Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4701/2023 27.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı «akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun və ailəsinin yaşadığı ünvan 1 ünvanına xx.xx.2022-ci il tarixli ******* saylı aktla qanunsuz hesablanmış 4204,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı-ünvan 2 ünvanına “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən xx.xx.2022-ci il tarixində ******* saylı X2ydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akta əsasən 4,204,80 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən ona hesablanmış borc ilə razı deyil və həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sayğac evinin daxilində deyil, küçədə yerləşir bundan əvvəl kartla sayğacları var idi və vaxtı-vaxtında da işlətdikləri qaza görə sayğaca pul yükləyirdi. Sonra qaz işçiləri gəlib sayğaclarını çıxardıb aparıblar. Bundan onun xəbəri olmayıb ki, niyə çıxardıblar və hara aparıblar. Uzun müddət də gəlib nə məlumat veriblər, nə də maraqlanıblar ki, onlara qaz gəlir ya yox. 2021-ci ilin 25 oktyabında gətirib mexaniki sayğac qoyublar. Amma qazı quraşdırmıyıblar. Dəfələrlə qaz idarəsinə müraciət etməyinə baxmayaraq qazı gəlib qoşan olmayıb. İndiyə kimi də qazsız qalmışlar. Sonradan ona küllü miqdarda borc gəlib, guya o, qazdan qeyri-qanuni istifadə etmişlər. Halbuki, sayğac çıxarılan zaman ona müdaxilə halı aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan akt əsasında yazılmış və ona əsasən də dəymiş ziyan 4,204,80 manat hesablanmışdır. Bu uydurma və qanunsuz hesablanan cərimənin onun yaşadığı mənzilə heç bir aidiyyatı yoxdur. İddiaçı məhkəmədə iştirak edən zaman iddia ərizəsini müdafiə edərək bildirmiıdir ki, evə kənar xətt çəkilmişdir, lakin istifadə edilməmişdir, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, sayğaca kənar xətt qoşulmuşdur. İddiaçı özüdə bunu etiraf edir ki, keçmiş həyat yoldaşı sayğaca kənar xətt qoşmuşdur. Qedy edir ki, etiraf etdiyi kimi qaz itkisi mövcud olmuş dövlət əmlakına ziyan vurulmuşdur. Akt əsasında qeyd olunanlara əsasən cərimə hesablanmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İşdə olan Cavabdeh İB-nin əməkdaşları R.Abbasov, T.Babazadə və Y.Qəribovun iştirakları ilə tərtib edilmiş “X2ydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2022-ci il tarixli “akt”ın surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə massivi, ev 940-a aid sayğaca baxış keçirilmişdir. Baxış keçirilən zaman abonentin sayğacı açaraq rezin boru vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi məlum olmuşdur. İşə əlavə olan xx.xx.2022-ci il tarixli Cavabdeh İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 35040 m3 İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə massivi ev 940-a akt əsasında 4208 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB Sumqayıt QİS-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Yaşıldərə massivi ev 940 ünvanında sahə tərəfindən qaz işlədicilərinin inventarlaşması aparılmışdır. İnvetarlaşma zamanı 1 ədəd PQ-4, 1 ədəd AQV-80 qaz işlədicilərdən istifadə olunduğu müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5916-9/6108 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin maksimal saatlı sərfiyyat 1,95 kub metr/saat müəyyən edilir. Qaz işlədicilərin istifadə müddəti və iş rejimi barədə vəsatət təmin edilmədiyinə görə, İddiaçı xx.xx.2022-ci il tarixli akt əsasında itirilmiş təbii qazın bərpası üçün hansı məbləğdə sərfiyyat hesablanmasına dair sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. İş materiallarında olan Yeni yaşayış massivi 1,3,5-ci məhəllələr üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhər Yeni yaşayış massivi 1-ci məhəllədə yaşayır. İş materialları ilə və iddiaçının məhkəmə iclası zamanı verdiyi izhatdan müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisəli mənzilə kənar xətt çəkilmişdir. Məhkəmə təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış borcun hesablanması üçün tətbiq edilmiş hesabat müddəti və borc məbləği ilə razılaşmır və hesab edir ki, iddi kənar xətdən istifadə nəticəsində hesablanmış 4204,80 manat borcun silinməsi hissəsində qismən əsaslıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatının hesabatı düzgün aparılmamışdır. Məhkəmə həmin hesabatın 30 gün müddəti üçün aparılmasını qanuni və ədalətli hesab edir. Belə ki, cavabdeh qaz saygaslarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi həyata keçirməlidirlər. “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, hesabat üzrə qaz işlədicilərinin sərfiyyatı PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün hesablanmalıdır. Belə ki, iddiaçı akt əsasında ona məxsus mənzilə akt əsasında 4.204,80 manat borc hesablandığını bildirsədə, məhkəmə iddiaçının məhkəmə iclasında kənar xəttdə qoşulmasına dair etirafını və cavabdehin 4208 manat borcun hansı səbəbdən yaranmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianı qismən təmin edir, yəni 3857,33 (4208:12=-350,66) manat borcun silinməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi İddiaçı Cavabdehnə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə qismən sübuta yetirildi. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 102 (bir yüz iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 102 (bir yüz iki) manat Cavabdehndən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 3857 (üç min çəkkiz yüz əlli yeddi) manat 33 (otuz üç) qəpik məbləğində cərimə silinsin. Ekspertiza tədqiqatının dəyərləri 102 (bir yüz iki) manat Cavabdehndən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Tağızadə Gülnarə
Məhkəmə qərarları › İş №2(060)-4701/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4701/2023
27.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver