Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4692/2021 16.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyət qabiliyyəti olmayan hesab edilməsinə dair (Maraqlı şəxs: Qusar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyul 1940-cı il tarixdə Qusar rayonunun K/Xudat Qazmalar kəndində doğulmuş Səvziyeva Zina Oruc qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 01 iyul 1940-cı il tarixdə Qusar rayonunun X4 kəndində doğulmuş, Səvziyeva Zina Oruc qızı dogma anasıdır. Bu xüsusat A3 ******* saylı doğum haqqında şəhadətnamənin surəti ilə təsdiqlənir. Səvziyeva Zina Oruc qızı təxminən 2015-ci ildən psixi xəstəliyə tutulmuşdur, bir neçə dəfə ambulator şəraitdə müalicə olunmuş, 18 iyun 2018-ci il tarixdən 13 sentyabr 2018-ci il tarixə kimi “Aterosklerotik demensiya F010” diaqnozu ilə Sumqayıt şəhəri Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. Onun psixi qüsurlarına görə dispenser müşahidəsində və stasionar müalicədə olması Sumqayıt şəhər X1 Tibbi Kartasından X/T ******* saylı çıxarışla təsdiqlənir. Yuxarıda şərh olunan psixi qüsurun nəticəsində anası Səvziyeva Zina Oruc qızı öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmir. Bu səbəbdən də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məqsədə müvafiqdir, onun üzərində qəyyum təyin edilməsini zəruri sayır, hazırda Səvziyeva Zina Oruc qızı Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında stasionar şəraitdə müalicəsini davam edir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəfələrlə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -Ambulator, stasionar xəstənin tibb kartasından çıxarışdan görünür ki, 01.07.1940-cı il tarixdə anadan olmuş Səvziyeva Zina Oruc qızı Aterosklerotik demensiya F010” diaqnozu ilə Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 tərəfindən daxil olmuş 07.07.2021-ci il tarixli 1455 saylı rəydən görünür ki, Səvziyeva Zina Oruc qızında damar mənşəli demensiya (ağıl zəifliyi) xəstəliyindən əziyyət çəkir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Səvziyeva Zina Oruc qızı öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 01.07.1940-cı il təvəllüdlü Səvziyeva Zina Oruc qızı ərizəçinin anasıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Məhkəmə Psixiatrik Ekspertizasının 07.07.2021-ci il tarixli, 1455 saylı rəyinə əsasın, o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, hazırda Sumqayıt şəhəri Psixiatriya Xəstəxanasında qeydiyyatda olmaqla orada müalicəsini davam etdirir. Buna görə də şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 iyul 1940-cı il tarixdə Qusar rayonunun X4 kəndində doğulmuş, Qusar rayonu, Bədişqala kəndində qeydiyyatda olan Səvziyeva Zina Oruc qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4692/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4692/2021
16.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver