Məhkəmə qərarları › İş №2(060)-483/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-483/2022

18.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-483/2022 18.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi, Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qəyyumluq və Himayəçilik Orqanına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan elan edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qəyyumluq və Himayəçilik Orqanına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmasının elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, anası X5 09.06.1958-ci il, atası Mayılov Mirzəli isə 12.12.1956-cı il tarixdə Masallı rayonunda anadan olmuşlar. Onlar 12.06.1980ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.1981-ci il tarixdə o anadan olmuşdur. 15.06.1992-ci il tarixdə isə X6 adlı bacısı dünyaya gəlmişdir. Bacısı anadan gəlmə iflic doğulmuşdur. Onun diaqnozu spastik serebral iflicdir. AR ƏƏMSN-nin 14.01.2011-ci il tarixli, 096633 №-li əlillik vəsiqəsi ilə bacısının adına vəsiqə verilmişdir. Bundan əlavə olaraq bacısı anadan gəlmə yataq xəstəsidir. Hərəkətləri məhduddur, gəzmir, oturmur, zehni, nitqi geri qalır. Vegetativ həyat tərzi sürür. Bacısı 1-ci dərəcəli əlildir, daima kənar şəxsin köməyinə ehtiyacı var. Atası 30.06.2020-ci il tarixdə vəfat etmişdir. Bacısı onun himayəsində və nəzarətindədir. Onu özü yedizdirir, içizdirir. Bacısının yanında qalır və ona baxır. Müəyyən əqdlərin bağlanmasında, pensiya və sosial müavinətlərin alınması, evlə bağlı bəzi hüquqi sənədlər ilə bağlı onun imzası gərəkdir. 22 ildir ki, bacısı qanuna uyğun olaraq dövlət tərəfindən pensiya alır. Ona görə də qərara gəlmişdir ki, bacısı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə sənədləri rəsmiləşdirsin. Qeyd olunanlara əsasən məhkəmədən 15.06.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizəsinin dəqiqləşməsi barədə ərizə verərək 15.06.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasın nümayəndəsi X12 iş üzrə təyin edilmiş məhkəmə psixiatrik ekspertizasının rəyi nəzərə alınmaqla ərizənin təmin olunmasına etiraz etmədiklərini bildirdi. Məhkəmə, Ərizəçi, maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin olunması barədə qətnamə qəbul edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 ilə X7 arasında bağlanmış nikah Sumqayıt şəhər VVAQ şöbəsində 12.06.1980-ci il tarixində akt qeydləri kitabında 612 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan XVİ-ЖГ seriyalı, 457544 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 15 iyun 1992ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan XX-ЖГ seriyalı, 383904 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 26.06.2020-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan 14.01.2011-ci il tarixdə verilmiş 096633 №-li vəsiqənin surətindən görünür ki, X6 ümumi xəstəlik səbəbindən İ qrup əlillik dərəcəsi almışdır. İş materiallarında olan AR ƏƏSMN 6 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası TSEK-də müayinə aktından çıxarışın kötüyündən görünür ki, 15 iyun 1992-ci il təvəllüdlü X3 ümumi xəstəlik səbəbindən müddətsiz İ qrup əlillik dərəcəsi verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 09.02.2022-ci il tarixli 325 saylı rəyinə əsasən X2 ağır dərəcəli əqli gerilik müşahidə olunur. O, psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin xüsusi icraat qaydasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən baxdığı işlərdən biridə 305.1.3-cü maddəsində göstərilən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinin mahiyyətinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 34.2-ci fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarına, keçirilmiş ekspertiza tədqiqatının rəyi nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilərək onun bacısı 15.06.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15.06.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar