Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4875/2023 16.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ərizəçi X5, maraqlı şəxslər Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Sumqayıt Tibbi Mərkəzi” X9 nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi X3 maraqlı şəxslər Sumqayıt şəhər İcra Hakimiyyətinin Yekinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına və Maraqlı şəxs2nə qarşı «şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsi tələbinə dair» ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi X5 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş, Məmmədov İslam XXX oğlunun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il təvəllüdlü Sumqayıt şəhərində anadan olmuş, Məmmədov İslam XXX oğlu valideyn himayəsindən məhrum olunmuş şəxs kimi 27 mart 2013-cü il tarixdən onun qəyyumluğundadır. O, ünvan 1 ünvanda onunla və birgə yaşayırı xx.xx.2004-cü il təvəllüdlü Məmmədov İslam XXX oğlu uşaqlıqdan sağlamlıq imkanları məhdud olmaqla əqli gerilik və ağıl zəifliyindən əziyyət şəkir. Bu səbəbdən ona hazırda 18 yaşına çatması ilə əlaqədar ömürlük İİ qrup əlillik verimişdir. xx.xx.2004-cü il təvəllüdlü Məmmədov İslam XXX oğlunun yetkinlik yaşına çatması ilə əlaqədar ona yenidən qəyyumluq təyin edilməlidir. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyada bildirmişlər. Hazırda xx.xx.2004-cü il təvəllüdlü Məmmədov İslam XXX oğlu xəstəliyi üzündən öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir. Ərizəçi N.Q.Həşimova məhkəmədə ərizəni müdafiə edib, ərizəyə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi A.V.Eyvazova ekspert rəyini nəzərə alaraq İ.Məmmədovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə məhkəmənin mülahizəsinə verdi. Məhkəmədə maraqlı şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Sumqayıt Tibbi Mərkəzi” X9 nümayəndəsi O.Q.Hacıyev bildirdi ki, İ.Məmmədov uşaqlıqdan sağlamlıq imkanları məhdud olmaqla əqli gerilik və ağıl zəifliyindən əziyyət çəkir. Ona 2-ci qrup əlillik verilmişdir. İslam Məmmədovun fəaliyyət qabiliyyətsizliyinin təsdiqlənməsinə etiraz etmirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışın surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Məmmədov İslam XXX oğlu ikinci dərəcəli müddətsiz əlildir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 60 nömrəli “Qəyyum təyin etmə” barədə Sərəncamının surətindən görünür ki, Ərizəçi xx.xx.2004-cü il təvəllüdlü Məmmədov İslama qəyyum təyin edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X9 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 18 avqust 2023-cü il tarixli, 2315 saylı rəyindən müəyyən edilir ki, Məmmədov İslamda “orta dərəcəli əqli gerilik davranış pozuntuları” aşkar olunur. Məmmədov İslam psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu sürətdə idarə etmək iqtidarına malik deyil, öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X9 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 18 avqust 2023-cü il tarixli, 2315 saylı rəyini nəzərə alaraq, məhkəmə 04 noyabr 2004-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan Məmmədov İslam XXX oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 04 noyabr 2004-cü ildə ünvan 3 ünvanında qeydiyyatda olan Məmmədov İslam XXX oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4875/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4875/2023
16.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver