Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4840/2025 30.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 917,64 (doqquz yüz on yeddi manat altımış dörd qəpik) manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvana (abonent kodu **********01100) cavabdeh tərəfindən 917,64 manat borc məbləği hesablanmışdır. Cavabdeh tərəfindən hesablanmış borc məbləğinin səbəbi ona məlum deyildir. Tərəfindən aylıq sərfiata əsasən ödənişlər edilmişdir və onun bu məbləğdə cavabdehə borcu yoxdur. Cavabdeh tərəfindən hər hansı bir akt tərtib edilməmiş və hansı əsasla borc yaranması ona bildirilməmişdir. Formal olaraq sayğacın səhv düşməsi bildirilmişdir. Ərizə ilə cavabdehə müraciət edərək əsassız tətbiq edilən borcun silinməsi barədə tədbir görülməsini tələb etsədə nəticəsi olmamamışdır. Borcun hansı dövürə və hansı əsasla yaranması barədə ona məlumat verilməmişdir. Elektrik sayğacına heç bir kənar müdaxilə olmamışdır, yəni sayğaca müdaxilə edilməmişdir. Qeyd olunmalıdır ki, heç bir əsas olmadan borc hesablanmışdır, tərəfindən qeyri-qanuni istifadəyə yol verilməmişdir. "Elektrik enerjisindən istifadə Qaydaları" cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Onun qeyri-qanuni istifadə etməyi ilə bağlı hər hansı bir sübut da yoxdur, əsassız hesablanmış borc məbləği də qanunsuz olaraq hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Heç bir əsas olmadan xx.xx.2025-ci il tarixdə quraşdırılmış sayğac bu ay dəyişdirilmiş və smart kartla ödəmə formasına aid edilən sayğac quraşdırılmışdır bu amildə ciddi qanun pozuntusu və işgəncə faktorudur. Ödənilən məbləğin çox hissəsi borcun silinməsinə hesablanmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən, İddiaçı əsassız hesablanmış 917.64 manat borcun silinməsi tələbi əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə etiraz ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı "Azərişıq” ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. İddiaçının xx.xx.2015-ci il tarixinə 435.98 manat borcu olmuşdur.Həmin borc məbləğinin 431 manatı keçmiş borc olduğu üçün xx.xx.2025-ci il tarixdə dondurulmuşdur. Abunə haqqında çıxarışdan da aydın görünür ki iddiaçının sayğac əsasında xx.xx.2025-ci il tarixə 381.66 manat borcu qalmışdır.381.66 manat borc məbləği sayğac əsasında yaranmış borc məbləğidir və mütləq qaydada ödənilməlidir xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehə yaxınlaşmış, lakin onlar tərəfindən heç bir sənəd təqdim olunmamışdır. Sayğac xəttləri qarışmış, sistem kodu dəyişmişdir. 5 qonşu ilə qarışmışdır. Öz səhvləridir. Onlar sayğaca toxuna bilmirlər. Əgər borc olsa gəlib sayğacı dayandırıllar. Ora baxan nəzarətçi bildirdi ki, sayğac kodları dəyişmişdir. Noyabr ayından sonra onlara deyilmişdir ki, ödəniş etməməlidirlər. Onun sayğacında borc olmamışdır. Köhnə borc başqa sayğac kodlarından gəlmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında qeyd etdi ki, 435 manat borcu inteqrasiya olunub 431 manat hesablanmış, 369 manat indiki borcudur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli abunə haqqında məlumatdan görünür ki, iddiaçı yaşadığı Sumqayıt şəhəri, 42-ci məhəllə, ev(Bina):0450, mənzil:1100 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyərinə görə 917.64 manat borcu qalmışdır.Həmin borc məbləğinin 435.98 manatı xx.xx.2015-ci il tarixinə olan inteqrasiya borcudur. xx.xx.2025-ci il tarixli abunə haqqında məlumatdan görünür ki, iddiaçı yaşadığı Sumqayıt şəhəri, 42-ci məhəllə, ev(Bina):0450, mənzil:1100 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyərinə görə 381.66 manat borcu qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən, Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci maddəsinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ünvanına cavabdeh tərəfindən abunə haqqı üzrə 917.64 manat borc hesablanmışdır. Lakin işin araşdırılan hallarına əsasən inteqrasiya edilmiş borc olan 431 manat əsassızdır. Bundan əlavə iddiaçı abunə haqqı əsasında yazılmış borcdən əlavə məbləğin silinməsi hissəsində məhkəmə qeyd edir ki, iddia tələbi sayğac üzrə istifadə elektrik enerjisinə görə borc hissəsində tələb təmin edilməməlidir. Akt üzrə tələb edilən dondurulmuş inteqrasiya hissəsində iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Qeyd olunan normaların tələbinə və işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, 14 saylı yataqxana, 71 nömrəli mənzil (saldo üzrə Sumqayıt şəhəri, 42-ci məhəllə, ev(Bina):0450, mənzil:1100) ünvanında elektrik enerjisindən istifadəyə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 431 (dörd yüz otuz bir) manat məbləğində borc **********01100 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia qiyməti 1.000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, 14 saylı yataqxana, 71 nömrəli mənzil (saldo üzrə Sumqayıt şəhəri, 42-ci məhəllə, ev(Bina):0450, mənzil:1100) ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 431 (dörd yüz otuz bir) manat məbləğində borc **********01100 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4840/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4840/2025
30.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver