2(060)-4554/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4554/2021

07.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4554/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi Musayev Amid Tofiq oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı «borcun silinməsi tələbinə» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı «borcun silinməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən Sumqayıt şəhəri, 12 mkr., 8A saylı evin, 28 saylı mənzilinə dair tərtib olunmuş “X1 qaydalarının pozulması haqqında” 037829 saylı, 09.09.2016-cı il tarixli, 132030 saylı, 07.01.2019-cu il tarixli və 154044 saylı, 15.10.2019-cu il tarixli aktlar əsasında hesablanmış borcun və həmçinin 2000-ci ildən 2016-cı ilə kimi hesablanmış 2301 manat, ümumilikdə 4724 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 12 mkr., 8A saylı evin 28 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir və həmin mənzil də iddiaçı tərəfndən istifadə edilmiş elektirik enerjisinin pulu cavabdeh təşkilata daima ödənilmişdir. İddiaçının ev sahibi olaraq həmin mənzildə istifadə edilmiş elektrik enerjisinə görə hazırda tələb oluna biləcək dövr üçün heç bir borcu yoxdur. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən qeyri müəyyən üsullarla iddiaçının yaşadığı mənzilə (cavabdeh təşkilatın təqdim etdiyi abunə haqqında invoisdə elektrik enerjisinin istifadəçi ünvanı kimi - ünvan 1at 2000-2011ci illər ərzində və daha sonra isə “xxxx” ASC tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon 8A saylı evin 28 saylı mənzilinə dair tərtib olunmuş “Elektrik enerjisindən»istifadə qaydalarının pozulması haqqında” 037829 saylı, 09.09.2016-cı il tarixli akta əsasən 37.06+179.40=246.46 manat, 132030 saylı ,07.01.019-cu il tarixli akta əsasən 681.89 manat və 154044 saylı 15.10.2019-cu il tarixli akt əsasında 145.39 manat məbləğində borc hesablanmış, lakin həmin borcun bir hissəsinin ümumiyyətlə tələbetmə müddəti belə ötmüşdür. Qeyd edilən aktlar isə əsassız tərtib edilmişdir. Belə ki, mənzil sahibi olan abonentin iştirakı təmin edilməmiş və cavabdeh təşkilatın əməkdaşları özləri heç bir sübut olmadan akt tərtib edib guya mənzildə kənar xəttin olmasını həmin aktlarda göstərmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər 10 il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər, haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi, iddiaçının mənzilinə elektrik sayğacı quraşdırıldığı gündən indiyə qədər sayğac üzrə yaranan bütün borcları ödənilir, bu barədə invoisdədə qeyd edilmişdir. İddiaçının mənzilinə hesablanmış borcun isə bir hissəsinin tələb olunma müddəti keçmiş, bir hissəsi isə ümumiyyətlə əsassız hesablanmışdır. Cavabdeh təşkilatın bu hərəkətləri iddiaçının istehlakçı kimi hüquqlarını kobud şəkildə pozmaqla yanaşı, eyni zamanda evinə dair hüquqlarının müstəqil həyata keçirilməsinə də mane olur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi Musayev Amid Tofiq oğlu məhkəməyə etiraz təqdim edərək göstərdi ki, İddiaçı “xxxx” ASC-nə qarşı verdiyi iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, 09.09.2016-cı il, 07.01.2019-cu il və 15.10.2019-cu il tarixlərində "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən hər üç baxış zamanı abonentin sayğacdan kənar xətdən isdifadə olunması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydaları"nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 09.09.2016-cı il tarixli, 037829 saylı akt tərtib edilərək 246,46 manat, 07.01.2019-cu il tarixli, 132030 saylı akt əsasında 681,89 manat və 15.10.2019-cu il tarixli, 154044 saylı akt əsasında isə 145,39 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydaları"nın (EEİQ) 8.32-ci bəndinin "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur" Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cəpəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır.) tələblərinə uyğun olaraq abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınaraq, 09.09.2016-cı il tarixli, 037829 saylı akt əsasında 246.46 manat, 07.01.2019-cu il tarixli akt əsasında 681,89 manat, 15.10.2019-cu il tarixli, 145,39 saylı akt əsasında yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş şənədi təqdim edilmişdir. İddiaçının mənzili 01.10.2000-ci il tarixdə abonent qeyddiyatına alınıb 31.03.2011-ci il tarixdə elektrik hesabat sayğacı quraşdırılmışdır. İddiaçınm X1yə əsasən 01.10.2000-ci il tarixdən 03.07.2015-ci il tarixədək 2301,52 manat borcu qalmışdır. Hal-hazırda iddiaçının 3079,96 manat borcu vardır. iddiaçı isə ona məxsus mənzilə 4724 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona aktlara əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və iddiaçının belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 12 mkr., 8A saylı evin, 28 saylı mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. İş materiallarında olan abunə haqqı arayışdan görünür ki, abonentə ETAİS-dən gələn borca görə 2301.52 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının yaşadığı mənzilə hesablanmış əvvəlki dövrlər üzrə, yəni ETAİS-dən gələn borca görə 2301.52 manat borcun qanuni olub-olmaması məsələsinə gəldikdə iş materiallarına əsasən belə hesab edir ki, iddiaçıya hesablanmış həmin borcun hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Göründüyü kimi, qərarda orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma aparılması zamanı məişət abonentləri istisna olunur. İddiaçı da məişət abonenti olduğu üçün ona elektrik enerjisi hesabatı işlədicilərin gücünə görə orta sərfiyyatla hesablana bilməz. Məhkəmə iddia tələbinin cavabdeh “xxxx” ASC tərəfindən Sumqayıt şəhəri, 12 mkr., 8A saylı evin, 28 saylı mənzilinə dair tərtib olunmuş “X1 qaydalarının pozulması haqqında” 037829 saylı, 09.09.2016-cı il tarixli, 132030 saylı, 07.01.2019-cu il tarixli və 154044 saylı, 15.10.2019-cu il tarixli aktlar əsasında müəyyən edilmiş borcun silinməsi hissəsində gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 037829 saylı, 09.09.2016-cı il tarixli, 132030 saylı, 07.01.2019-cu il tarixli və 154044 saylı, 15.10.2019-cu il tarixli aktların surətlərindən görünür ki, Sumqayıt şəhəri, 12 mkr., 8A saylı evin, 28 saylı mənzilinə sayğacdan kənar elektrik xətti daxil olması halları aşkar edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Musayev Amid Tofiq oğlu Sumqayıt şəhəri, 12 mkr., 8A saylı evin, 28 saylı mənzilinə sayğacdan kənar elektrik xətti daxil olmasını qeyd etsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Bundan başqa aktlardan görünür ki, həmin aktlar abonentin və hal şahidlərinin iştirakı olmadan tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X1 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «X1 qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. İş materiallarında olan Abunə haqqı arayışından o da görünür ki, İddiaçı 09.09.2016-cı il tarixli, 037829 saylı akt əsasında sayğacdan kənar işlədicilərə görə 67.06 manat, aktın köhnə tarifi ilə 179.40 manat, 07.01.2019-cu il tarixli, 132030 saylı akta əsasən sayğacdan kənar işlədicilərə görə 681.89 manat, 15.10.2019-cu il tarixli, 154044 saylı akta əsasən aktın köhnə tarifi ilə 145.39 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, aktlar əsassız olduğuna və qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmədiyinə görə İddiaçı həmin aktlar əsasında hesablanmış borca görə məsuliyyət daşıya bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.3-cü bəndinə görə enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. "X1 qaydalarının (EEİQ) 8.32-ci bəndinin "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilinəsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası MPM-nin: 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh «xxxx» ASC tərəfindən İddiaçı məxsus olan Sumqayıt şəhəri, 12 mkr., 8A saylı evin, 28 saylı mənzilinə ETAİS-dən gələn borca görə hesablanmış 2301.52 manat, 09.09.2016-cı il tarixli, 037829 saylı akt əsasında sayğacdan kənar işlədicilərə görə 67.06 manat, aktın köhnə tarifi ilə 179.40 manat, 07.01.2019-cu il tarixli, 132030 saylı akta əsasən sayğacdan kənar işlədicilərə görə 681.89 manat, 15.10.2019-cu il tarixli, 154044 saylı akta əsasən aktın köhnə tarifi ilə 145.39 manat hesablanmış borc silinməli və iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh «xxxx» ASC tərəfindən İddiaçı məxsus olan Sumqayıt şəhəri, 12 mkr., 8A saylı evin, 28 saylı mənzilinə (Abunə kodu: **********01795) ETAİS-dən gələn borca görə 2301.52 manat, 09.09.2016-cı il tarixli, 037829 saylı akt əsasında hesablanmış 67.06 manat, aktın köhnə tarifi ilə 179.40 manat, 07.01.2019-cu il tarixli, 132030 saylı akta əsasən hesablanmış 681.89 manat, 15.10.2019-cu il tarixli, 154044 saylı akta əsasən aktın köhnə tarifi ilə hesablanmış 145.39 manat borclar silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar