Məhkəmə qərarları › İş №2(105)-1059/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1059/2021

16.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1059/2021 16.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-4878/2020 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayətinə və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-4878/2020 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı1 və İddiaçı2 Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə yaşayış hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən çıxarılma tələbinə dair ilk iddia tələbi qismən təmin edilib, İddiaçı2 və yetkinlik yaşına çatmayan uşaqları 16.07.2005-ci il təvəllüdlü X9 və 23.04.2008-ci il təvəllüdlü X3 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin 19 nömrəli mənzilinə istifadə hüquqları tanınmış, İddiaçı1, İddiaçı2 və yetkinlik yaşına çatmayan uşaqları 16.07.2005-ci il təvəllüdlü X9 və 23.04.2008-ci il təvəllüdlü X3 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin, 19 nömrəli mənzilinə köçürülmələri və ilk iddianın qalan hissədə və Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 birgə qaydada apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-4878/2020 saylı qətnaməsinin qismən – yəni Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair hissədə ləğv edilib, ilk iddianın həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-4878/2020 saylı qətnaməsinin ləğv edilib, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmsını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı yataqxana tipli yaşayış sahəsi 1988-ci ildə atası Cavabdeh1 iş yerindən verilmişdir. Həmin mənzil, dövlət mənzil fonduna aid olmaqla sonradan ailə üzvlərinin razılığı ilə özəlləşdirilərək atası Yasınov İsayad Əziz oğlunun mülkiyyətinə verilmişdir. Hazırda mənzildə o, İddiaçı1, cavabdehlərdən atası Yasınov İsayad Əziz oğlu, anası Cavabdeh2 oğlu və yaxın qohumu X5 qeydiyyatdadırlar. Digər İddiaçı2 onun həyat yoldaşıdır. O, həyat yoldaşı ilə 17 oktyabr 2003-cü ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və valideynlərinin razılığı ilə ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə gəlin köçmüşdür. Həmin ünvanda birgə yaşadıqları müddətdə onların iki nəfər uşaqları, 16.07.2005-ci il təvəllüdlü X9 və 23.04.2008-ci il təvəllüdlü X10 doğulmuş və yaşadıqları ərazi üzrə poliklinikada qeydiyyata alınmışlar. Yaşadıqları iki otaqlı mənzil sonradan genişləndirilərək, mətbəx otağı eyvana birləşdirilməklə üç otaq formasına salınmış və ailənin istifadəsində olmuşdur. 20 iyun 2020-ci il tarixə kimi ünvan 1 ünvanında yerləşən mənzilin bir otağı şəxsən onun ailəsinin istifadəsində olmuş və 20 iyun 2020-ci il tarixə kimi həmin otaqdan istifadə etmişlər. Onlara məxsus əmlaklar mənzilin bütün otaqlarında yerləşmişdir. 2019-cu ilin sentyabr ayında bacısı Cavabdeh3 həyat yoldaşı Cavabdeh4 ilə birlikdə mənzilə qonaq adı ilə gəlmiş, baxmayaraq ki, onların ünvan 2 ünvanında bir otaqlı yaşayış sahəsi, 6 sot torpaq sahəsi və istifadələrində avtomobilləri vardır. Onlar bir daha yaşadıqları ünvana qayıtmamışlar. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 onlarla yaşadıqları müddətdə daim ailədə söz-söhbət, narazılıq, dava-dalaş baş vermişdir. Belə ki, bacısı daim onun uşaqlarına müxtəlif bəhanələrlə, gec yatıb, gec oyandıqları üçün, həyat yoldaşı işdən gəlib yatarkən səs saldıqları üçün şişirdilmiş formada irad tutmuş, bu mübahisənin sonu dava-dalaşa çevrilmiş, onu və uşaqlarını söyüb təhqir etmiş, yaşayışları dözülməz hala gəlmişdir. Lakin valideynləri bacısının ailəsi dağılmasın deyə onun yox, bacısının və bacısının ərinin tərəfini saxlamış, baş vermiş hadisələrə iradlarını bildirməmişlər. Baş vermiş mübahisələr həyat yoldaşı İddiaçı2 səhhətinə çox pis təsir etmiş, ürəkgetmə halları baş vermişdir. Son olaraq 19 iyun 2020-ci il tarixdə o, evdə olmadığı müddətdə növbəti ailə münaqişəsi baş vermiş, bacısı bu dəfə ailənin istifadəsində olan yataq otağının şüşələrini vurub qıraraq, söyüş söyərək həyat yoldaşını və iki uşağını zorla evdən çıxarmış, onları çölə atmışdır. O, evə qayıdıb, bunlar ona məlum olanda ailə, uşağını qaynanasının evinə yerləşdirmək və yenidən işə qayıtmaq məcburiyyətində qalmışdır. 20 iyun 2020-ci il tarixdə işdən gəldikdən sonra həyat yoldaşını və uşaqlarını qaynanasıgildən götürüb, evə gəldikdə, təxminən gecə saat 12 radələrində, onu və ailəsini mənzilə buraxmamış, ikinci dəfə qovmuşlar. Ona görə də o, məcburiyyət qarşısında qalıb, yaxın qohumunun mənzilinə sığınmalı olmuşdur. Çünki həmin vaxt Covid- 19 pandemiyası ilə bağlı sərt karantin təyin edilmişdi, kirayə mənzil tapmaq qeyri-mümkün idi. Yaşamağa yeri olmadığından, onun-bunun evində qaldığından təxminən 23 iyun 2020-ci il tarixdə baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsinə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası DİN-nin 102 Mərkəzi Məlumat Xidmətinə zəng edərək şikayət etmişdir. Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsində ona izah edilmişdir ki, mübahisə məhkəmə mübahisəsidir, məhkəməyə ərizə ilə müraciət etsin. Bu günə qədər cavabdehlər onu və ailəsini uzun illər yaşadığı və əmlakları yerləşən mənzilə buraxmır, hətta, yaxın qohumlarına baş verənləri danışıb, günahkarların bacısı və bacısının əri olduğunu bildirdiyi üçün bacısının əri, Cavabdeh4 iş yerinə gələrək, onu həyatı ilə hədələyərək söyüb, təhqir etmiş, əynindən dartıb köynəyini cırmışdır. Bununla bağlı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə rəsmi şikayət etsə də, bu günə qədər ona heç bir cavab verilməmişdir. Ona görə hətta Azərbaycan Respublikası DİN-nin 102 Mərkəzi Məlumat Xidmətinə zəng edərək şikayət etmişdir. Hal-hazırda yaşamağa yeri olmadığından, işsiz olduğundan, ailə və maddi vəziyyəti ağır olduğundan məcburiyyət qarşısında qalaraq yaxın qohumunun evinin bir otağına sığınaraq çox çətin şəraitdə yaşayır. Bundan başqa həyat yoldaşı onunla birgə, ailəsi olaraq ünvan 1 ünvanında yerləşən mənzildə uzun illər yaşamasına baxmayaraq, cavabdehlər həyat yoldaşının mənzilə qeydiyyata alınmasına razı olmadıqlarından, onun mənzilə yaşayış hüquqları tanınmamışdır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 könüllü olaraq mənzildən çıxmır, onlara mənzildə rahat yaşamağa, min əziyyətlə qazandığı çörəyini rahat yeməyə imkan vermirlər. O, vətənin müdafiəsi üçün iki əsgər böyüdür, lakin cavabdehlərin günahı ucbatından onların normal yaşayışını təmin edə bilmir. Yaranmış mübahisənin başqa yolla həlli mümkün olmadığından iddiaçı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcburdur. Yuxarıda göstərilənlərə əsasən hesab edir, məhkəmə tərəfindən İddiaçı2 və iki yetkinlik yaşına çatmamış uşaqları, 16.07.2005-ci il təvəllüdlü X4, 23.04.2008-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış hüquqlarının tanınması, onun və ailə üzvləri, İddiaçı2, uşaqları 16.07.2005-ci il təvəllüdlü X4, 23.04.2008-ci il təvəllüdlü X3 mənzilə köçürülməsi və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılması barədə qətnamə çıxarılmalıdır. Ona görə də, İddiaçı2, iki yetkinlik yaşına çatmamış uşaqları 16.07.2005-ci il təvəllüdlü X9 və 23.04.2008-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış hüquqlarının tanınması, İddiaçı1, İddiaçı2, uşaqları 16.07.2005-ci il təvəllüdlü X9 və 23.04.2008-ci il təvəllüdlü X3 həmin mənzilə köçürülmələri və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçılardan İddiaçı1 onun oğludur. Digər iddiaçı isə onun gəlinidir. İlkin iddia üzrə iddiaçıların mənzildə istifadə hüququnun olmasını qəbul edir. X6 mübahisəli mənzilə 2003-cü ildən həmin mənzildə yaşamışdır. Onların 16.07.2005-ci tarixdə X11, 23.04.2008-ci il tarixdə X12 adlı övladları anadan olmuşdur. Hazırda qarşılıqlı iddia üzrə cavabdehlərə kompensasiya verməklə onların mənzildən istifadə hüququna xitam verilib əmlakları ilə birlikdə mənzildən çıxarılmalarını məhkəmədən xahiş edir. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 41.42 kv m olan, 26 kv yaşayış sahəsində ibarət 2 otaqlı mənzil 10.09,2007-ci ildən onun mülkiyyətindədir. Azərbaycan Respublikası MM-nin 228.2maddəsi ilə müəyyən edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunvericililk birinci növbədə tərəflər arasında hər hansı bir razılaşmanın olmamasını şərt kimi irəli sürür, ikinci mərhələdə mülkiyyətçi tərəfindən kompensasiya verilməsini əsas gətirir. Kompensasiyanın məbləği barədə qanunvericilikdə hər hansı bir düzünə göstəriş yoxdur. Lakin, Ağalarovun işi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında göstərilir ki, mülkiyyətçi tərəfindən istifadəçiyə kompensasiya elə bir məbləğdə verilir ki, həmin məbləğ istifadəçiyə müəyyən müddət həmin ərazidə oxşar şəraitdə yaşamağa imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ağalarovun işi ilə bağlı hüquqi mövqeyi budur ki, istifadə hüququna malik olan şəxslərə kompensasiya verməklə onların oxşar şəraitdə müəyyən müddət ərzində yaşamaları təmin olunmalıdır. Məhkəməyə təqdim etdiyi əmlak alqı-satqısı və kirayə verilməsi mərkəzinin verdiyi arayışdan görünür ki, 17-ci mikrorayonda 2 otaqlı mənzil 160- 170 manata kirayəyə verilir. Məhkəmə praktikasında kompensasiyanın məbləği 3 illik kirayə haqqından aşağı olmamalıdır və bu məbləğ də təqribən 6120 manat təşkil edir. Beləliklə qarşılıqlı iddia üzrə cavabdehlərə 7000 manat kompensasiya verməklə onların mənzildən istifadə hüququna xitam vermək istəyir. Ona görə də, İddiaçı1 və İddiaçı2 7000 manat kompensasiya vermək yolu ilə, onların Sumqayıt şəhəri, 17-ci mkr, 56 saylı evin, 19 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi, ailə üzvləri 16.07.2005-ci il tarixdə anadan olmuş X9 və 23.04.2008-ci ildə anadan olmuş X10 ilə birlikdə əmlakları da daxil olmaqla çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 18 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcələsinin 157.8, 158.2, 158.4, 228-ci maddələrinin, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin və Azərbaycan Respublikası MPM-nin 8, 9, 13, 14, 88-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən –Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair hissədə ləğv edilib, ilk iddianın həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 18 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1, 228.2, 228.3cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətini müdafiə edib, qarşı tərəfin verdiyi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edib, qarşı tərəfin verdiyi apelyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada ilk iddia üzrə cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh4 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən ilk iddia üzrə cavabdehlər Ş.R.Yasinova, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Yasınov Elnur İsayad oğlu ünvan 4 ünvanında rəsmi olaraq qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 və X7 17.10.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Yasınova” soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iddiaçıların bigə nikahından 16.07.2005-ci il təvəllüdlü Rəvan və 23.04.2008-ci il təvəllüdlü Eşqim adlı uşaqları doğulmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən tərəfindən verilmiş MH seriyal, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 17 mkr., 56 saylı evin, 19 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 10.09.2007ci il tarixdə qeydiyyata alınmışdır. İlk iddia ərizəsini qismən təmin edən və qarşılıqlı iddia ərizəsini təmin etməkdən imtina edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsinin əsası kimi göstərmişdir ki, Yasınov İddiaçı1 Alimə Kərəm qızı ilə 17.10.2003-cü ildə rəsmi nikahla ailə qurduqdan sonra İddiaçı2 mübahisəli mənzilə gəlin köçmüş, onun ailə üzvü kimi mənzildə yaşamış və İddiaçı2 mübahisəli mənzilə gəlin köçərkən, mənzil özəlləşməmiş, Dövlət mənzil fonduna aid olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalarıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Qeyd olunan maddənin 3-cü hissəsinin tələbinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bundan başqa qarşılıqlı iddia ərizəsindən görünür ki, mənzilin mülkiyyətçisi olan Cavabdeh1 ilkin iddia üzrə iddiaçıların mənzilə istifadə hüquqlarının olduğunu qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi mənzilə istifadə hüququnun tanınması və köçürülməsi hissəsində əsaslıdır. Birinc instansiya məhkəməsi ilk iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları hissəsini əsaslı hesab etməmişdir. ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi Cavabdeh1dur və bir mülkiyyətçi kimi o, belə bir iddia irəli sürməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcələnin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Birinci instansiya məhkəməsi Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə” dair qarşılıqlı iddia tələbi üzrə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 təklif etdiyi 7000 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə mütənasib məbləğ deyildir. Yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkün olduğundan, kompensasiyanın məbləğinin artırılması da qanunvericiliyin tələbinə görə mülkiyyətçiyə məxsusdur. Mülkiyyətçinin mülkiyyət hüquqları qorunduğu kimi, Mülki Məcəllənin 158.4-cü maddəsinin tələbi baxımından mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, «kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır». Birinci instansiya məhkəməsi işin faktiki halları nəzərə alaraq hesa etmişdir ki, Cavabdeh1 təklif etdiyi 7000 manat məbləğində kompensasiyanı İddiaçı1 və İddiaçı2 istifadəyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsi baxımdan kifayət hesab etməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalan maddi hüquq normalarının tələblərinə, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ilk iddianı qismən və qarşılıqlı iddia ərizəsini təmin etməkdən imtina etdikdə düzgün nəticəyə gəlmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayətinə və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətlərinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instnsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətlərinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayətləri təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-4878/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar