Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4728/2020 16.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh xxxxxxxx ASC-nə qarşı «aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh xxxxxxxx ASC-nə qarşı «aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh xxxxxxxx ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 186482 saylı aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 295.02 manat borc məbləğinin mənzilin abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, iddiaçının oğludur və ünvan 1 ünvandakı 22 saylı mənzil xx xxxxxx 2020 ci il tarixli alqı-satqı müqavilsinə əsasən anası tərəfindən alınmışdır. Həmin mənzil alqı-satqı müqaviləsinin bağlandığı tarixdən təxminən iki ay sonra əvvəlki mülkiyyətçisi tərəfindən iddiaçıya təqdim olunmuş və cari ilin may ayının əvvəlindən orada kiçik təmir işləri aparıldıqdan sonra iyul ayından mənzildə yaşamağa başlamışdır. Mənzil alqı-satqı olunarkən onun elektrik, qaz və su təchizatına görə hər hansı borc olmamış, iddiaçı tərəfindən qeyd olunan kommunal xidmətlərdən, o cümlədən elektrik enerjisindən sayğac əsasında istifadə olunmuş və iddiaçıya təqdim edilən sərfiyyat göstəricilərinə dair qəbzlər əsasında istehlak etdiyi xidmətlərin dəyəri iddiaçı tərəfindən vaxtı-xatında ödənilmişdir. xx xxxx 2020-ci il tarixdə cavabdehin işçiləri tərəfindən iddiaçıya məxsus evin pilləkən meydançasında quraşdırılmış sayğacı köhnəldiyindən onun dəyişdirilməsi üçün akt tərtib ediləcəyi bildirilmişlər. Həmin vaxt anasına baş çəkməyə gələrkən tələsik boş bir sənədə imza çəkərək çıxıb getmişdir. Avqust ayının əvəllərində o, mobil telefonundakı mobil tətbiq vasitəsi ilə mənzilin kommunal xidmətlərə olan borclarının ödənilməsi üçün baxış keçirərkən elektrik enerjisinə görə 295.02 manat borc görsənmişdir. O, mənzildə bu qədər elektrik enerjisi sərf edilməsinin mümkün olmadığını düşündüyündən məsələnin araşdırılması üçün “xxxxxxxx” ASC-nin Sumqayıt elektrik şəbəkəsinə müraciət etmişdir. Orada onlara bildirmişlər ki, guya enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən mənzildə sayğacdan kənar xətlə X1 edilməsi müəyyən olunmuş və buna görə xx.xx.2020-ci il tarixli, 186482 saylı akt tərtib edilərək həmin akta əsasən onlara 6 ay müddətinə yenidən hesablaşma aparılaraq 295,02 manat əlavə borc hesablanmışdır. Təkidlə tələbindən sonra müəssisənin əməkdaşı qeyd olunan aktın surətini anasına təqdim etmişlər. Həmin aktda qeyd edilmişdir ki, guya “Elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, pilləkən meydançasını işıqlandıran xətdən kənar xətt götürülmüş, kənar xətt bir başa mənzilə daxil olur. Onlar pilləkən meydançasının mənzilin elektrik şəbəkəsindən yəni sayğacdan keçən xətlə işıqlandırıldığını, aktda göstərilənlərin həqiqətə uyğun olmadığını onlara bildirərək aktın ləğv olunmasını və borcun silinməsini tələb etsələr də, elektrik şəbəkəsinin əməkdaşları borc məbləğinin 1 ay müddətində ödənilməyəcəyi təqdirdə enerji təchizatı dayandırılacağını bidirmişlər. Buna görə də, bir istehlakçı kimi hüquqlarının müdafiəsinin və bərpa olunmasının yalnız məhkəmə yolu ilə mümkün olacağı qənaətinə gəlmişdir. Aşağıda qeyd edilənlərə əsasən cavabdehin xx.xx.2020-ci il tarixli, 186482 saylı aktı qanunsuz olduğundan ləğv edilməli və həmin akta əsasən hesablanmış 295,02 manat borc məbləği mənzilinin **********00240 nömrəli abonent hesabından silinməlidir. Əvvəla qeyd olunan mənzilin abonent hesabından çıxarışdan görünür ki, cavabdehin ərazi üzrə nümayəndələri sonuncu dəfə mübahisəli aktın tərtib edildiyi tarixdən 7 gün öncə yəni xx.xx.2020-ci il tarixdə həmin sayğaca baxaraq 83 kvt elektrik enerjisi sərf edildiyini qeyd etməklə bu barədə anasına bildiriş təqdim etmişlər. Bu isə o deməkdir ki, əgər orada kənar xətt olmuşdursa, enerji təchizat idarəsinin əməkdaşları bunu həmin gün məyyən etmiş olardılar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X5 məhkəməyə etiraz təqdim edərək göstərdi ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, X1 qaydalarını pozduğuna görə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 186482 saylı, akt əsasında əsassız hesablanmış 295,02 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçıxxxxxxxx” ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, xx.xx.2020-ciil tarixində "xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən pilləkan meydançasını işıqlandıran xətdən kənar xətt götürülməsi və kənar xəttin birbaşa mənzilə daxil olması halı aşkar edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydaları”nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixli, 186482 saylı akt əsasında 295,02 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və aktın düzgünlüyü Zamanov Elçin tərəfindən öz imzası ilə təsdiq edilmişdir.Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, R 186482 saylı aktın surətindən görünür ki, abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən pilləkan meydançasını işıqlandıran xətdən kənar xətt götürülməsi və kənar xəttin birbaşa mənzilə daxil olması halı aşkar edilmiş və həmin akt iddiaçının nümayəndəsi olan Elçin Zamanov tərəfindən də imzalanmışdır. İş materiallarında olan abunə haqqı arayışdan görünür ki, itirilmiş elektrik enerjisinin bərpasına görə İddiaçı 295.02 manat məbləğində borc hesablanmışdır. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı abonent olaraq EEİQ pozulmasını pozmuş və ona görə də xx.xx.2020-ci il tarixli, R 186482 saylı akt tərtib edilərək, iddiaçıya 295.02 manat borc hesablanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçı tərəfindən mənzilə kənat xətt çəkilməməsini qeyd etsə də, iddiasının əsası kimi məhkəməyə bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X1 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin qaydaların 8.32-ci maddəsinin 2-ci hisəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh xxxxxxxx ASC-nə qarşı «aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə» dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh xxxxxxxx ASC-nə qarşı «aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə» dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏRİSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-4728/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4728/2020
16.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver