Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4561/2022 25.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçının cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 8-ci mkr, ev 8/10, 2A saylı mənzildə istifadə olunan elektrik enerjisinə görə quraşdırılmış sayğacın dəyişdirilməsi ilə bağlı tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktın ləğv edilməsi və əsassız hesablanmış 1513,55 (min beş yüz on üç manat əlli beş qəpik) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 8-ci mkr, Bina 8/10, Mənzil 2A mənzilin mülkiyyətçisidir. 04 sentyabr 2018-ci il tarixində iddiaçının mülkiyyətində olan mənzildə istifadə olunan elektrik enerjisinin hesablanması üçün quraşdırılmış sayğac "Azərişıq” ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən “Elektirik enerjisindən istifadə Qaydaları”-na riayət olunmasının vəziyyəti yoxlanılarkən, mənzildə sayğacsız elektirik enerjisindən istifadə olunması faktı aşkarlanaraq, NDM 013405 nömrəli akt tərtib edilmiş, 6411 kvt.s (705,21) manat dəyərində ödəniş sənədi hazırlanmışdır. Daha sonra xx.xx.2021-ci il tarixində Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən ******* nömrəli elektirik hesabat sayğacının üzərinə kompüter məlumatlar bazasına daxil edilməmiş 7679 kvt.s elektrik enerji sərfiyyatınm olduğu müəyyən edilmiş, NDM 023890 nömrəli baxış aktı ilə rəsmiləşdirilmişdir. Qeyd edir ki, xx.xx.2021-ci il tarixinə "xxxx" ASC-yə olan borc 1513,55 manat təşkil edir. Bildirir ki, tərtib olunan borc məbləği tam əsassızdır. Qeyd olunan ünvanda iddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. "xxxx" ASC-nin tərtib etdiyi akt qanunsuzdur. Daima bütün kommunal borclarını vaxtı-vaxtında ödəyir. Sözügedən mənzilə baxış zamanı akt tərtib olunan zaman iddiaçının iştirakı olmadan tərtib olunmuşdur. Təkrar olaraq bildirir ki, tərəfindəm sayğaca hər hansı bir müdaxilə olmamışdır. Ona hər hansı müdaxilə varsa belə, belə müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən oluna bilər. Digər tərəfdən tərtib edilmiş akta əsasən də müəyyən olunur ki, əgər müdaxilə varsa belə xarakterinə görə bu müdaxilə sayğacın göstəricilərində hər hansı bir dəyişikliklərlə nəticələnə bilməz. Mülkiyyətində heç vaxt qanunsuz elektrik enerjisi xətti olmamışdır. "xxxx" ASC-nin iddiası əsassızdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, sayğaca onun tərəfindən müdaxilə olmamışdır. Sayğacın yararsız halda olmasına görə məsuliyyət daşımadığını, belə ki, sayğac yaşadığı mənzilin xaricində yerləşdiyini bildirdi. Buna görə də hesablanmış 1513,55 manat borcu əsassız hesab edir. Odur ki iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirdi ki, xx.xx.2018-cıı il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən EEİQ-na riayət olunmasının vəziyyəti yoxlanarkən iddiaçıya məxsus mənzildə sayğacsız X1 olunması faktı aşkar olunaraq NDM 013405 saylı akt tərtib edilərək 705,21 manat dəyərində ödəniş sənədi hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydalarümn (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2018 il tarixli, NDM 013405 saylı akt əsasında 705,21 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. xx.xx.2021- cil tarixdə abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən Sayğacın üzərində 7679 KVT/s komuter məlumat bazasına daxil edilməmiş sərfiyyat olduğu müəyyən edilmiş NDM 023890 saylı baxış aktı ilə rəsmiləşdirilmiş və iddaçınııı nümayəndəsi Rzayeva Nahidə öz imzası ilə aşkar olunan halı təsdiq etmişdir. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - "xxxx" ASC 023890 saylı, xx.xx.2021-ci il tarixli aktında sayğaca baxış keçirilən zaman abonent kodu komputer məlumat bazasında müvəqqəti passiv edilmiş, elektrik sayğacının üzərində komputer məlumat bazasına daxil edilməyən 7679 KVT/s elektrik sərfiyyatı vardır. Ölçmə zamanı xətdən axan yük: P qay-1,2 kvt bir tam onda iki) Qoyulmuş yükü naqilin en kəsiyinə əsasən 2x2,5 mm2 mis naqil Pqay=6,6 kvt təşkil edir. - etirazdan görünür ki, xx.xx.2018-cıı il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən EEİQ-na riayət olunmasının vəziyyəti yoxlanarkən iddiaçıya məxsus mənzildə sayğacsız X1 olunması faktı aşkar olunaraq NDM 013405 saylı akt tərtib edilərək 705,21 manat dəyərində ödəniş sənədi hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydalarümn (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2018 il tarixli, NDM 013405 saylı akt əsasında 705,21 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. - xx.xx.2022-ci il tarixli abunə haqqında çıxarışdan görünür ki, X1 edildiyi üçün iddiaçıya 1033,79 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən ona məxsus evdə elektrik sayğacına kənar müdaxilənin olduğunu təsdiq edən heç bir əsas yoxdur. Buna görə də cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş akt qanunsuz və əsassız hesab olunur. Həmin aktın əsasında İddiaçı akt hesabında hesablanmış 705,21 manat borc silinməlidir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının iddia tələbində qeyd etdiyi 1513,55 manat borcun 705,21 manat hissəsi cavabdehin qeyd etdyi X1 qaydalarının pozulması nəticəsində hesablanmış borcdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq (orta gündəlik elektrik enercisi sərfinə uyğun hesablama məişət abonenti istisna olmaqla hesablanır) əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanılmış 488,70 manat borc silinməlidır. İddiaçının mənzilinə işlədicilərin gücünə görə orta sərfiyyat əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 722,54 manat borc hesablanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın həcmi 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 1000 manatadək məbləğdə olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına aid olan **********02152 saylı abonent koduna hesablanmış 705,21 manat borc silinməli və iddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət Büdcəsinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına aid olan **********02152 saylı abonent koduna hesablanmış 705,21 manat borc silinsin. İddianın verilməsinə görə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4561/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4561/2022
25.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver