Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-465/2024 15.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt 2 saylı Regional Asan Xidmət Mərkəzinə qarşı mirasın qəbuletmə müddətinin uzadılması tələbinə dair mülki işə 15 yanvar 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbuletmə müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras kütləsinə daxil olan və xx.xx.2020-ci ildə vəfat etmiş X7 miras qalmış Abşeron rayonu Saray qəsəbəsi XDS İK-nin 17 oktyabr 1990-cı il tarixli 47.4 saylı Qərarına əsasən ona ayrılmış 0,10 ha torpaq sahəsinin miras qoyanın qanun üzrə birinci növbə vərəsəsi kimi onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X9 Abşeron rayonu Saray qəsəbəsi XDS İK-nin 17 oktyabr 1990-cı il tarixli 47.4 saylı Qərarına əsasən Saray Üzümçülük sovxozunun xx.xx.1990-cı il tarixli 97 saylı Əmri ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində tikintinin aparılmasına icazə verilmişdir. Ona ayrılmış bu torpaq sahəsinin yerquruluşu planından çıxarış işlənmiş və təsdiq olunmuşdur. O, Z.Novruzovla xx.xx.2004-cü ildə rəsmi nikahla ailə həyatı qurmuş və onların birgə nikahlarından 3 övladları anadan olmuşdur, oğlu X13 yetkinlik yaşına çatmaqla 19 yaşındadır, digər 2 övladı- xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X11 azyaşlıdırlar. X12 xx.xx.2020-ci ildə «dəqiqləşdirilməmiş kəskin miokard infarktı» səbəbindən dünyasını dəyişmişdir. Həyat yoldaşının vəfatından sonra o, onun qanun üzrə birinci növbə vərəsəsi kimi ondan miras qalan bu torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnu həyata keçirmiş və faktiki olaraq bu torpaq sahəsi onun idarəçiliyində olmuşdur. O, həyat yoldaşından miras qalmış bu əmlakla bağlı qanun üzrə birinci növbə vərəsə kimi vərəsəlik hüququna dair şəhadətnamə almaq üçün cavabdeh təşkilata müraciət etmiş və müvafiq sənədləri təqdim etmiş, lakin cavabdeh mirasın qəbulu ilə əlaqədar müddətin ötürülməsini səbəb kimi gətirməklə həmin müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, həyat yoldaşı Zaur Novruzovdan miras qalan torpaq sahəsi var. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. Hal-hazırda orada yaşayırlar. Həmin torpaq sahəsi üzərində mərhumun vərəsəsi kimi tanınmaq istəyir. Həyat yoldaşı 2020-ci ildə vəfat edib. Uşaqları və ondan başqa mərhumun digər vərəsəsi yoxdur. Yoldaşının atası və anası da vəfat edib. Yoldaşı rəhmətə gedəndə çox stress yaşamış, buna görə də notariusa vaxtında müraciət edə bilməmişdir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin cavabdehin nümayəndəsi məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Abşeron rayonu Saray qəsəbəsi XDS İK-nin 17 oktyabr 1990-cı il tarixli 47.4 saylı Qərarından görünür ki, həmin qərara əsasən X9 Saray Üzümçülük sovxozunun xx.xx.1990-cı il tarixli 97 saylı Əmri ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində tikintinin aparılmasına icazə verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 650 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 984 saylı məktubda X8 ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəyə cavab olaraq qanunla müəyyənləşdirilmiş müddəti keçirdiyi üçün müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan AZ-İ 013942 saylı nikah haqqında şəhadətnaməyə əsasən X1 Zaur Əlinur oğlu 07 avqust 2004-cü il tarixdə Sumqayıt şəhəri VVADQ Şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 329 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Novruzova soyadı verilmişdir. İşdə olan AZ İİ 194684 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2008-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X4, anası X2r. İşdə olan AZ İ 549150 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2004-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X4, anası X2r. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X12 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, ondan Abşeron rayonu Saray qəsəbəsi 0,10 ha torpaq sahəsi miras qalmışdır. İddiaçı X8 birinci növbə vərəsələrindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə işin hallarını və İddiaçı X8 birinci növbə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X7 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 miras qalmış Abşeron rayonu Saray qəsəbəsi 0,10 ha torpaq sahəsinin miras əmlak kimi qəbulu müddətinin İddiaçı tərəfindən buraxılması üzrlü sayılsın və müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-465/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-465/2024
15.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver