Məhkəmə qərarları › İş №2(060)-4760/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4760/2021

18.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4760/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşları 25.04.1983-cü il təvəllüdlü X14 və 29.06.1985-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, qardaşı X14 25.04.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş və anadangəlmə ruhi xəstəlikdən əziyyət çəkir. O, Sumqayıt şəhər X17 Dispanserində qeydiyyatdadır və bu xəstəliklə bağlı o əmək qabiliyyətsiz hesab olunaraq ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Digər qardaşı X16 29.06.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş və anadangəlmə ruhi xəstə olmaqla Sumqayıt şəhər X17 Dispanserində qeydiyyatdadır və ona da əlillik dərəcəsi təyin olunmuşdur. Hər iki qardaşı heç bir yerdə işləmir. Onlar öz hərəkətlərini müstəqil şəkildə idarə etmək, öz hərəkətlərinə cavabdehlik daşımaq və onun məsuliyyətini dərk etmək iqtidarında deyillər. Onları asanlıqla aldatmaq mümkündür. Mərhum atası sağlığında hər iki qardaşının qəyyumu olmaqla onların hüquqların həyata keçirirdi, lakin atasının ölümündən sonra bu gün hər iki qardaşının qəyyuma ehtiyacı vardır. Yuxarıda qeyd etdiklərinə əsasən, hesab edir ki, qardaşları fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (SS746947381AZ saylı poçt göndərişinin təqdim olunması barədə xəbərnamə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakını təmin etmək üçün məhkəmə iclası təxirə salınsa da, həmin qurumun nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının qarşısının alınması, iddiaçının hüquqlarının vaxtında təmin edilməsinin yubanmaması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. X1 və X2 buna yol vermədiyindən, onlar məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan İV-JQ-429811 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 13.10.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. X3, atası X4r. İş materiallarında olan X-JQ-456238 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 29.06.1985-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. X3, atası X4r. İş materiallarında olan İX-JQ-359260 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 25.04.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. X3, atası X4r. İş materiallarında olan AZ İİ 147456 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 28.02.2021-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 03 ayının 11-ci günündə 557 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ İ 527569 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 30.03.2012-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2012-ci ilin 04 ayının 03-cü günündə 553 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X13 ümumi xəstəliklə əlaqədar müddətsiz 3-cü dərəcəli əlillik müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona Tibbi-Sosial Ekpert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X10 ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci dərəcəli əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsinin 07.08.2021-ci il tarixli, 1735 saylı saylı rəyinə əsasən, X11 orta dərəcəli əqli gerilik davraniş pozuntulari ilə (F71) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixi inkişafda bir qədər geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, yardımçı məktəbdə təhsil alsa da, elementar biliklərə yiyələnə bilməməsi, Sumqayıt RƏXD-də ambulator qaydada müalicə olunması, xəstəliyi ilə əlaqədar İİİ dərəcəli əlilliyi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin zəifliyi, əhavliruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, davranışının və emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə nəticəyə gəlinmişdir ki, X16 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X16 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X9 onda müəyyən edilən İmbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsinin 07.08.2021-ci il tarixli, 1736 saylı rəyinə əsasən, X8 ağır dərəcəli əqli gerilik (F72) aşkar olunur, Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, yardımçı məktəb proqramı üzrə bir neçə il təhsil alsa olsa da, elementar biliklərə yiyələnə bilməməsi, Sumqayıt RƏXD-də ambulator müşahidədə olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün primitivliyi, əhvali-ruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Buna görə də X14 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X6 onda müəyyən edilən İmbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X14 və X16 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyillər. Qeyd edilən hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsinin 07.08.2021-ci il tarixli, 1735 və 1736 saylı rəyləri ilə və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 25.04.1983-cü il təvəllüdlü X14 və 29.06.1985-ci il təvəllüdlü X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317- 321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25.04.1983-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan X14 və 29.06.1985-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar