Məhkəmə qərarları › İş №2(060)-4764/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4764/2022

26.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4764/2022 26.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, X1 edən istehlakçı olaraq Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Azqur kommersiya köşkü ünvanı üzrə təchizatçı müəssisədə **********5 №-li abonent kodu ilə qeydiyyata alınmışdır. Sözü gedəcək proseslərin hər biri onun deyil, tanışlıq əsasında obyekti işlətmək üçün təhvil verdiyi Namiq Əhmədovun obyekti işlətdiyi dövrdə olmuşdur. Ellektrik enerjisinə görə ödəmələri cavabdeh təchizatçı müəssisə tərəfindən quraşdırılmış sayğacın göstəricilərinə görə etmiş, nəticə olaraq enerjiyə görə borcu olmamışdır. Belə ki, əvvəllər elektrik enerjisinə görə ödənişləri uzun müddət sayğac göstəricisinə görə ödəmiş, lakin sonradan şəbəkənin tələbi əsasında aylıq ödəmələr formasında etməmişdir. Cavabdeh müəssisə tərəfindən elektrik sərfiyyatı ölçən sayğac 2004-cü ildə quraşdırılmış, sonradan xx.xx.2017-ci il tarixdə isə yenisi ilə əvəzlənərək qeydiyyata alınmışdır. Yeni sayğac quraşdırıldıqdan sonra işlətdiyi enerji sərfıyyatı aylıq minimum səviyyədə olmaqla əvəzi tərəflərindən vaxtı-vaxtında ödənilmişdir. Buna baxmayaraq cavabdeh təchizatçı müəssisə xx.xx.2004-cü ildən xx.xx.2020-ci ilədək olan bəzi dövrləri hesabatını özünün birtərəfli qaydada tətbiq etdiyi metodiki hesablama ilə aparmağa başlamışdır. Onların belə hesablaşmalarına görə ona ayda 400 kv.saat sərfiyyat hesablanmışdır. Bu hal ilə razılaşmadıqlarından dəfələrlə Sumqayıt Elektrik Şəbəkəyə, ondan sonra isə "xxxx" MMC-уə və nəhayət hazırki iş üzrə cavabdeh qismində cəlb etdiyi “Şimal RESTİ”-nə müraciət etmişdir. Enerji təchizatçı idarəsi istifadəsində olan köşkə borcun yaranmasına əsas kimi dəymiş ziyan olaraq xx.xx.2015-ci ildə tərtib edilmiş akt üzrə 239.70 manat borc, xx.xx.2016-cı ildə tərtib edilmiş akt üzrə 66.48 manat borc, xx.xx.2020-ci ildə tərtib edilmiş akt üzrə 518.40 manat borc hesablanması ilə əsaslandırmışdır. Həmin aktlara nəzər yetirdikdə, orada sayğaca müdaxilə edilməsi qeyd olunur. Bununla da cavabdeh məsuliyyəti abonent olaraq onun üzərinə qoymaq istəyir. Halbuki, “X1 Qaydaları”na əsasən belə hallarda abonent məsuliyyət daşımır. Yaranmış borc məbləği ilə əlaqədar təchizatçı müəssisənin əməkdaşları arabir gələrək, həmin borc məbləğin ödənilməsini tələb edirlər. Bəzən elə olur ki, həmin əməkdaşlar elektrik enerji xəttini şəbəkədən ayırılar. Bununla da, istehlakçı kimi onun hüquqlarını qəsdən pozmuş olurlar. Bundan başqa onu özlərinin birtərəfli qaydada tərtib etdikləri protokola imza etməyə məcbur edir, əks təqdirdə elektrik enerjisinin təhzihatın birtərəfli dayandıracaqları ilə hədələyirlər. Hazırda cavabdehin ondan tələb etdiyi əsassız borc məbləği 1281.90 manat təşkil edir. Hesab edir ki, “Şimal RETSİ” tərəfindən ona qarşı hesablanmış 1281.90 manat məbləğində borc qanunsuz və əsassızdır. Bu borc müvafiq olaraq məhkəmə qaydasında silinməlidir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdeh "xxxx" ASC-nin “Şimal RETSİ” tərəfindən ona (abonent kodu **********5) qarşı X1yə görə hesablanmış 1281.90 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edib etirazı onunla əsaslandırmışdır ki, EEİQ-nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2015-ci il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində iddiaçıya məxsus abunə kodu **********5 olan, obyektin daxilində yerləşən elektrik hesabat sayğacına baxış keçirərkən sayğacın baxış şüşəsi sındırılaraq fotolent vasitəsilə diskin hərəkətinə mane törədilərək sayğacın dayandırılması halı aşkar edilmiş və abonentin nümayənədəsi Abdulayeva Nazının iştirakı ilə xx.xx.2015-ci il tarixli, 003324 saylı akt tərtib edilmiş, aktın düzgünlüyü abonentin nümayəndəsi Abdullayeva Nazı tərəfindən öz imzası ilə təsdiq edilmişdir. xx.xx.2015-ci il tarixli, 003324 saylı akta əsasən abonentə 239,70 manat hesablaşma aparılmışdır. xx.xx.2016-cı ildə əməkdaşları tərəfindən qeyd olunan obyektin yerləşən elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, obyektə kompüterin məlumat bazasında metodiki hesabat verilməməsi halı aşkar edilərək EEİQ-na uyğun olaraq xx.xx.2016-cı il 006090 saylı akt tərtib edilərək, akta əsasən 66,48 manat hesablaşma aparılmışdır. Əməkdaşları tərəfidən xx.xx.2020-ci il tarixdə abonentə məxsus obyektin sayğacına baxış keçirilərkən elektrik hesabat sayğacının sxemdən kənarlaşdırılaraq birbaşa X1 olunması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş enerjisindən istifadə qaydalarının (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci tarixli, 038114 saylı akt tərtib edilərək 518,40 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Sayğaca müdaxilə ilə bağlı tərtib olunmuş aktlar əsasında abonentə ümumlikdə 824.58 manat hesablaşma aparılmışdır. Həmçinin abonent xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi elektrik sayğacı əsasında 815,68 manat istifadə etdiyi halda 719,44 manat ödəniş etmişdir. Abonentin xx.xx.2015-ci il tarixədək 59,73 mnt borcu və 2016-cı il tarixinə metodiki hesablaşma əsasında 286,18 manat borcu vardır. Hal-hazırda iddiaçının 1266,73 manat borcu vardır. İddiaçı isə ona məxsus mənzilə 1281,90 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırııldığı məlum deyildir. İddiaçı X1yə görə yaranmış 1281.90 manat borcun silinməsinə tələbi üzrə iddia müddətini keçirmişdir. Həmçinin, iddiaçı borcunu ödəmək məqsədi ilə müxtəlif vaxtlarda ödənişlər etmiş, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il il tarixə təsadüf edir. İddiaçının müxtəlif vaxtlarda ödəniş etməsi borcu etiraf etməsini göstərən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmədən 1281,90 manat borcun silinməsinə dair iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək etiraza uyğun izahat verib məhkəmədən iddia tələbi əsassız olduğu üçün iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 izahatında bildirdi ki, həmin qeyri yaşayış sahəsinin iddiaçı ilə onun arasında olan şifahi razılaşmaya əsasən o, idarə etmiş, sayğacdan kənar qoşulma halı olmamışdır. Kənar qoşulma ilə bağlı cavabdeh təşkilatda heç bir sübut, yəni fotoşəkil, çəkiliş yoxdur. Nəzarətçi özü sayğacı ayıraraq çölə çıxarmış, sonra borc hesablanmışdır. Ondan sonra hər ay ödəniş edilmiş, nəzarətçi də hər ay gələrək baxış keçmişdir.Əlavə olaraq bildirdi ki, həmin əraziyə xidmət edən əməkdaş ona bildirmişdir ki, sayğac üzrə borc olduğuna yoxlama gələnədək xəttlərin ayrılmasını təklif edib və onun iştirakı ilə xəttlər ayrılmışdır. Sonra Bakıdan gələn əməkdaşlar bu halı aşkar edib akt tərtib edərək cərimə hesablamışlar. Məhkəmə İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 və üçüncü şəxs X2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 003324 saylı, xx.xx.2016-cı il tarixli, 006090 saylı və xx.xx.2020-ci il tarixli, 038114 saylı aktlar elektrik hesabat sayğacına baxış keçirərkən sayğacın baxış şüşəsi sındırılaraq fotolent vasitəsilə diskin hərəkətinə mane törədilərək sayğacın dayandırılması, obyektə kompüterin məlumat bazasında metodiki hesabat verilməməsi, elektrik hesabat sayğacının sxemdən kənarlaşdırılaraq birbaşa X1 olunması halları aşkar edildiyi üçün tərtib edilmişdir. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-964/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı Nümayəndə1 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. 2(060)-418/2022 saylı mülki iş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vergi ödəyicisinin xx.xx.2008-ci il tarixli ərizələrinə əsasən “Köşk" və “Mağaza” adlı təsərrüfat subyektləri ləğv edilmişdir. Vergi ödəyicisinin xx.xx.2011-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti bərpa edilmişdir. Vergi ödəyicisinin xx.xx.2014-cü il tarixli ərizəsinə əsasən fəaliyyəti yenidən dayandırılmışdır. Vergi ödəyicisinin xx.xx.2014-cü ii tarixli “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında” ərizəsinə əsasən 25.0.2015-ci il tarixdə vergi uçotu ləğv edilmişdir. “AZQUR” Kommersiya Köşkü adlı vergi ödəyicisi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551-ci maddəsinin tələbinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını müəyyən etdiyi hallara tətbiq edərək qənaətə gəlir ki, cavabdehin nümayəndəsinin etirazını iddiaçının borcu 1281,90 manat deyil, 1266,73 manat təşkil etməsi, iddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməli olmasına dair etirazın dəlillərini əsaslı hesab etmir. Bundan əlavə köşkün şifahi razılıqlarına əsasən fəaliyyət göstərən 3-cü şəxs X3 məhkəmə iclasında onun iştirakı ilə xəttlərin ayrılmasını etiraf etmiş və onun nəticəsində akt tərtib edilərək cərimə hsablanmışdır. Məhkəmə üçün həmin hal 12 oktyabr 2020-ci il tarixli, 038114 saylı akt elektrik sayğacı sxemdən kənarlaşdırılaraq birbaşa X1 olunduğu üçün hesablanmış cərimənin əsaslı olması, iddia tələbinin həmin hissədə öz təsdiqini tapmaması nəticəsinə gəlməsinə imkan verir. Belə ki, istehlakçı tərəfindən istifadə edilən elektrik enerjisinin dəyərinin ödənilməsi vaxtaşırı edilən ödənişlər növünə aiddir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının 2017-ci il tarixdən əvvələ yaranmış X1yə görə ödənilməli olan ödənişlərin tələb etmə müddəti cavabdehin hərəkətsizliyi səbəbindən ötürülmüşdür. Odur ki, həmin hissədə iddiaçının öhdəliyinə xitam verilməli, iddia tələbi qismən təmin edilərək iddiaçıya hesablanmış 306,18 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən, enenrji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 7.11-ci maddəsinə əsasən,yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaçlarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.32-ci maddəsinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğaçın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 9.1-ci maddəsinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Azqur kommersiya köşkü ünvanında X1yə görə hesablanmış 306,18 (üç yüz altı manat on səkkiz qəpik) manat məbləğində borc **********5 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar