Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4827/2021 25.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” İstahsalat Birliyinə qarşı «cərimə borcunun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, 35/20B saylı evin 59 saylı mənzilinə dair qaz sayğacına görə tərtib olunmuş ******* nömrəli, 23.02.2021-ci il tarixli akt əsasında yaranmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 35/20B saylı evin 59 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin ******* saylı, 10.09.2016-cı il tarixli çıxarışına əsasən iddiaçının mülkiyyətindədir. Həmin mənzilə dair qaz sayğacı quraşdırılan andan etibarən ödənişlərində bağlı heç bir problem yaranmamışdır. 04.12.2020-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları yaşadığı ünvana gələrək qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* № li. 04.12.2020-ci il tarixli akt tərtib etmişlər. Həmin akta əsasən, G-4 markalı ******* № li sayğac Smart kart tipli G-4 markalı, **********9 № li sayğacla əvəzləmişlər. Cavabdeh İBnin əməkdaşları yaşadığı ünvana gələrək sayğaca görə təbii X5nın pozulması haqqında baxış keçirərkən ******* № li, 23.02.2021-ci il tarixli akt tərtib etmişlər. Həmin seriyalı aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən qismən aralanması və hesablama mexanizminin iş prinsipinə müdaxilə edilməsinin mümkünlüyü qeyd edilmişdir. Bunun nəticəsi olaraq ki, sayğaca görə dəymiş ziyan hesablanaraq 216 manat məbləğində borc hesablanmışdır. Nə o, nə ailə üzvləri tərəfindən sayğaca və ya qaz borularına heç bir müdaxilə olunmamışdır. Belə ki, həmin akt tərtib olunan gün o, evdə olmamış, akta imzanı belə də çəkməmişdir. Sayğac labaratoriyaya aparılanda belə əməkdaşlar sayğaca onlar tərəfindən hər hansı bir müdaxilə etməyi ilə bağlı sübut aşkar etməmişlər. Labaratoriyanın rəyi isə sadəcə fərziyədir. Yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Belə ki, elektrik sayğacı binanın blok hissəsində və çox hündür yerdə quraşdırılmışdır. Həmçinin sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşalarının nəzarətində olan işdir. Bu borc reallığı əks etdirmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətin də qalmışdır. Göstərilənləri nəzərə alaraq, mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, 35/20B saylı evin 59 saylı mənzilinə dair qaz sayğacına görə tərtib olunmuş ******* nömrəli, 23.02.2021-ci il tarixli akt əsasında yaranmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh “Cavabdeh” İstahsalat Birliyi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh “Cavabdeh” İstahsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X2 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* nömrəli “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20B, mənzil 59 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrində 16.09.2016-cı il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan “Cavabdeh” İB-nin 16.04.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus 2-ci mikrorayon, ev 35/20, mənzil 59-a 01.03.2021-ci il tarixinə qədər istehlak edilmiş təbii qaza görə borcu 220 manatdır. Göstərilən borcu 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Abonentin saldosundan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20, mənzil 59-a akta əsasən 216 manat borc hesablanmışdır. İş materiallarında olan 23.02.2021-ci il tarixli “Cavabdeh” İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2160 m3. İş materiallarında olan “Cavabdeh” İB-nin əməkdaşları E.Eyvazov, S.İsmayılov və İ.İsmayılovun iştirakları ilə tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı “akt”ın surətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20, mənzil 59-a aid sayğac 12.02.2021-ci il tarixdə dövlət yoxlamasına gətirilmiş Metrologiya Departamentinin rəyinə görə G-4 markalı (2006806) sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən qismən aralanmışdır. Hesablama mexanizminin iş prinsipinə müdaxilə edilməsi mümkündür. İş materiallarında olan “Cavabdeh” İB-nin 19 fevral 2021-ci il tarixli MSK 29/1710- 04683-1 saylı aktın surətindən görünür ki, “Cavabdeh” İB-nin SOCAR**********30991710X04683 saylı, 16 dekabr 2020-ci il tarixli məktubuna əsasən 28 yanvar 2021-ci il tarixində Sumqayıt QİS-dən Dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına 12 fevral 2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən qismən aralanmışdır. Hesablama mexanizminin iş prinsipinə müdaxilə edilməsi aşkar edilmişdir. “X5"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş borcun İddiaçı tələb edilməsi qanuni olardı. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış 216 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 N-li Qərarı ilə təsdiq olunmuş “X5”nın 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20B-də yerləşən 59 saylı mənzilə ******* nömrəli, 23.02.2021-ci il tarixli akta əsasən əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20B-də yerləşən 59 saylı mənzilə ******* nömrəli, 23.02.2021-ci il tarixli akta əsasən əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-4827/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4827/2021
25.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver