Məhkəmə qərarları › İş №2(102)-5743/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5743/2021

25.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5743/2021 25.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh4 qarşı, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia - mənzilə yaşayış hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən çıxarılma, qarşılıqlı iddia – kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh Yasınov İsayad Əziz oğlunun vəkili X2 iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1059/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Yasınov İsayad Əziz oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Yasınov Elnur İsayad oğlu ünvan 1 ünvanında rəsmi olaraq qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin surətindən görünü r ki, Yasınov X6 Alimə Kərəm qızı ilə 17.10.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Yasınova” soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 16.07.2005-ci il təvəllüdlü X4 və 23.04.2008-ci il təvəllüdlü X5 atası İddiaçı1, anası isə İddiaçı2dır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 17 mkr., 56 saylı evin, 19 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Yasınov İsayad Əziz oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 10.07.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Yasınov İsayad Əziz oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə yaşayış hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən çıxarılma tələbinə” dair ilkin iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı2, iki yetkinlik yaşına çatmamış uşaqları, 16.07.2005-ci il təvəllüdlü X4 və 23.04.2008-ci il təvəllüdlü X5 ünvan 2 ünvanında yerləşən mənzilə yaşayış hüquqlarının tanınması, İddiaçı1, İddiaçı2, uşaqları 16.07.2005-ci il təvəllüdlü X4 və 23.04.2008-ci il təvəllüdlü X5 həmin mənzilə köçürülmələri və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanı nda yerləşən 2 otaqlı yataqxana tipli yaşayış sahəsi 1988-ci ildə atası Yasınov İsayad Əziz oğluna iş yerindən verilmişdir. Həmin mənzil, dövlət mənzil fonduna aid olmaqla sonradan ailə üzvlərinin razılığı ilə özəlləşdirilərək atası Yasınov İsayad Əziz oğlunun mülkiyyətinə verilmişdir. Halhazırda mənzildə o, İddiaçı1, cavabdehlərdən atası Yasınov İsayad Əziz oğlu, anası Cavabdeh2 və yaxın qohumu X7 qeydiyyatdadırlar. Digər İddiaçı2 onun həyat yoldaşıdır. O, həyat yoldaşı ilə 17 oktyabr 2003-cü ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla, el adəti toyla ailə qurmuş və valideynlərinin razılığı ilə, cehiz əmlakları ilə birgə ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilə gəlin kimi köçmüşdür. Həmin ünvanda birgə yaşadıqları müddətdə onların iki uşaqları, 16.07.2005-ci il təvəllüdlü X12, 23.04.2008-ci il təvəllüdlü X13 doğulmuş və yaşadıqları ərazi üzrə poliklinikada qeydiyyata alınmışlar. Yaşadıqları iki otaqlı mənzil sonradan genişləndirilərək, mətbəx otağı eyvana birləşdirilməklə üç otaq formasına salınmış və ailənin istifadəsində olmuşdur. 20 iyun 2020-ci il tarixə kimi ünvan 2 ünvanında yerləşən mənzilin bir otağı şəxsən onun ailəsinin istifadəsində olmuş və 20 iyun 2020-ci il tarixə kimi həmin otaqdan istifadə etmişlər. Onlara məxsus əmlaklar mənzilin bütün otaqlarında yerləşmişdir. 2019-cu ilin sentyabr ayında, bacısı Cavabdeh3 həyat yoldaşı Cavabdeh4 ilə birlikdə mənzilə qonaq adı ilə gəlmiş, baxmayaraq ki, onların ünvan 3 ünvanında bir otaqlı yaşayış sahəsi, 6 sot torpaq sahəsi və istifadələrində avtomobilləri vardır. Onlar bir daha yaşadıqları ünvana qayıtmamışlar. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 onlarla yaşadıqları müddətdə daim ailədə sözsöhbət, narazılıq, dava-dalaş baş vermişdir. Belə ki, bacısı daim onun uşaqlarına müxtəlif bəhanələrlə, gec yatıb, gec oyandıqları üçün, həyat yoldaşı işdən gəlib yatarkən səs saldıqları üçün şişirdilmiş formada irad tutmuş, bu mübahisənin sonu dava-dalaşa çevrilmiş, onu və uşaqlarını söyüb təhqir etmiş, yaşayışları dözülməz hala gəlmişdir. Lakin valideynləri bacısının ailəsi dağılmasın deyə onun yox, bacısının və bacısının ərinin tərəfini saxlamış, baş vermiş hadisələrə iradlarını bildirməmişlər. Baş vermiş mübahisələr həyat yoldaşı İddiaçı2 səhhətinə çox pis təsir etmiş, ürəkgetmə halları baş vermişdir. Son olaraq 19 iyun 2020-ci il tarixdə o, evdə olmadığı müddətdə növbəti ailə münaqişəsi baş vermiş, bacısı b u dəfə ailənin istifadəsində olan yataq otağının şüşələrini vurub qıraraq, söyüş söyərək həyat yoldaşını və iki uşağını zorla evdən çıxarmış, onları çölə atmışdır. O, evə qayıdıb, bunlar ona məlum olanda ailə, uşağını qaynanasının evinə yerləşdirmək və yenidən işə qayıtmaq məcburiyyətində qalmışdır. 20 iyun 2020-ci il tarixdə işdən gəldikdən sonra həyat yoldaşını və uşaqlarını qaynanasıgildən götürüb, evə gəldikdə, təxminən gecə 12 radələrində, onu və ailəsini mənzilə buraxmamış, ikinci dəfə qovmuşlar. Ona görə də o, məcburiyyət qarşısında qalıb, yaxın qohumunun mənzilinə sığınmalı olmuşdur. Çünki həmin vaxt Covid-19 pandemiyası ilə bağlı sərt karantin təyin edilmişdi, kirayə mənzil tapmağı qeyri-mümkün idi. İşsiz idi, maddi imkanı yox idi. Yaşamağa yeri olmadığından, onun-bunun evində qal dığından təxminən 23 iyun 2020-ci il tarixdə baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsinə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası DİN-nin 102 Mərkəzi Məlumat Xidmətinə zəng edərək şikayət etmişdir. Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsində ona izah edilmişdir ki, mübahisə məhkəmə mübahisəsidir, məhkəməyə ərizə ilə müraciət etsin. Bu günə qədər cavabdehlər onu və ailəsini uzun illər yaşadığı və əmlakları yerləşən mənzilə buraxmır, hətta, yaxın qohumlarına baş verənləri danışıb, günahkarların bacısı və bacısının əri olduğunu bildirdiyi üçün bacısının əri, Cavabdeh4 iş yerinə gələrək, onu həyatı ilə hədələyərək söyüb, təhqir etmiş, əynindən dartıb köynəyini cırmışdır. Bu işlərin arxasında o, durmuşam, get hara deyirsən de, istiyirsən polisə de bildirmiş və s öyüşlə təhqir etmişdir. Bununla bağlı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə rəsmi şikayət etsə də, bu günə qədər ona heç bir cavab verilməmişdir. Ona görə hətta Azərbaycan Respublikası DİN-nin 102 Mərkəzi Məlumat Xidmətinə zəng edərək şikayət etmişdir. Hal-hazırda yaşamağa yeri olmadığından, işsiz olduğundan, ailə və maddi vəziyyəti ağır olduğundan məcburiyyət qarşısında qalaraq yaxın qohumunun evinin bir otağına sığınaraq çox çətin şəraitdə yaşayır. Bundan başqa həyat yoldaşı onunla birgə, ailəsi olaraq ünvan 2 ünvanında yerləşən mənzildə uzun illər yaşamasına baxmayaraq, cavabdehlər həyat yoldaşının mənzilə qeydiyyata alınmasına razı olmadıqlarından, onun mənzilə yaşayış hüquqları tanınmamışdır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 könüllü olaraq mənzildən çıxmır, onlara mən zildə rahat yaşamağa, min əziyyətlə qazandığı çörəyini rahat yeməyə imkan vermirlər. O, vətənin müdafiəsi üçün iki əsgər böyüdür, lakin cavabdehlərin günahı ucbatından onların normal yaşayışını təmin edə bilmir. Yaranmış mübahisənin başqa yolla həlli mümkün olmadığından iddiaçı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcburdur. Yuxarıda göstərilənlərə əsasən hesab edir, məhkəmə tərəfindən İddiaçı2 və iki yetkinlik yaşına çatmamış uşaqları, 16.07.2005-ci il təvəllüdlü X4, 23.04.2008-ci il təvəllüdlü X5 ünvan 2 ünvanında yerləşən mənzilə yaşayış hüquqlarının tanınması, onun və ailə üzvləri, İddiaçı2, uşaqları 16.07.2005-ci il təvəllüdlü X4, 23.04.2008-ci il təvəllüdlü X5 mənzilə köçürülməsi və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılması barədə qətnamə çıxarıl malıdır. Cavabdeh Yasınov İsayad Əziz oğlu İddiaçı1 və İddiaçı2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı1 və İddiaçı2 7000 manat kompensasiya vermək yolu ilə, onların Sumqayıt şəhəri, 17-ci mkr, 56 saylı evin, 19 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi, ailə üzvləri 16.07.2005-ci il tarixdə anadan olmuş X12 və 23.04.2008-ci ildə anadan olmuş X13 ilə birlikdə əmlakları ilə çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Yasınov İsayad Əziz oğlu qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 və İddiaçı2 ona, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə yaşayış hüququnun tanınm ası, mənzilə köçürülmə və mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi ilə tanış olduqdan sonra ilkin iddia üzrə iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi vermək qərarına gəlmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, ilkin iddia üzrə iddiaçılardan İddiaçı1 onun oğludur. Digər iddiaçı isə onun gəlinidir. İlkin iddia üzrə iddiaçıların mənzildə istifadə hüququnun olmasını qəbul edir. İddiaçı2 mübahisəli mənzilə 2003-cü ildən həmin mənzildə yaşamışdır. Onların 16.07.2005-ci tarixdə X12, 23.04.2008-ci il tarixdə X13 adlı övladları anadan olmuşdur. Hal-hazırda qarşılıqlı iddia üzrə cavabdehlərə kompensasiya verməklə onların mənzildən istifadə hüququna xitam verilib əmlakları ilə birlikdə mənzildən çıxarılmalarını məhkəmədən xahiş edir. ünvan 4 ünvanında yerlə şən ümumi sahəsi 41.42 kv.m olan, 26 kv.m yaşayış sahəsində ibarət 2 otaqlı mənzil 10.09.2007-ci ildən onun mülkiyyətindədir. Azərbaycan Respublikası MM-nin 228.2-maddəsi ilə müəyyən edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunvericilik birinci növbədə tərəflər arasında hər hansı bir razılaşmanın olmamasını şərt kimi irəli sürür, ikinci mərhələdə mülkiyyətçi tərəfindən kompensasiya verilməsini əsas gətirir. Kompensasiyanın məbləği barədə qanunvericilikdə hər hansı bir düzünə göstəriş yoxdur. Lakin, Ağalarovun işi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarın da göstərilir ki, mülkiyyətçi tərəfindən istifadəçiyə kompensasiya elə bir məbləğdə verilir ki, həmin məbləğ istifadəçiyə müəyyən müddət həmin ərazidə oxşar şəraitdə yaşamağa imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ağalarovun işi ilə bağlı hüquqi mövqeyi budur ki, istifadə hüququna malik olan şəxslərə kompensasiya verməklə onların oxşar şəraitdə müəyyən müddət ərzində yaşamaları təmin olunmalıdır. Məhkəməyə təqdim etdiyi əmlak alqı-satqısı və kirayə verilməsi mərkəzinin verdiyi arayışdan görünür ki, 17-ci mikrorayonda 2 otaqlı mənzil 160-170 manata kirayəyə verilir. Məhkəmə praktikasında kompensasiyanın məbləği 3 illik kirayə haqqından aşağı olmamalıdır. Bu isə təqribən 6120 manat təşkil edir. Beləliklə qarşılıqlı iddia üzrə cavabdehlərə 7000 manat kompensasiya verm əklə onların mənzildən istifadə hüququna xitam vermək istəyir. Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov, iş № 2(060)-4878/2020) ilkin iddia tələbi qismən təmin edilərək, İddiaçı2 və yetkinlik yaşına çatmayan uşaqları, 16.07.2005-ci il təvəllüdlü X4 və 23.04.2008-ci il təvəllüdlü X5 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin, 19 nömrəli mənzilinə istifadə hüquqlarının tanınması, İddiaçı1, İddiaçı2 və yetkinlik yaşına çatmayan uşaqları, 16.07.2005-ci il təvəllüdlü X4 və 23.04.2008-ci il təvəllüdlü X5 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin, 19 nömrəli mənzilinə köçürülmələri, ilkin iddia tələbinin qalan hissədə və Yasınov İsayad Əziz oğlunun İddiaçı1 və İddiaçı2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə” dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia tələbi mənzilə istifadə hüququnun tanınması və köçürülməsi hissəsində əsaslıdır. Məhkəmə, ilkin iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmaları hissəsini əsaslı hesab etmir. Belə ki, ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisi Yasınov İsayad Əziz oğludur və bir mülkiyyətçi kimi o, belə bir iddia irəli sürməmişdir. Məhkəmə Yasınov İsayad Əziz oğlunun İddiaçı1 və İddiaçı2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə” dair qarşılıqlı iddia tələbinə gəldikdə isə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Yasınov İsayad Əziz oğlunun təklif etdiyi 7000 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə mütənasib məbləğ deyildir. Yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkün olduğundan, kompensasiyanın məbləğinin artırılması da qanunvericiliyin tələbinə görə mülkiyyətçiyə məxsusdur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hazırda qarşılıqlı iddia üzrə iddiaçı Yasınov İsayad Əziz oğlunun təklif etdiyi 7000 manat məbləğində kompensasiyanı İddiaçı1 və İddiaçı2 istifadəyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsi baxımdan kifayət hesab etmir. Apelyasiya instansiyası məhkəməsində icra at Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova, iş № 2(105)-1059/2021) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Yasınov İsayad Əziz oğlu tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-4878/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayətinə və ilk iddia üzrə c avabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İ.Ə.Yasınov apelyasiya şikayətlərinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətlərinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçı larının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Yasınov İsayad Əziz oğlu (Vəkil1 Şirzad oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli 2(105)1059/2021 nömrəli qətnaməsinin qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv olunması, həmin hissənin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, iddia rədd edilərkən o əsaslandırılmalı idi, lakin belə əsaslandırma yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə ic raatı iştirakçılarının izahatları Cavabdeh Yasınov İsayad Əziz oğlunun vəkili X9 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin qarşılıqlı iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. 29-cu maddəsinə görə də hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci madəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq ko mpensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (01 sentyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların k öçməsi zamanı başqa qeyd - şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həm çinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda, kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.... Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sı ra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutu lan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə h üququna xitam verilməsinə dair» 29 mart 2016-cı il tarixli qərarında olan mövqelərinə görə Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırı lmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üz rə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instasiyası məhkəməsi tərəfindən qarşılıqlı iddiaçının apelyasiya şikayətinə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini müvafiq olaraq kompensasiya verilməklə istifadə hüququnun itirilməsi tələbinin yönəldiyi cavabdehlərin davamlı olaraq eyni şəraitli yaşayış sahəsi ilə təmin olunmalarına imkan verməməsi baxımından rədd olunması nəticəsinə gəlmişdir. Bu halda məhkəmə həmin məbləği kifayət hesab etmirdisə, gələcəkdə hansı məbləğdə kompensasiyanın verilməsi halında ist ifadə hüququna xitam verilməsinin mümkünlüyünü araşdırmalı, tərəflərlə birlikdə müəyyən edilən məbləği müzakirə etməli və mülkiyyətçinin etiraz etdiyi halda məhkəmə aktında bununla bağlı mövqeyini göstərməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi belə mümkünlüyün araşdırılması üçün heç bir cəhd göstərməmiş və tərəflərlə birlikdə bu halın müzakirəsini təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsin dən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.” Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllin i şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı) İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilən hissədə maddi prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşm ır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Odur ki, qətnamə qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü -ci maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Yasınov İsayad Əziz oğlu tərəfindən verilmiş kassasiya şikayət i qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1059/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə – qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilsin və baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar