Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4741/2020 16.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh» İB-nə qarşı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun silinməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İB-nə qarşı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun silinməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi, həmin qərar əsasında hesablanmış 259.20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 3A, mənzil 10 mülkiyyət hüququ ilə ona məxsusudur. xx.xx.2018-ci ildə “Cavabdeh” İB-nin X6 Sahəsinin əməkdaşları tərəfindən mənzilinə quraşdırılmış mexaniki tipli qaz sayğacı smartkart tipli qaz sayğacı ilə əvəz edilmişdir. Bu barədə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxx 2018-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Sözü gedən akta əsasən ona sayğacın dəyəri olaraq borcun olub-olmaması barədə məlumatı yoxdur. Mənzilindən çıxarılmış mexaniki tipli qaz sayğacı İnformasiya Texnologiyaları və X3 və X4 Kalibirləşmə Laboratoriyasında yoxlanılmış və tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixli, MSK-29/1710-00733-3 saylı akta görə xətalar normaya uyğun deyil. Sayğac minimal sərfiyyatda 100% nisbi xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsi ilə plastmas boruya baxış keçirilmiş, heç bir kənar təsir izləri aşkar olunmamışdır. Bu səbəbdən də sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Təbii qazdan istifadə qavdalarının pozulması haqqında xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, sözügedən akta əsasən ona 259.20 manat cərimə hesablanmışdır. Mənzilinə təbii qazın verilməsi dayandırılmışdır, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır. İstehlakçı kimi qaz sayğacına bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, aşağıda sadalananlara əsasən hazırki iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, ünvan 1 saylı yaşayış evinə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli aktda sayğacda qeyd olunan nöqsan “smart kartla əvəzləmə, T/S, Bay. № 860508534”, yazılmışdır. Əvvəlki, yəni yararsız hala salınmış təbii qaz sayğacı təlimata uyğun olaraq İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə Dövlət Yoxlamasına göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “informasiya Texnologiyaları və Rabitə İdarə”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, kamera vasitəsi ilə çıxış plastmas boruya baxış keçirildi, heç bir kənar təsir izi aşkar edilmədi”, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Onların əməkdaşları həmin mənzilə xx.xx.2018-ci il tarixdə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və Dövlətə vurduğu ziyan müəyyən edilərək xx.xx.2018-ci il tarixli aktla itirilmiş qazın bərpası üzrə 1296m3x0,20=259,20 (iki yüz əlli doqquz manat 20qəp.) manat cərimə hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin, lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər”. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, 2(060)-4741/2020 saylı iş üzrə ünvan 1 saylı yaşayış ünvanında yaşayan iddiaçının “Aktın etibarsız hesab edilməsi və borcun silinməsi“ tələbinə dair iddiasını əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin, 10 nömrəli mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, məişət qaz sayğacında “xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, kamera vasitəsi ilə çıxış plastmas boruya baxış keçirildi, heç bir kənar təsir izi aşkar edilmədi”, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin, 10 nömrəli mənzilinə 1296 m3 itirilmiş təbii qaz hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin, 10 nömrəli mənzilinə 259.20 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X2”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görəfiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, mübahisələndirilən qərarda göstərilən pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından və qeyd olunan qərar hazırki iş üzrə iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozduğundan, həmin qərar ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin, 10 nömrəli mənzilinə dair itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərar ləğv edilməli, həmin qərar əsasında hesablanmış 259.20 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin, 10 nömrəli mənzilinə (abunə kodu: **********10100) dair itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərar ləğv edilsin və həmin qərar əsasında hesablanmış 259.20 (iki yüz əlli doqquz manat iyirmi qəpik) manat borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-4741/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4741/2020
16.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver