Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4878/2020 18.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə yaşayış hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən çıxarılma tələbinə” dair ilkin iddia ərizəsi və Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə yaşayış hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən çıxarılma tələbinə” dair ilkin iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı2, iki yetkinlik yaşına çatmamış uşaqları, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış hüquqlarının tanınması, İddiaçı1, İddiaçı2, uşaqları xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X6 həmin mənzilə köçürülmələri və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 X7 və X8 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı1 və İddiaçı2 7000 manat kompensasiya vermək yolu ilə, onların Sumqayıt şəhəri, 17-ci mkr, 56 saylı evin, 19 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi, ailə üzvləri xx.xx.2005-ci il tarixdə anadan olmuş X20 və xx.xx.2008-ci ildə anadan olmuş X21 ilə birlikdə əmlakları ilə çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə etdi və qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərdi ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı yataqxana tipli yaşayış sahəsi 1988-ci ildə atası Cavabdeh1 iş yerindən verilmişdir. Həmin mənzil, dövlət mənzil fonduna aid olmaqla sonradan ailə üzvlərinin razılığı ilə özəlləşdirilərək atası X9 mülkiyyətinə verilmişdir. Hal-hazırda mənzildə o, İddiaçı1, cavabdehlərdən atası X22, anası Cavabdeh2 oğlu və yaxın qohumu X12 qeydiyyatdadırlar. Digər İddiaçı2 onun həyat yoldaşıdır. O, həyat yoldaşı ilə xx xxxxxxx 2003-cü ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla, el adəti toyla ailə qurmuş və valideynlərinin razılığı ilə, cehiz əmlakları ilə birgə ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə gəlin kimi köçmüşdür. Həmin ünvanda birgə yaşadıqları müddətdə onların iki uşaqları, xx.xx.2005- ci il təvəllüdlü X20, xx.xx.2008-ci il təvəllüdlü X21 doğulmuş və yaşadıqları ərazi üzrə poliklinikada qeydiyyata alınmışlar. Yaşadıqları iki otaqlı mənzil sonradan genişləndirilərək, mətbəx otağı eyvana birləşdirilməklə üç otaq formasına salınmış və ailənin istifadəsində olmuşdur. xx xxxx 2020-ci il tarixə kimi ünvan 1 ünvanında yerləşən mənzilin bir otağı şəxsən onun ailəsinin istifadəsində olmuş və xx xxxx 2020-ci il tarixə kimi həmin otaqdan istifadə etmişlər. Onlara məxsus əmlaklar mənzilin bütün otaqlarında yerləşmişdir. 2019-cu ilin sentyabr ayında, bacısı Cavabdeh3 həyat yoldaşı Cavabdeh4 ilə birlikdə mənzilə qonaq adı ilə gəlmiş, baxmayaraq ki, onların ünvan 2 ünvanında bir otaqlı yaşayış sahəsi, 6 sot torpaq sahəsi və istifadələrində avtomobilləri vardır. Onlar bir daha yaşadıqları ünvana qayıtmamışlar. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 onlarla yaşadıqları müddətdə daim ailədə söz-söhbət, narazılıq, dava-dalaş baş vermişdir. Belə ki, bacısı daim onun uşaqlarına müxtəlif bəhanələrlə, gec yatıb, gec oyandıqları üçün, həyat yoldaşı işdən gəlib yatarkən səs saldıqları üçün şişirdilmiş formada irad tutmuş, bu mübahisənin sonu dava-dalaşa çevrilmiş, onu və uşaqlarını söyüb təhqir etmiş, yaşayışları dözülməz hala gəlmişdir. Lakin valideynləri bacısının ailəsi dağılmasın deyə onun yox, bacısının və bacısının ərinin tərəfini saxlamış, baş vermiş hadisələrə iradlarını bildirməmişlər. Baş vermiş mübahisələr həyat yoldaşı İddiaçı2 səhhətinə çox pis təsir etmiş, ürəkgetmə halları baş vermişdir. Son olaraq xx xxxx 2020-ci il tarixdə o, evdə olmadığı müddətdə növbəti ailə münaqişəsi baş vermiş, bacısı bu dəfə ailənin istifadəsində olan yataq otağının şüşələrini vurub qıraraq, söyüş söyərək həyat yoldaşını və iki uşağını zorla evdən çıxarmış, onları çölə atmışdır. O, evə qayıdıb, bunlar ona məlum olanda ailə, uşağını qaynanasının evinə yerləşdirmək və yenidən işə qayıtmaq məcburiyyətində qalmışdır. xx xxxx 2020-ci il tarixdə işdən gəldikdən sonra həyat yoldaşını və uşaqlarını qaynanasıgildən götürüb, evə gəldikdə, təxminən gecə 12 radələrində, onu və ailəsini mənzilə buraxmamış, ikinci dəfə qovmuşlar. Ona görə də o, məcburiyyət qarşısında qalıb, yaxın qohumunun mənzilinə sığınmalı olmuşdur. Çünki həmin vaxt Covid-19 pandemiyası ilə bağlı sərt karantin təyin edilmişdi, kirayə mənzil tapmağı qeyri-mümkün idi. İşsiz idi, maddi imkanı yox idi. Yaşamağa yeri olmadığından, onun-bunun evində qaldığından təxminən xx xxxx 2020-ci il tarixdə baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsinə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası DİN-nin 102 Mərkəzi Məlumat Xidmətinə xidmətinə zəng edərək şikayət etmişdir. Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsində ona izah edilmişdir ki, mübahisə məhkəmə mübahisəsidir, məhkəməyə ərizə ilə müraciət etsin. Bu günə qədər cavabdehlər onu və ailəsini uzun illər yaşadığı və əmlakları yerləşən mənzilə buraxmır, hətta, yaxın qohumlarına baş verənləri danışıb, günahkarların bacısı və bacısının əri olduğunu bildirdiyi üçün bacısının əri, Cavabdeh4 iş yerinə gələrək, onu həyatı ilə hədələyərək söyüb, təhqir etmiş, əynindən dartıb köynəyini cırmışdır. Bu işlərin arxasında o, durmuşam, get hara deyirsən de, istiyirsən polisə de bildirmiş və söyüşlə təhqir etmişdir. Bununla bağlı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə rəsmi şikayət etsə də, bu günə qədər ona heç bir cavab verilməmişdir. Ona görə hətta Azərbaycan Respublikası DİN-nin 102 Mərkəzi Məlumat Xidmətinə xidmətinə zəng edərək şikayət etmişdir. Hal-hazırda yaşamağa yeri olmadığından, işsiz olduğundan, ailə və maddi vəziyyəti ağır olduğundan məcburiyyət qarşısında qalaraq yaxın qohumunun evinin bir otağına sığınaraq çox çətin şəraitdə yaşayır. Bundan başqa həyat yoldaşı onunla birgə, ailəsi olaraq ünvan 1 ünvanında yerləşən mənzildə uzun illər yaşamasına baxmayaraq, cavabdehlər həyat yoldaşının mənzilə qeydiyyata alınmasına razı olmadıqlarından, onun mənzilə yaşayış hüquqları tanınmamışdır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 könüllü olaraq mənzildən çıxmır, onlara mənzildə rahat yaşamağa, min əziyyətlə qazandığı çörəyini rahat yeməyə imkan vermirlər. O, vətənin müdafiəsi üçün iki əsgər böyüdür, lakin cavabdehlərin günahı ucbatından onların normal yaşayışını təmin edə bilmir. Yaranmış mübahisənin başqa yolla həlli mümkün olmadığından iddiaçı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcburdur. Yuxarıda göstərilənlərə əsasən hesab edir, məhkəmə tərəfindən İddiaçı2 və iki yetkinlik yaşına çatmamış uşaqları, xx.xx.2005- ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış hüquqlarının tanınması, onun və ailə üzvləri, İddiaçı2, uşaqları xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X6 mənzilə köçürülməsi və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılması barədə qətnamə çıxarılmalıdır. Qeyd edilənlərə əsasən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər İddiaçı2 məhkəmə iclasında İddiaçı1 izahatına oxşar izahat verərək, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 və İddiaçı2 ona, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə yaşayış hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi ilə tanış olduqdan sonra ilkin iddia üzrə iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi vermək qərarına gəlmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, ilkin iddia üzrə iddiaçılardan İddiaçı1 onun oğludur. Digər iddiaçı isə onun gəlinidir. İlkin iddia üzrə iddiaçıların mənzildə istifadə hüququnun olmasını qəbul edir. X16 mübahisəli mənzilə 2003cü ildən həmin mənzildə yaşamışdır. Onların xx.xx.2005-ci tarixdə X23, xx.xx.2008-ci il tarixdə X24 adlı övladları anadan olmuşdur. Hal-hazırda qarşılıqlı iddia üzrə cavabdehlərə kompensasiya verməklə onların mənzildən istifadə hüququna xitam verilib əmlakları ilə birlikdə mənzildən çıxarılmalarını məhkəmədən xahiş edir. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 41.42 kv m olan, 26 kv yaşayış sahəsində ibarət 2 otaqlı mənzil 10.09,2007-ci ildən onun mülkiyyətindədir. Azərbaycan Respublikası MM-nin 228.2-maddəsi ilə müəyyən edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunvericililk birinci növbədə tərəflər arasında hər hansı bir razılaşmanın olmamasını şərt kimi irəli sürür, ikinci mərhələdə mülkiyyətçi tərəfindən kompensasiya verilməsini əsas gətirir. Kompensasiyanın məbləği barədə qanunvericilikdə hər hansı bir düzünə göstəriş yoxdur. Lakin, Ağalarovun işi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında göstərilir ki, mülkiyyətçi tərəfindən istifadəçiyə kompensasiya elə bir məbləğdə verilir ki, həmin məbləğ istifadəçiyə müəyyən müddət həmin ərazidə oxşar şəraitdə yaşamağa imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ağalarovun işi ilə bağlı hüquqi mövqeyi budur ki, istifadə hüququna malik olan şəxslərə kompensasiya verməklə onların oxşar şəraitdə müəyyən müddət ərzində yaşamaları təmin olunmalıdır. Məhkəməyə təqdim etdiyi əmlak alqı-satqısı və kirayə verilməsi mərkəzinin verdiyi arayışdan görünür ki, 17-ci mikrorayonda 2 otaqlı mənzilin 160-170 manata kirayəyə verilir. Məhkəmə praktikasında kompensasiyanın məbləği 3 illik kirayə haqqından aşağı olmamalıdır. Buda təqribən 6120 manat təşkil edir. Beləliklə qarşılıqlı iddia üzrə cavabdehlərə 7000 manat kompensasiya verməklə onların mənzildən istifadə hüququna xitam vermək istəyir. Bütün bunları və Azərbaycan Respublikası MM-nin 228-ci maddəsini rəhbər tutaraq cavabdehlər X7, X13 7000 manat kompensasiya vermək yolu ilə, onların ünvan 3 ünvanında istifadə hüquqlarına xitam verilməsi, ailə üzvləri xx.xx.2005-ci il tarixdə anadan olmuş X23, xx.xx.2008-ci ildə anadan olmuş X24 ilə birlikdə əmlakları ilə çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehlərin nümayəndəsi və vəkili X4 ilkin iddia tələbini əsassız hesab edərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli və qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 şəhəri, 17 mkr., ev 56, mənzil 19 ünvanında rəsmi olaraq qeydiyyatdadır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Yasınov X11 Alimə Kərəm qızı ilə xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Yasınova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamlərin surətlərindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X6 atası İddiaçı1, anası isə İddiaçı2dır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı tərəfindən verilmiş MH seriyal, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 17 mkr., 56 saylı evin, 19 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Yasınov İddiaçı1 Alimə Kərəm qızı ilə xx.xx.2003-cü ildə rəsmi nikahla ilə qurduqdan sonra İddiaçı2 mübahisəli mənzilə gəlin köçmüş, onun ailə üzvü kimi mənzildə yaşamış və İddiaçı2 mübahisəli mənzilə gəlin köçərkən, mənzil özəlləşməmiş, Dövlət mənzil fonduna aid olmuşdur. Azяrbaycan Respublikasынын Mцlki Prosessual Mяcяllяsinin 217.2. maddяsinя ясасян qяtnamя mцbahisяli hцquq mцnasibяtinin yarandыьы zaman qцvvяdя olan maddi hцquq normalarыna vя iшin baxыlmasы zamanы qцvvяdя olan prosessual hцquq normalarыna uyьun чыxarыlmalarыdыr. 01 октйабр 2009-ъу ил тарихядяк гцввядя олмуш Азярбайъан Республикасы Мянзил Мяъяллясинин (Азярбайъан Республикасынын 1982-ъи ил 8 ийул тарихли гануну иля тясдиг едилмишдир) 53-cц maddяsinin 1-ci hissяsinin tяlяbinя gюrя icarяdar ilя birlikdя yaшayan ailя цzvlяri onunla bяraбяr yaшayыш sahяsinin icarя mцqavilяsindяn irяli gяlяn bцtцn hцquqlara malikdirlяr vя bцtцn vяzifяlяri yerinя yetirмялидирlяr. Гейд олунан маддянин 3-cц hissяsinin tяlяbinя ясасян, icarяdarыn ailя цzvlяri icarяdarыn arvadы (яri), onlarыn uшaqlarы vя valideynlяri hesab olunur. Иcarяdar ilя birlikdя yaшayan onunla цmumi tяsяrrцfat aparan digяr шяxslяr dя icarяdarыn ailя цzvlяri hesab edilя bilяrlяr. Bundan başqa qarşılıqlı iddia ərizəsindən görünür ki, mənzilin mülkiyyətçisi olan Cavabdeh1 ilkin iddia üzrə iddiaçıların mənzilə istifadə hüquqlarının olduğunu qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi mənzilə istifadə hüququnun tanınması və köçürülməsi hissəsində əsaslıdır. Məhkəmə, ilkin iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları hissəsini əsaslı hesab etmir. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi Cavabdeh1dur və bir mülkiyyətçi kimi o, belə bir iddia irəli sürməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə” dair qarşılıqlı iddia tələbinə gəldikdə isə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 təklif etdiyi 7000 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə mütənasib məbləğ deyildir. Yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkün olduğundan, kompensasiyanın məbləğinin artırılması da qanunvericiliyin tələbinə görə mülkiyyətçiyə məxsusdur. Mülkiyyətçinin mülkiyyət hüquqları qorunduğu kimi, Mülki Məcəllənin 158.4-cü maddəsinin tələbi baxımından mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, «kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır». Məhkəmə işin faktiki halları nəzərə alaraq hazırda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 təklif etdiyi 7000 manat məbləğində kompensasiyanı İddiaçı1 və İddiaçı2 istifadəyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsi baxımdan kifayət hesab etmir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, İddiaçı2 və yetkinlik yaşına çatmayan uşaqları, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X6 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin, 19 nömrəli mənzilinə istifadə hüquqları tanınmalı, onlar həmin mənzilə köçürülməli, ilkin iddia tələbi qalan hissədə və Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə” dair qarşılıqlı iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İddiaçı2 və yetkinlik yaşına çatmayan uşaqları, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X6 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin, 19 nömrəli mənzilinə istifadə hüquqları tanınsın. İddiaçı1, İddiaçı2 və yetkinlik yaşına çatmayan uşaqları, xx.xx.2005-ci il təvəllüdlü X20 və xx.xx.2008-ci il təvəllüdlü X2 şəhəri, 17-ci mikrorayon, 56 saylı evin, 19 nömrəli mənzilinə köçürülsünlər. İlkin iddia tələbi qalan hissədə və Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə” dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-4878/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4878/2020
18.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver