Məhkəmə qərarları › İş №2(060)-4784/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4784/2021

09.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4784/2021 09.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi «şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN- 401H KOD 30800086 nömrəli, 09.01.2004-cü il tarixli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»də üçüncü mülkiyyətki kimi qeyd olunmuş «Ərizəçi Bulu qızı» ilə onun (yəni Ərizəçi) eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN-401H KOD 30800086 nömrəli, 09.01.2004-cü il tarixli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»də üçüncü mülkiyyətki kimi qeyd olunmuş «X4» ilə onun (yəni Ərizəçi) eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1962-ci il tarixdə Tovuz rayonunda doğulmuşdur. Ailəlidir. Hal-hazırda yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Sumqayıt şəhəri Saray bağ massivi 3705B ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 08.02.2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəyə və ərizəyə əlavə edilmiş sənədlərə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmış və imtina edilmişdir. İmtina edilməsi barədə bildirişdə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN-401H KOD 30800086 nömrəli, 09.01.2004-cü il tarixli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»də ikinci mülkiyyətçinin, yəni onun adı səhvən «Validə» olaraq qeyd olunduğu göstərilmişdir. Buna görə də, JN-401H KOD 30800086 nömrəli, 09.01.2004-cü il tarixli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin şəxsiyyət vəsiqəsinin təqdim olunmuş şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəmə orqanlarına müraciət etmələri bildirilmiş və qeyd olunanlara əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Bu səbəbdən də, hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Belə ki, onun əsl adı Ərizəçidır. Doğum haqqında şəhadətnamədə, eləcə də, şəxsiyyət vəsiqəsində də adı Ərizəçi kimi qeyd olunmuşdur. Əlavə olaraq nikah haqqında şəhadətnamədə də adı Ərizəçi kimi qeyd edilmişdir. Həmin sənədlərin təsdiq edilmiş surətləri ərizəyə əlavə olunacaqdır. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X2 ifadə verərək bildirdi ki, onların ailə üzvlərinə bağ sahəsi satılmışdır. Müvafiq rəsmiləşdirmə işləri zamanı onlardan asılı olmayan səbəblərdən JN- 401H KOD 30800086 nömrəli, 09.01.2004-cü il tarixli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»də həm anasının adında və atasının adında, həmçinin bacısı Asəfənin adında səhvə yol verilmişdir. Qeydiyyat aparan şəxsin, yaxud orqanın mexaniki səhvi ucbatından bağ sahəsinin sənədləşməsi ilə bağlı çox ciddi çətinliklərlə üzləşirlər. Həmin səhvlərə necə yol verildiyini anlamır. Belə ki, həm anasının rəsmi sənədlərində, həm bacısının rəsmi sənədlərində ad, soyad, ata adlarında səhvə yol verilməmişdir. Onun anasının adı Ramidə, ana tərəfdən babasının adı Quludur. Şəhadətnamədə isə nə səbəbdənsə səhvə yol verilərək, «X4» kimi yazılmışdır. Bacısının da adında yol verilmiş yanlışlıqla bağlı məhkəməyə müraciət edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(060)-3532/2021 saylı qətnaməsi ilə bacısının hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilmişdir. Həmin qətnamənin surətini özü ilə gətirmişdir və məhkəməyə təqdim edə bilər. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3532/21 saylı, 20.05.2021-ci il tarixli qətnaməsinə əsasən (X10) ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN-401H KOD 30800086 nömrəli, 09.01.2014-cü il tarixli “Torpağın müliyyətə verilməsinə dair şəhadətnamə”də üçüncü mülkiyyətçi kimi qeyd olunmuş X3 X1 ilə eyni şəxs olması faktı müəyyən olunması qət edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Tovuz rayonunda doğulmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənədlərdə hər hansı uyğunsuzluq yoxdur. Lakin, iş materiallarına əlavə olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN-401H KOD 30800086 nömrəli, 09.01.2004cü il tarixli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»dən görünür ki, ərizəçidən asılı olmayan səbəblərdən, Ərizəçi adında və atasının adında texniki mexaniki səhvə yol verilərək, adı «Validə» atasının adı «Bulu» kimi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 02.03.2021-ci il tarixli **********80 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, ərizəçidən asılı olmayan səbəblərdən səhvə yol verilərək, adı və atasının adı qeyri-düzgün yazıldığından, o, hüquqlarını həyata keçirə, daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir. Göründüyü kimi, yuxarıda qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, şahid ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN-401H KOD 30800086 nömrəli, 09.01.2004-cü il tarixli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» xx.xx.1962-ci il tarixdə Tovuz rayonunda doğulmuş Ərizəçi məxsusdur, həmin şəhadətnamədə qeyd olunmuş «X4» ilə Ərizəçi eyni şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN-401H KOD 30800086 nömrəli, 09.01.2004-cü il tarixli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin xx.xx.1962-ci il tarixdə Tovuz rayonunda doğulmuş Ərizəçi məxsus olması, həmin şəhadətnamədə qeyd olunmuş «X4» ilə Ərizəçi eyni şəxs olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN-401H KOD 30800086 nömrəli, 09.01.2004-cü il tarixli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin xx.xx.1962-ci il tarixdə Tovuz rayonunda doğulmuş Ərizəçi məxsus olması, həmin şəhadətnamədə qeyd olunmuş «X4» ilə Ərizəçi eyni şəxs olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar