Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4778/2025 28.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında “Azərişıq “ ASC-yə yığılmış 965,59 manat dondurulmuş və 1063 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi ona Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 428 nömrəli, xx.xx.2024-cü il tarixli sərəncamı və 10 saylı mənzil kirayə müqaviləsi əsasında verilmişdir. O, burada yaşamamışdan əvvəl həmin mənzildə Səfərov Bayram adlı məcburi köçkün yaşamış və hal-hazırda həmin mənzilin 965,59 dondurulmuş və 1063 manat məbləğində borcu vardır. Onun bu borc barədə mənzili aldıqdan sonra işıq sayğaclarını öz adına keçirərkən məlumatı olmuşdur. Həmin borc o, mənzildə yaşamamışdan əvvəl hesablanmışdır. Qeyd edilən borcun ondan tələb edilməsi qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək borcun silinməsini xahiş etdi. O, əlavə etdi ki, qeyd edilən mənzildə 2023-cü ilin avqust ayından yaşayır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iştirak etdiyi məhkəmə iclasında Nümayəndə iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyibiş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli ətraflı arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün X2 7 nəfər ailə üzvü ilə, 2014-cü ildən isə X1 6 nəfər ailə üzvü ilə bərabər yaşamışdır. Mənzil xx.xx.2023-xü il tarixdə kirayə müqaviləsinə əsasən İddiaçı verilmişdir və hazırda oğlu ilə orada qeydiyyatda olmaqla yaşayır. - Abunə haqqında xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, abunə kodu **********00971 olan İddiaçı məxsus ünvan 1 ünvanına 1044,83 manat borc hesablanmışdır. Qaçqın borcununun silinməsi kateqoriyası üzrə borc 965,59 manat təşkil edir. - Abunə haqqında xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, abunə kodu **********00971 olan İddiaçı məxsus ünvan 1 ünvanına 1009,96 manat borc hesablanmışdır. Qaçqın borcununun silinməsi kateqoriyası üzrə borc 965,59 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, abunə kodu **********00971 olan iddiaçının ünvanına əsassız olaraq hesablanmış 965,59 manat dondurulmuş borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası “Elektroenergetika haqqında” qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərişıq” ASC-nin abunə haqqında çıxarışdan görünür ki, abunəçi İddiaçı 965,59 manat dondurulmuş borcu vardır. 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə işıq xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən Qanunun göstərilən müddəalarının tələblərinə əməl edilməyərək, tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmiş, istehlakçının işığın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılıraraq tələb edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan abunə kodu **********00971 olan ünvan 1 ünvanına görə hesablanan 965,59 manat dondurulmuş borc silinməlidir. Bu borcun həmin mənzildə 2023-cü ilin avqust ayından yaşamağa başlamış iddiaçıya aidiyyəti yoxdur. Bununla belə, işdən görünür ki, xx.xx.2025-ci il tarixinədək abunə kodu **********00971 olan İddiaçı sərfiyyat üzrə 1009,96 manat borc hesablanmışdır. Qüvvədə olan qanunvericiliyə görə istehlak edilmiş elektrik enerjisinə görə borcu abonent ödəməli olduğundan məhkəmə iddianın digər hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Hazırda iddia tələbinin təmin edilən həcmi 965,59 manat olduğundan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən abunə kodu **********00971 olan İddiaçı məxsus ünvan 1 ünvanına görə hesablanan 965,59 manat dondurulmuş borc silinsin. İddianın verilməsinə görə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-4778/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4778/2025
28.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver