Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4844/2020 13.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi tələbinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, elektrik enerjisinə görə hesablanmış 593.12 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini onunla əsaslandırdı ki,ünvan 1 faktiki olaraq onun istfadəsindədir. Cavabdeh tərəfindən tərtib edilmiş abunə haqqında arayışa əsasən elektrik enerjisinə borcunun məbləği 593.12 manat təşkil edir. Elektrik enerjisinə görə yaranmış həmin borc 2012-ci ildən əvvəlki dövrə aiddir. Belə ki, fərdi evində sərf olunan elektrik enerjisinin miqdarını cavabdeh orta sərfiyyata əsasən müəyyən etmişdir. Halbuki “Elektrik enerjisinin istifadə” qaydalarına görə abonentin istifadə etdiyi elektrik enerjisinin miqdarı sayğac göstəricisinə əsasən müəyyən edilməlidir. Orta sərfiyyat normaları yalnız Kommersiya Strukturlarına tətbiq edilir. Buna görə də cavabdeh tərəfindən tələb edilən 593,12 manat elektrik enerjisinə görə borcu əsassız hesab edir. Hesab edir ki, Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən borc məbləği iddia müddəti keçdiyindən ləğv edilməlidir. Qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş abunə haqqında arayışda onun atasının adı səhvən Əziz kimi qeyd edilmişdir. Əslində isə onun atasının adı Həşimdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərdi ki,İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, "xxxxxxxx" ASC Şimal RETSİ tərəfindən ona məxsus mənzilə X3yə görə hesablanmış 593 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.X1 “xxxxxxxx" ASC-nə qarşı verdiyi iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır.Belə ki, iddiaçının mənzili xx.xx.2000-ci il tarixində abonent qeydiyyatına alınıb. xx.xx.2011-ci il tarixində mənzilə elektrik hesabat sayğacı quraşdırılmışdır. Həmin tarixdənxx.xx.2020-ci il tarixədək elektrik hesabat sayğacı əsasında 1609,51 manat hesablanmışdır. Abonent həmin dövürdə 1011,42 manat ödəniş etmiş və hal-hazırda iddiaçının sayğaca görə 598.09 manat debilor borcu qalmışdır.Abunə haqqında çıxarışdan da görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixindənxx.xx.2020-ci il tarixədək aylıq ödənişləri vaxtı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlıvaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan abunə haqqı arayışdan görünür ki, İddiaçı (Abunə kodu: **********01711) nömrəli abonentə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 593.30 manat ETAİS-dən gələn borc hesablanmışdır. İş materiallarında olan 21 saylı MKS tərəfindən verilmiş 1165 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Nəcəfova X4 şəhəri. H.Z.Tağiyev qəsəbəsi, Məktəbli küçəsi, ev 16, mənzil 4 ünvanında yaşayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının yaşadığı mənzilə hesablanmış əvvəlki dövrlər üzrə 593.12 manat borcun qanuni olub-olmaması məsələsinə gəldikdə isə, məhkəmə iş materiallarına əsasən belə hesab edir ki, iddiaçıya hesablanmış həmin borcun hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X3 Qaydaları»nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X3 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Göründüyü kimi, qərarda orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma aparılması zamanı məişət abonentləri istisna olunur. İddiaçı da məişət abonenti olduğu üçün ona elektrik enerjisi hesabatı işlədicilərin gücünə görə orta sərfiyyatla hesablana bilməz. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X3 Qaydaları»nın tələblərinə əsasən hesab edir ki, abonentin evinə sayğac quraşdırıldıqdan sonra X3yə görə hesablanmış borc qanuni və əsaslıdır və həmin borc abonent tərəfindən cavabdeh təşkilata ödənilməlidir. Belə ki, EEİQ-nin 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstrəlməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qanunun bu normasına istnad edərək belə nəticəyə gəlir ki, İddiaçı üzərinə qəbul etmədiyi xidmətə görə onun haqqını ödəmək öhdəliyi qoyula bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanına (Abunə kodu: **********01711) X3yə görə hesablanmış 593.12 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-4844/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4844/2020
13.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver