Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-457/2021 05.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, Yataqxana 7a ünvanında yerləşən 86 saylı otağa görə hesablanmış 769.69 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, Yataqxana 7a, otaq 86, 88 halhazırda onun istifadəsindədir. 86 saylı otaq X10 tərəfindən ona 1988-ci ildə verilmiş, digər 88 saylı otağı isə o, 2012-ci ildə pul ilə almışdır. O, 88 saylı otağı alarkən suya görə borcunu tam ödəmişdir. Bu barədə "Cavabdeh” ASC-yə arayış təqdim etmişdir. Həmçinin həmin tarixdə yəni, 2012-ci ildə 86 saylı otağa görə də onun su borcu olmamışdır. İşlətdiyi suya görə yaranmış borc yalnız 88 saylı otağa görə 2012-ci idən bir neçə il onun adına hər iki otağa görə gəlmişdir. Yataqxanada ayrı-ayrı abonentlərə görə sayğac olmadığı üçün ödəniş ailə üzvlərinə görə hesablanmışdır. Hər ay ona 4 nəfərlik ailə üzvlərinə görə 7 manat 20 qəpik su pulu borcu gəlmişdir. Anlaşılmazlıq səbəbindən 88 saylı otağa görə su borcu səhvən 89 saylı otağa görə hesablanmışdır. 89 saylı otağa görə yəni, Məhərrəmov Tahirin adına olan borc onun otağına görə yəni onun adına 88 saylı otağa gəlmişdir. 88 saylı otağın borcu 89 saylı otağa, 89 saylı otağın borcu isə 88 saylı otağa gəlmişdir. O, su idarəsindən tələb etmişdir ki, 88 saylı otağını satmaq istəyir. Həmin otağa görə yaranmış borcu ona bildirsinlər və o, ödəsin. X9 kartını çıxardanda ona məlum olmuşdur ki, 88 saylı otağa görə borc məbləği 701.19 manat, 86 saylı otağa görə isə 769.69 manat su borcu hesablanmışdır. Beləliklə 2012-ci ildən bu günə qədər 4 nəfərlik ailə üzvünə cəmi 1434 manat borc hesablanmışdır. Bildirir ki, 2012-ci ildən hal-hazıradək 86 saylı otağa görə su borcu bildirişi gəlməmişdir. Beləliklə də, hesab edir ki, 86 saylı otağa görə hesablanmış 769.69 manat borc əsassız olduğu üçün silinməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, Cavabdeh ASC-də Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, Yataqxana 7a, otaq 88-də abonent kimi Məhərrəmov Tahirin adı qeyd edilmiş və borc məbləği də həmin abonentə hesablanmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 saylı MKS tərəfindən verilmiş 1415 nömrəli, xx.xx.2020-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, Yataqxana 7a, 86 və 88 saylı otaqlar da İddiaçı yaşayır. İş materiallarında olan 22 saylı MKS tərəfindən verilmiş 1417 nömrəli, xx.xx.2020-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, Yataqxana 7a, 89 saylı otaqda isə X4 yaşayır. İş materiallarına əlavə edilmiş Abonent Kartından görünür ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, Yataqxana 7a, 88 saylı otağa 769.69 manat borc, həmin yataqxanadakı 86 saylı otağa isə 816.25 manat borc hesablanmışdır. İşin araşdırılan halları və iş materiallarına əsasən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, 7a saylı yataqxananın 86 və 88 saylı otaqlarında iddiaçı yaşamasına baxmayaraq, abinent kartında 88 saylı otaq, həmin yataqxananın 89 saylı otağında yaşayan X2 adına qeydiyyata alınmış və həmin otağa da sudan istifadəyə görə pul hesablanmışdır. Beləliklədə iddiaçıya sudan istifadə etmədiyi halda sudan istifadəyə görə borc hesablanmışdır. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh ASC yaranmış borcu İddiaçı deyil, X1 tələb etməlidir. “Sudan istifadə qaydalan”nın 7.4-cü bəndinə uyğun olaraq, Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Həmin qaydaların 7.5-ci bəndinə əsasən su sayğacı olmadıqda fərdi yaşayış və bağ evlərinin torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci bəndinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, Yataqxana 7a, 88 saylı otağa hesablanmış 769.69 manat borc silinməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, Yataqxana 7a, 88 saylı otağa hesablanmış 769.69 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayit Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-457/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-457/2021
05.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver