Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4760/2024 30.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı Cavabdehna qarşı “miras əmlakın qəbulu müddətinin bərpası” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehna qarşı miras əmlakın qəbulu müddətinin bərpası tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən “Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinin notariusu tərəfindən X2 vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinasının qanunsuz sayılması və mərhum X1 miras qalmış əmlak – Sumqayıt şəhəri, “Saray” bağları massivi 4034D ünvanında yerləşən, sahəsi 0.095 ha olan bağ torpaq sahəsinin onlar tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılmasın” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinin notariusu tərəfindən X2 vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinasının qanunsuz sayılması və mərhum X1 miras qalmış əmlak – Sumqayıt şəhəri, “Saray” bağları massivi 4034D ünvanında yerləşən, sahəsi 0.095 ha olan bağ torpaq sahəsinin onlar tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə baxış iclası iddiaçının iştirakı ilə əsaslandırılmış qərardad qəbul edilməklə təxirə alınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq məhkəmə baxışına gəlməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. AR MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Mülki iş materiallarından görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, iddia ərizəsi baxılmamış saxlanılmalı və həmin iddiaya görə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıdakıları və AR MPM-nin 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehna qarşı “miras əmlakın qəbulu müddətinin bərpası” tələbinə dair ərizəsi baxılmamış saxlansın. xx.xx.2024-cü il tarixdə ********** №-li qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4760/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4760/2024
30.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver