Məhkəmə qərarları › İş №2(060)-4583/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4583/2024

21.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4583/2024 21.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İHakim Tağızadə Gülnarə Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Abşeron rayonu, 2 saylı notariat ofisinin xüsusi notariusu X4 qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı2 və İddiaçı1 nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 17-ci mikr, ev 26, mənzil 28 (yeni qaydalarla AZ5009, ünvan 1 ünvanında olan mənzilin alqı-satqısına dair xx.xx.2020-ci il tarixli ünvan 2ariat ofisinin xsusi notariusu X6 tərəfindən təsdiq edilmiş müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 İmanov Novruz Hidayət oğlu ilə 1976-cı ildə nikaha daxil olmuş, 1977-ci il təvəllüdlü Sevil, 1983-cü il təvəllüdlü Emil adlı övladları olmuşdur. Onlar birgə nikah dövründə 1978-ci ildə ünvan 3 ünvanında olan evi almışlar. İddiaçılar ana və oğuldular. Cavabdeh2 iddiaçı Zərifənin qızıdır. İddiaçı1 ilə Novruz İmanov arasında olan nikah 2010-cu ildə xitam verilmişdir. 2016-cı ildə ev Novruz tərəfindən iddiaçı Zərifənin rəsmi razlığı olmadan qızına bağışlanmış, onun mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçıların məlumatları olmadan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-4823/2016 saylı qiyabi qətnaməsi ilə onların istifadə hüquqları itirilmiş hesab edilsə də. işə yenidən baxdıb həmin iddia Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-4823/2016 saylı qətnaməsi ilə rədd edilmişdir. İddiaçılar həmin ünvanda daim qeydiyyatda olmuşlar. Mütəmadi o evə gedib-gəlmişlər. Hazırda da o evə gedib-gəlirlər. Son vaxtlar onlara qonşular demişdir ki. evə onlardan başqa kimsə gəlib-gedir. İddiaçılar bu məlumata inanmamışlar. Ancaq narahatlıq doğurduğu üçün polisə şikayət etmişlər. onlara məlum olmuşdur ki, Azər adlı qonşuları evi satın almışdır. Bu barədə Abşeron 2 saylı notariat kontoruna vəkil sorğusu göndərmişlər, sorğu notarius tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Sorğunun cavabı ilə maraqlananda oradan bildirmişlər ki, poçt vasitəsi ilə cavab göndərilmişdir. Ancaq bu günə kimi sorğunun cavabı gəlib çatmamışdır. Notarius ünvanda qeydiyyatı olan şəxslər barəsində məlumatı elektron qaydada avtomatlaşdırılmış şəkildə alsa da, nədənsə həmin məlumata güvənməmiş, ləğv edilmiş köhnə tarixli qiyabi qətnaməyə əsaslanaraq qeydiyyatda olan və mənzilə əmlak hüququ olan şəxslərin hüquqlarını kobud surətdə pozaraq müqaviləni təsdiqləmişdir. Onların mənzilə olan əmlak hüquqlarının pozulması ilə nəticələn müqavilə qanunən etibarsız hesab edilməlidir. İddiaçıların faktiki olaraq mənzilə istifadə - əmlak hüquqlarını itirməyə çalışaraq fon olaraq formal olaraq mənzili qonşuya satmaqla daha rahat üsulla məhkəmədə görünüş yaradaraq başqa mülkiyyətçi tərəfindən alındığını yaratmışlar. Faktiki olaraq Cavabdeh1 evdən istifadə etmir. Ancaq Onların qeydiyyatları yeni mülkiyyətçi tərəfindən mübahisələndirilə bilər. Sanki əvvəlki mülkiyyətçinin qohumları kimi onları çox rahatlıqla qeydiyyatdan çıxara bilər. Bu şəkildə onlar, mülkiyyətçi olmasalar da, mənzilə olan əmlak hüquqlarının pozulması təhlükəsi qarşısındadırlar. Məhkəmədə İddiaçı1 nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə etdi və eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. Məhkəmədə İddiaçı2 iddia tələbini əsaslı hesab edərək bildirdi ki, mübahisə predmeti olan mənzil onun xəbəri olmadan satılmışdır. Həmin ev təmirsiz olmuşdur. Onlar orada yaşamasalarda o, daim evə gəlib getmişdir. Maddi imkanı aşağı olduğuna görə təmir etdirə bilməmişdir. Onun 2024-cü ilin mart ayında xəbəri olmuşdur ki, mənzil satılıb. O, və anası həmin evdə qeydiyyatdadır. Ev valideynlərinin birgə nikah dövründə əldə edilmişdir. Hesab edir ki, onlar orada qeydiyyatda ola-ola onların məlumatları olmadan evin satılması qanunsuzdur və müqavilə etibarsız hesab edilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, bu mənzili o, alarkən alqı-satqı müqaviləsini dövlətin səlahiyyətli orqanlarına inanaraq almış-bir orqan notariat ofisi, digəri isə Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti olaraq bu prosesin qanun çərçivəsində olmasına nəzarət etməli idiləri ki, bu hərəkət heç kimin hüququnu pozmasın. Buna görədə o, dövlət rüsumuda ödəmişdir. Bundan əlavə o, iddiaçı və digər cavabdehlə bir həyətdə böyümüşdür. Cavabdeh2 ilə onun şəxsən tanışlığı olmamışdır. Həmin evi o, qardaşının vasitəçiliyi ilə övladı üçün dəyəri 53000 manat ödəməklə alqı-satqı edərək almışdır. Hazırda həmin mənzildə yaşayış yoxdur. Evin açarı ondadır. İddiaçıda açarın olması barədə məlumatı olmamışdır. Evin hazırki bazar qiyməti 75-80 min manatdır. Buna görədə verdiyi pulun qaytarılmasına razı deyildir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, məlum olduğu kimi iddiaçılar uzun müddətdir həmin evdə yaşamır. Buna görədə onların həmin evə istifadə hüquqları belə artıq itirilmişdir. Həmin şəxslər artıq uzun müddətdir ki, başqa yerdə yaşayırlar. Həmin mənzil cavabdehin atası tərəfindən ona bağışlanmışdır. Ona məxsus olan əmlakda onun tərəfindən rəsmi qaydada alqı-satqı edilmişdir. Alqı-satqı notariusda həyata keçirilmişdir. Hesab edir ki, həmin vaxt iddiaçılar həmin evdə qeydiyyatda olmamışdır. Artıq 4 il keçdiyinə və digər əsaslara görə alqı-satqının etibarsız hesab edilməsinin qanunsuz olduğunu hesab edir. Digər tərəfdən hesab edir ki, həmin mənzil üzrə iddiaçıların istifadə hüququ 2009-cü ildən əvvəl yaranıb. Bu durumda da onlar 6 aydan çox həmin mənzildə yaşamadıqları həmin mənzil üzərində istifadə hüquqlarını itirmiş hesab olunurlar. Belə ki, Respublikada 30 iyun 2009-cü il tarixinə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Göründüyü kimi, artıq 10 ilə yaxındır ki, iddia etdikləri mənzili istifadə etməyən iddiaçıların istifadə hüququnu bəhanə edərək mülkiyyətçinin hüquqlarını məhdudlaşdırmağa, vicdanlı alıcının hüquqlarını pozmağa çalışması qəbul edilməzdir. Belə ki, mənzildən istifadə hüququnun məqsədi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarında da deyildiyi kimi, yaşamağa yeri olmayan ailə üzvlərinin mənzil ehtiyacının təmin olunmasıdır. Göründüyü kimi, iddiaçılar artıq 10 ildir ki, həmin mənzildə yaşamırlar, onların başqa yaşayış sahələri mövcuddur və orada yaşayırlar. Bu barədə müvafiq araşdırmanın da aparılması zəruridir. Bundan başqa iddiaçılardan İddiaçı2 məhkəmədə verdiyi ifadəsində mühasibə xidmətləri göstərən firmanın təsisçisi və rəhbəri olduğunu bildirdi. Bu durumda onların maddi ehtiyac içində olmadığını təsdiq edir. Göstərilənləri nəzərə alaraq, iddiaçıların iddia tələbləri həm mülkiyyətçinin hüquqlarının məhdudlaşdırdığı, həm vicdanlı alıcının hüquqlarını pozduğu üçün, həm də istifadə hüquqlarını itirdiyi üçün qanunsuz və əsassız hesab edilməli və iddiaçıların istifadə hüququna 6 aylıq müddəti tətbiq edilsin və onların 10 ilə yaxındır ki, həmin mənzildə yaşamadıqları nəzərə alınaraq iddia tələbi bu əsasla da rədd olunmasını xahiş etdi. İş üzrə üçüncü şəxs Abşeron rayonu, 2 saylı notariat ofisinin xüsusi notariusu X6 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı2 və İmanov Novruz Hidayət oğlu Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 26, mənzil 28-də qeydiyyatdadırlar. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4823/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı İmanov Novruz Hidayət oğlunun cavabdehlər X3 və İddiaçı2 qarşı “cavabdehlər X2 və İddiaçı2 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 26 sayı evin 28 saylı mənzilinə dair yaşayış hüquqlarının itirilmiş hesab edilməsi” barədə iddia tələbi təmin edilməməsi qət edilmişdir. İşə əlavə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-436/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan AN-İ №0847382 saylı, xx.xx.2020-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 26, mənzil 28 (Yeni qaydalarla: AZ 5009 ünvan 4 ünvanını 32000 (otuz iki min) manata Cavabdeh1 satmışdır. İşdə olan X1 və İmanov Novruz Hidayət oğlunun notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizələrindən görünür ki, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 26, mənzil 28 (Yeni qaydalarla: AZ 5009 ünvan 4 ünvanında yerləşən mənzilin satılmasına, ipotekaya qoyulmasına, bağışlanmasına habelə alqı-satqı müqaviləsinin rəsmiləşdirildikdən sonra və həmin müqavilədə nəzərdə tutulan müddət ərzində mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. İşə əlavə olan Azərbayacn Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 26, mənzil 28 (Yeni qaydalarla: AZ 5009 ünvan 4 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4823/2016 saylı, 08 iyun 2016-cı il tarixli Qiyabi qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, cavabdehlər X5 və İddiaçı2 17-ci mikrorayon, 26 saylı evin, 28 saylı mənzilinə istifadə hüquqlarını itirilmiş hesab edilməsi qət edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bununla bağlı qeyd edilməlidir ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir (Mülki Məcəllənin 146.1 və 146.2-ci maddələri). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 17-ci mikr, ev 26, mənzil 28 (yeni qaydalarla AZ5009, ünvan 1 ünvanına dair 20 may 2020-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi müqavilə azadlığı prinsipinə uyğun olaraq Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmışdır. Həmin müqavilələrin bağlanması zamanı daşınmaz əmlakın alqı-satqısına dair qaydalara riayət edilmişdir. Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.4). Məhkəmə hesab edir ki, 20 may 2020-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmadığından bu barədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda iddiaçılar hüquqlarının pozulduğunu 2016-cı il tarixdən bildikləri halda məhkəməyə 2024-cü ilin iyun ayında müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu səbəbdən məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Abşeron rayonu, 2 saylı notariat ofisinin xüsusi notariusu X4 qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə” dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar