Məhkəmə qərarları › İş №2(060)-4712/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4712/2022

19.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4712/2022 19.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 19 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına hesablanmış 336.44 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir. Həmin mənzildə yerləşən sayğaca xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş və tərtib olunmuş protokolda qeyd olunmuşdur ki, sayğacın dövlət möhürü normaldır, faza çıxışlarının plastması qızmadan zədələnib, sıradan çıxıb. Bundan sonra sayğacın yararsız vəziyyətə düşməsi ilə əlaqədar olaraq cavabdeh tərəfindən ona 336.44 manat borc hesablanmışdır. Halbuki həmin sayğac mənzildən kənarda yerləşir. Sayğacın yararsız vəziyyətə düşməsi onun təqsiri üzündən baş verməmişdir. Lakin buna baxmayaraq cavabdeh əsassız olaraq ona 336.44 manat borc hesabladığına görə həmin borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, sözügedən mənzildə artıq üç ildir ki, yaşamır. Bu barədə arayışı da məhkəmyə təqdim etmişdir. Bundan başqa o, qeyd edilən aktın tərtib edilməsinə iştirak etməmişdir. Borcla bağlı İdarəyə getdikdə ona bildirilmişdir ki, onun sayğacı yüksüz rejimdə işləyir, yəni sayğac öz-özünə sərfiyyat yazır. O, istifadə etdiyi işığa görə hər ay təxminən 20 manat ödəniş etmişdir. Bu səbəbdən bir ay ərzində 325 manat işıq pulu yazılması heç bir məntiqə sığmır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək "xxxx" ASC Şimal RETSİ tərəfindən ona məxsus mənzilə X1yə görə hesablanmış 336,44 manat borcun silinməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "Azərişıq” ASC-nə qarşı verdiyi iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iddiaçının mənzili xx.xx.2000-ci il tarixdə abonent qeydiyyatına alınıb. xx.xx.2008-ci il tarixində elektrik hesabat sayğacı quraşdırılmışdır. Abonentə məxsus elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın sıxacları yanaraq sayğacı yararsız hala salması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları'nın tələblərinə uyğun olaraq xx.xx.2021 il tarixli, 237689 saylı akt tərtib edilərək 7 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Həmçinin qeyd olunan faktla bağlı daha da obyektiv araşdırma aparılması məqsədi ilə həmin sayğac quraşdırıldığı yerdən çıxarılaraq xüsusi qutuya qoyulmaqla möhürlənmiş və "Azərişıq” ASC-nin ixtisaslaşmış laboratoriyasında xüsusi komissiya tərəfindən yoxlanılmış və həmin elektrik hesabat sayğacın dövlət möhürü normaldır, "faza" sıxacları və platası qızmadan zədələnib sıradan çıxmışdır. Göstərici mühəndis düyməsi ilə oxunub xx.xx.2021-ci il tarixli 233049 saylı protokolla təsdıq edilmişdir. Aktda qeyd edilən yüksüz rejim laboratoriya rəyində öz təsdiqini tapmamışdır. İddiaçıya məxsus mənzilə xx.xx.2021-ci il tarixdə yeni sayğac quraşdırılmışdır. Abonentin sayğac quraşdırılma tarixinə 359,44 manat borcu olub. Hal-hazırda abonentin 331,44 manat borcu vardır. Məlumat üçün bildirilir ki ididaçıya məxsus abunə kodu **********0069 olan mənzildə yaşayan vətəndaş X3 elektron müraciətlə enerjitəchizatçı təşkilata müraciət etmişdir. Ərizə araşdırılaraq bildirilmişdir ki, enerji təchızatçı təşkilatın əməkdaşları evinizə məxsus uçot dəstinə baxış keçirərkən elektıik enerjisinin uçotu və “X1 Qaydalarına riayət olunması halının pozulması faktını aşkar etmişlər. Bu fakt Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydalarının tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli 237689 saylı aktla rəsmiləşdirilmişdir. Çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılmış və aşkar edildmiş qüsurlar xx.xx.2021-ci il tarixli 233049 saylı protokolla təsdiqlənmişdir. Ərizədə qeyd etdiyiniz yüksüz rejim laboratoriya rəyində təsdiqini tapmamışdır. Aktın tərtibatı və hesablanmış sərfiyyatın miqdarı “Qaydalara”a uyqun aparıldığından ona yenidən baxmağa əsas yoxdur. Abunə haqqında çıxarışdan da görünür ki, iddiaçı 2015-ci il tarixindən xx.xx.2022-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borcları vaxtlı- vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın (E.E.İ.Q) 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Miilki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfh imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Bütün bunlar iddiaçının ”EEİQ”-nin tələblərinin açıq aşkar pozduğunu göstərdiyindən və istehlakçının məhkəməyə müraciət edərək məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyindən hüquqdan sui-istifadə hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir.Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 etiraza uyğun izahat verərək bildirdi ki, tərtib edilmiş akt qanuni və əsaslıdır. Belə ki, mənzilə aid sayğac yanmış və bununla bağlı xx.xx.2021-ci il tariixli akt tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçıya 7 manat borc hesablanmışdır. Qeyd edir ki, sayğac laboratoriyaya göndərilmiş və rəyə əsasən sayğacın sıxacları yanmış, nəticədə sağyac yarasız hala düşmüşdür. Bundan başqa laboratoriya yoxlamasında sayğacın yüksüz rejimdə olması təsdiqi tapmamışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 730 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşamır. İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı qızının adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı (Mahmudov) xx.xx.2021-ci il tarixə 325.70 (214.90+110.80) manat, xx.xx.2021-ci il tarixə 7 manat məbləğində borcu olmaqla ümumilikdə 325.70 manat borcu vardır. İşdə olan xx.xx.2021-ci il tarixli, 237689 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, Novruz qəsəbəsi ünvanında olan sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacın sıxaclarının yanaraq sayğacı yararsız hala salınması, sayğacın yüksüz rejimdə yazdığı müəyyən olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixli, 237689 nömrəli akt əsasında 7 manat borc hesablanmışdır. Sayğacdakı qüsur elektrik sayğacı yüksüz rejimdə yazır qeydi edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 4 İddiaçı mülkiyyətindədir. Həmin ünvan "xxxx" ASC-də ünvan 3ışdır. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları iddiaçının istifadəsində olan qeyd edilən mənzilə gələrək, sözügedən mənzildə sayğacın yüksüz rejimdə yazdığını, o cümlədən sayğacın sıxaclarının yanaraq yarasız hala salınmasını aşkar etmiş, bununla bağlı xx.xx.2021-ci il tarixli, 237689 nömrəli akt tərtib olunmuşdur. “X1 Qaydaları”nın 5.3-cü bəndinə görə yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin Qaydaların 7.11-ci bəndində nəzərdə tutulur ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. İşdə olan xx.xx.2021-ci il tarixli, 237689 nömrəli aktdan görünür ki, mübahisəli ünvanda həmin aktın tərtib edilməsinə səbəb sayğacın sıxaclarının yanması və sayğacın yüksüz rejimdə yazması halı olmuşdur. Məhkəmə hesab edir ki, sayğacın sıxaclarının yanması - yəni onun yararsız hala düşməsi iddiaçının günahı və ya müdaxiləsi nəticəsində baş verməmişdir. İstehlakçı elektrik sayğacının zədələnməsinə görə isə o vaxt məsuliyyət daşıyır ki, elektrik paylayıcısı bu zədənin (hazırki halda sayğacın çıxış faza xəttinin əriməsinin) istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğacın çıxış faza xəttinin əriməsininiddiaçı tərəfindən edildiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaya etirazında, o cümlədən cavabdehin nümayəndəsi məhkəmə iclasında sayğacın yüksüz rejimdə yazması qüsurunun sonradan öz təsdiqini tapmadığını bildirsə də, məhkəmə etirazın həmin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə hesab edir ki, abunə haqqında məlumata əsasən sentyabr ayına görə elektrik enerjisi sərfiyyatının digər aylardan dəfələrlə çox olması sayğacın yüksüz rejimdə yazması faktını təsdiq edir. Məhkəmə qeyd edir ki, iddiaçı 336.44 manat borcun silinməsini xahiş etsə də, cavabdehə akt tərtib edilən ayda 325,70 (214,90+110,80) manat borc, o cümlədən akt əsasında 7 manat cərimə, ümumilikdə 332,70 manat borc hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya hesablanmış 332,70 manat borc borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanına (abunə kodu: **********00069) cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 332,70 (üç yüz otuz iki manat yetmiş qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar