Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4850/2024 21.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 279 №-li və xx.xx.2020-ci il tarixli 363 №-li əmrindəki məlumatların Ərizəçi məxsus olması faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissənin tərkibində Füzuli, Cəbrayıl və Xocavənd rayonları uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Bildirmək istəyirm ki, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuş, lakin "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medallarını ala bilmir. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 109 nömrəli Hərbi Hissənin komandirinə müraciət ünvanlamışdır. Müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 109 nömrəli Hərbi Hissənin komandirinin birinci müaviniqərargah rəisinin vəzifəsini müvəqqəti icra edən İntiqam Məmmədov tərəfindən göndərilmiş cavab məktubda göstərilmişdir ki, xidmət etdiyi N nömrəli Hərbi Hissə ləğv olunduğu üçün nizami hissə üzrə əmr kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə təhvil verildiyinə görə həmin ünvana müraciət etməyi məqsədəuyğundur. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində hərbi xidmətdə olmağı barədə arayış verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçmiş, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdrəsindən çağırılmış, xx.xx.1989-cu il təvəllüdlü, əsgər Ərizəçi Gürsət oğlu N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 279 №-li əmrilə (əsas: §-l, səh-5, sıra-7, əmrdə adı "Gürsət" yazılmışdır) N №-li hərbi hissədən gəlmiş hesab edilərək xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış, tibb bölüyünün yaralıların toplanması və təxliyyəsi tağımının 2-ci yaralıların toplanması və təxliyyəsi manqasının sanitarı vəzifəsinə təyin olunmuşdur. Tibb bölüyünün yaralıların toplanması və təxliyyəsi tağımının 2-ci yaralıların toplanması və təxliyyəsi manqasının sanitarı, əsgər X1 hərbi təlim toplanışını başa vurduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.2020- ci il tarixli 363 №-li əmrilə (əsas: §-4, səh-143, sırd-22, əmrdə soyadı "Səpyev" yazılmışdır) xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılaraq çağırıldığı Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdrəsinə göndərilmişdir. Hazırda "Xocavəndin azad olunmasına görə" medalını ala bilməyi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət keçməyi ilə bağlı N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli. 279 №-li və xx.xx.2020-ci il tarixli 363 №-li əmrlərindəki məlumatların ona məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi eyni məzmunlu ərizə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda iddia ərizəsinə qarşı etiraz ərizəsi verərək bildirmişdir ki, iddiaçı Ərizəçi §69 nömrəli hərbi hissə komandirinin əmrində soyadı səhvən “Səpyev” yazıldığı üçün “Xocavəndin azad olunmasına görə” medalını ala bilməməsi xüsusatı üzrə iddiası əsassızdır. Belə ki, hərbi qulluqçunun təltif sənədləri hərbi hissə komandirinin təqdimatı əsasında öncə Kadrlar İdarəsinə, sonra təltif komissiyasına göndərilir ki, onlara baxılaraq müvafiq qərar qəbul olunsun. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 223 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında təlimatın: 7-ci maddəsinə əsasən: “Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur. 22 maddəsinə əsasən: “Hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərb qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimatların birinci və ikinci nüsxələri birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri c:-andanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin –rəislərinin rəyi üçün onlara göndərilir. Müdafiə Nazirliyinin Kadrlar İdarəsinə daxil olmuş təltif sənədləri müdafiə nazirinin əmri ilə yaradılmış təltif komissiyasına təqdim edilir. Təltif komissiyasında baxılaraq haqqında müsbət qərar qəbul edilmiş təltif sənədləri qərar qəbul olunması üçün Azərbaycan Respublikası müdafiə nazirinə məruzə olunur. Yuxarıda qeyd olunanlardan görünür ki, Ərizəçi “Xocavəndin azad olunmasına görə” medalını ala bilməməsinin rəsmi sənədlərdə soyadının səhv yazılması ilə səbəbli əlaqəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçı Ərizəçi Şürcət oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin mümkün sayılmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni nəzərdə keçirdib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 109 nömrəli Hərbi Hissənin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli, 1359 saylı məktubundan görünür ki, xidmət etdiyi N nömrəli hərbi hissə ləğv olunduğu üçün nizami hissə üzrə əmr kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə təhvil verildiyinə görə həmin ünvana müraciət etmək məqsədəuyğundur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, N №-li hərbi hissədə hərbi təlim toplanışı keçmiş, Azərbaycan Republikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən çağırılmış, xx.xx.1989-cu il təvəllüdlü, əsgər Ərizəçi Gürsət oğlu N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 279 №-li əmrilə (əsas: §-1, səh-5, sıra-7, əmrdə adı “Gürsət” yazılmışdır) N №-li hərbi hissədən gəlmiş hesab edilərək xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış, tibb bölüyünün yaralıların toplanması və təxliyyəsı tağımının 2-ci yaralıların toplanması və təxliyyəsi manqasının sanitarı vəzifəsinə təyin olunmuşdur. Tibb bölüyünün yaralıların toplanması və təxliyyəsi tağımının 2-ci yaralıların toplanması və təxliyyəsi manqasının sanitarı, əsgər X1 hərbi təlim toplanışını başa vurduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 363 №-li əmrilə (əsas: §-4, səh-143, sıra-22, əmrdə soyadı “Səpyev” yazılmışdır). xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılaraq çağırıldığı Azərbaycan Republikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsinə göndərilmişdir. İşə əlavə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, Ərizəçi üçüncü dərəcəli əlildir. Əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. İş materiallarında xx.xx.2020-ci il tarixli olan Fəxri Fərmandan görünür ki, əsgər Ərizəçi Azərbaycan Respublikasının müdafiəsi və ərazi bütövlüyünün bərpası uğrunda gedən xüsusi döyüş əməliyyatlarında fəal iştirak etdiyinə görə təltif olunmuşdur. Göründüyü kimi, yuxarıda qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 279 №-li və xx.xx.2020-ci il tarixli 363 №-li əmrindəki məlumatların Ərizəçi məxsus olması faktı öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 279 №-li və xx.xx.2020-ci il tarixli 363 №-li əmrindəki məlumatların Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4850/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4850/2024
21.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver