Məhkəmə qərarları › İş №2(060)-4709/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4709/2021

21.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4709/2021 21.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı Huseyin oğlunun, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 oğlunun iştirakı ilə, İddiaçı Huseyin oğlunun cavabdeh “xxxx” ASC-ə qarşı «qanunsuz və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Huseyin oğlu cavabdeh “xxxx” ASC-ə qarşı «qanunsuz və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon, 21/17 saylı evin, 46 saylı mənzilinə X1yə görə hesablanmış 1563.02 manat məbləğində borcun (Abunə kodu: **********00343) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Huseyin oğlu məhkəmə iclasında iddia ərizəsini onunla əsaslandırdı ki, ünvan 1 ünvanda yerləşən mənzili alqı-satqı yolu ilə almışdır və mənzil ona məxsusdur. Əvvəllər həmin mənzildə məcburi köçkün yaşadığından borcu 31.12.2016-cı il tarixdə silinmişdir. “xxxx” ASC tərəfindən ona məxsus mənzilə X1yə görə əsassız olaraq 1563.02 manat məbləğində borc hesablanmışdır. 2008-ci ilə kimi həmin ünvanda elektrik sayğacı olmamış və sayğac 28.06.2008-ci ildə quraşdırılmışdır. Hazırda cavabdeh tərəfindən ondan tələb olunan borc 2000-ci illər üzrə yaranmış borcdur və həmin borc 31.12.2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin müfaviq sərəncamına əsasən qaçqın borcu kimi silinmişdir. Abunə haqqında olan çıxarışdan da müəyyən edilir ki 1563.02 manat borc silinmişdir. Lakin o, Asan xidmətə kod üzrə ad dəyişmə ilə əlaqədər müraciət etdikdə ona bildirilir ki hesablanmış 1563.02 manat borc dondurulub və ad dəyişmə olan zaman ödənilməlidir. Buna görə də, o hesab edir ki, cavabdeh “xxxx” ASC-nin ondan həmin borcu tələb etməsi əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 oğlu məhkəmə iclasında bildirdi ki, qeyd olunan borc “xxxx” ASC tərəfindən qaçqın borcu kimi dondurulmuşdur , lakin Asan xidmətdə borc kimi görünür. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan abunə haqqı arayışdan görünür ki, İddiaçı Huseyin oğlunun yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, 21/17 saylı evin, 46 saylı mənzilinə “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1563.02 manat borcun qarşısında qaçqın borcu silinmə qeyd edilmişdir.. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki ünvan 2 ünvanda yerləşən mənzil İddiaçı Huseyin oğluna məxsusdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enercjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən İstehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakcı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanılmış borc silinməlidır. İşin hallarından göründüyü kimi tərəflər arasında müqavilə yoxdur, eləcə də mübahisələndirilən borc məbləği qaçqın borcu olmaqla, həmin borcun yaranmasına səbəb olan abonentin limitdən artıq sərfiyyatı qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh «xxxx» ASC tərəfindən X1yə görə İddiaçı Huseyin oğlunun yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, 21/17 saylı evin, 46 saylı mənzilinə hesablanmış 1563.02 manat qaçqın borcu silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 2-ci mikrorayon, 21/17 saylı evin, 46 saylı mənzilinə (Abunə kodu: **********00343) X1yə görə hesablanmış 1563.02 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar