Məhkəmə qərarları › İş №2(060)-4868/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4868/2020

16.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4868/2020 16.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh xxxxxxxx ASC-nə qarşı «elektrik enerjisinin verilməsinin bərpa edilməsi tələbinə» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh xxxxxxxx ASC-nə qarşı «elektrik enerjisinin verilməsinin bərpa edilməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 4 mkr., Bakı küçəsi, Yataqxana 7, 25 saylı evin 45 saylı otağına elektrik enerjisinin verilməsinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, Sumqayıt şəhəri, 4-cü mikorayon, Bakı küçəsi, Yataqxana 7, ev 25, otaq 45-də 2015-ci ildən ailəsi ilə birlikdə yaşayır. 2015-ci ilə qədər həmin yataqxananın 45 saylı otağında X7 yaşamışdır. X7 2015-ci ildə mənzildən çıxıb gedəndən sonra həmin mənzilə o, yığışmışdır. Gürşad Əliyev mənzili tərk edib gedən tarixə onun elektrik enerjisinə görə 500 manat borcu olmuşdur. “xxxxxxxx” ASC cavabdeh X5 qarşı Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək yaranmış elektrik enerjisinə görə borcun ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(060)-6210/2015 saylı qətnaməsi ilə “xxxxxxxx” ASC-nin iddiası təmin edilmiş, 500 manat pulun G.İ.Əliyevdən tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış, cavabdehdən borcun tutulması üçün icra vərəqəsi verilmişdir. Lakin G.Əliyev tərəfindən borc məbləği ödənilmədiyinə görə cavabdeh “xxxxxxxx” ASC onun mənzilinə elektrik enerjisinin verilməsini dayandırmışdır. Dəfələrlə o, cavabdehə öz etirazını bildirərək göstərmişdir ki, elektrik enerjisinə görə yaranmış borc məhkəmə qətnaməsinə əsasən 45 saylı otaqda əvvəllər yaşamış G.Əliyevdən tələb edilməlidir. Lakin cavabdeh heç bir əsas olmadan otağına verilən elektrik enerjisini dayandıraraq elektrik xətlərini kəsmişdir. Mənzilə xidmət edən elektrik sayğacının üzərindəki göstərici həmin mənzildə əvvəllər yaşamış G.Əliyevə aiddir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı "xxxxxxxx" ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır.Belə ki, mübahisəli otağa dair X2yə 500 manat borc yaranmışdır. Hesab edir ki, həmin borc ödənilməlidir. Həmin borc ödəniləcəyi təqdirdə iddiaçının yaşadığı otağa elektrik enerjisinin verilməsi bərpa edilə bilər. Hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də rədd edilməlidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin tərəfindən 2(060)- 6210/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X1 edilmiş elektrik enerjisinə görə 500 manat debitor borc və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu “Şimal” RETSİ-nin xeyrinə tutularaq **********0 saylı abunə hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan 12 saylı MKS tərəfindən verilmiş 578 nömrəli arayışdan görünür ki, Əhmədov X6 şəhəri, 4 mkr., Bakı küçəsi, Yataqxana 7, 25 saylı evin 45 saylı otağında yaşayır. İşin araşdırlılan hallarından və iş materiallarından müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 4-cü mikorayon, Bakı küçəsi, Yataqxana 7, ev 25, otaq 45-də 2015-ci ilə qədər X7 yaşamış və həmin borc da məhz X5 hesablanmış və həmin borcun cavabdehin xeyrinə tutulması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Azərbayçan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ona görə də, məhkəmə hesab edir ki, 500 manat məbləğində borca görə İddiaçı məsuliyyət daşıya bilməz. «X2 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh «xxxxxxxx» ASC tərəfindən Sumqayıt şəhəri, 4 mkr., Bakı küçəsi, Yataqxana 7, 25 saylı evin, 45 saylı otağına elektrik enerjisinin verilməsi bərpa edilməlidir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxxxxxx» ASC tərəfindən Sumqayıt şəhəri, 4 mkr., Bakı küçəsi, Yataqxana 7, 25 saylı evin, 45 saylı otağına elektrik enerjisinin verilməsi bərpa edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏRİSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar