Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3415/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-784/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 29 noyabr 2003-cü il ta rixdə Cavabdeh Cəlal oğlu ilə İddiaçı arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir.
2. Cavabdeh Cəlal oğlu ilə İddiaçı əvvəllər yaşadıqları qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırov küçəsi 35 saylı ev plana düşdüyündən, Cavabdeh Cəlal oğlu ilə Maraqlı şəxs1 arasında 31 mart 2017-ci il tarixində bağlanmış müqaviləyə əsasən, həmin yaşayış sahəsinin sökülməsi və onun yerində inşa ediləcək yeni binadan Cavabdeh Cəlal oğluna ümumi sahəsi 120.37 kv.m olan 3 otaqlı mənzilin verilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə öhdəliklər icra edilərək Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, 10 saylı evin 6-cı mərtəbə, 6 saylı mənzili Maraqlı şəxs1 Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən 24 may 2022-ci il tarixli təhvi l-təslim Aktı ilə Cavabdeh Cəlal oğluna təqdim olunmuşdur. 3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 mart 2024-cü il tarixli arayışına əsasən, İddiaçı hal-hazırda Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi “B” saylı binanın 2-ci giriş 6-cı mərtəbəsində yerləşən 118 saylı mənzildə yaşayır.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh və digərlərinə qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilin bölünməsi” tələbinə dair iddianın qismən təmin olunması, Maraqlı şəxs1 MMC ilə Cavabdeh arasında bağlanılmış 31 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsindən (ünvan 1 ünvanda “B” saylı binanın 2-ci giriş 6-cı mərtəbəsində yerləşən 118 saylı (yeni 6 saylı) mənzilə dair əmələ gəlmiş hüquqlar üzərində ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payının tanınması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 02 iyul 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 fevral 2025-ci il tarixli qətnaməsinə dəyişiklik edilərək, Maraqlı şəxs1 Məhdud Məsuliyyəti Cəmiyyətlə Cavabdeh arasında bağlanmış 31 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsindən (ünvan 1 ünvanda “B” saylı binanın 2-ci giriş 6-cı mərtəbəsində yerləşən 118 saylı (yeni 6 saylı) mənzil dair əmələ gəlmiş hüquqlar üzərində 1/3 hissədə İddiaçı və 2/3 hissədə Cavabdeh payının tanınması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh Cəlil oğluna (bundan sonra- cavabdeh) qarşı məhkəməyə müraciət edərək, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda “B” saylı binanın 2-ci giriş 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 120.37 kv.metr olan 6 saylı (köhnə nömrə ilə 118) mənzilə köçürülmələri və istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2003-cü il tarixdə el adəti ilə toy edərək ailə qurmuş, rəsmi nikahları xx.xx.2003-cü il tarixində Zəngilan rayonu VVAD Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Cavabdehlə birgə nikahında n xx.xx.2003-cü ildə Məryəm və xx.xx.2006-cı ildə Cəlal adlı ikin övladları olmuşdur. Cavabdehlə əvvəllər mehriban yaşasalar da, sonradan aralarında olan mənzil mübahisəsinə görə münasibətləri pozulmuş, hazırda ayrı yaşayırlar. Aralarında bağlanmış nikah cavabdehin iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hər iki övladları yetkinlik yaşına çatmışdır. Hazırda oğlu Cəlal hərbi xidmətdədir, qızı Məryəm isə onunla birlikdə yaşayır. Yaşadıqları ərazidə dövlət tərəfindən aparılan quruculuq işləri ilə bağlı əvvəllər yaşadıqları ev plana düşdüyü üçün xx.xx.2017-ci il tarixdə əri Cavabdeh Cəlal oğlu ilə podratçı şirkət Maraqlı şəxs1 MMC arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ailəsinin əvvəllər yaşadığı ünvan 2 ünvanında yer ləşən özlərinin inşa etdiyi 4 otaqlı, ümumi sahəsi 105.76 kv.m olan sənədsiz tikili təhlükəli olduğu üçün tikinti şirkəti tərəfindən sökülərək, yerinə inşa ediləcək binada ailəsinə yaşaması üçün ümumi sahəsi 120.37 kv.m olan 3 otaqlı mənzil verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, yeni evləri tikilib təhvil verilənədək ailəsinin müvəqqəti yaşaması üçün tikinti şirkəti tərəfindən hər ay 450 manat məbləğində kirayə haqqı vermiş, onlar həmin pulla yaxınlıqda ev tutaraq bir ailə kimi kirayədə yaşamışlar. Yeni mənzilləri xx.xx.2022-ci il tarixdə inşa edilərək təhvil verilmişdir. Həmin gündən onlar bir ailə kimi yeni mənzildə yaşamışlar. Onlara məxsus bəzi əşyalar da həmin mənzildədir. Hazırda cavabdeh yeni mənzili öz şəxsi mülkiyyəti olaraq öz adına rəsmiləşdirmək və sataraq şəxsi məqsədlər i üçün istifadə etmək niyyətinə görə onları yeni mənzilinə buraxmaq istəmir, elə bu səbəbə görə ondan boşanmışdır. Cavabdeh daima spirtli içki qəbul etdiyinə görə müxtəlif bəhanələr gətirməklə, evdə dava-dalaş salmış, onun pis vərdişləri səbəbindən onunla yaşamaq çətin olmuşdur. Ona görə də o, qızı Məryəmlə birlikdə qonşuluqda kirayədə yaşamalı olmuşlar. Özü fərdi əməklə məşğul olur, maddi vəziyyəti elə də yaxşı deyil, kirayə qaldığı evin pulunu ödəməkdə çətinlik çəkir.
8. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilk iddianın rədd edilməsi, iddiaçıya 21.600 manat kompensasiya ödənilməsi və bunun müqabilində cavabdehin ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda “B” saylı binanın 2-ci girişinin 6-cı mərtəbəsindəki 118 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı onun keçmiş həyat yoldaşı olmuşdur. Belə ki, o, xanımla xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların bu nikahdan iki övladları var. Uşaqların hər ikisi artıq yetkinlik yaşına çatmışlar. Onun xanımla ailə münasibətləri əvvəllər yaxşı olmuş, lakin sonradan mənzil məsələsinə görə ailə münasibətləri pozulmuş və aralarında olan rəsmi nikah artıq məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Mübahisəli mənzil ünvan 1 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 118 saylı mənzildir. İddiaçının köçüb yaşamaq istədiyi ev sökülməzdən əvvəl atası Cəlal kişinin adına olmuş, həmin ev ata mülkü olduğu üçün qardaş və bacıları evdən onun xeyrinə imtina etmiş və mülk ona qalmışdır. Həmin ev rəhmətlik atasına işlədiyi yer üzrə mənzil kommunal istismar sahəsi tərəfindən verilmişdir. Mübahisəli evə nə o, nədəki xanım tərəfindən hər-hansı bir ödəniş edilməmişdir. O, halhazırda mübahisələndirilən evdə tək yaşayır və evi 3 ilə yaxındır ki, əldə etmişdir. Ev ona valideynlərindən qalmışdır. Əvvəlki yaşadıqları ata evi 105 kvadrat olmaqla, 3 otaqdan ibarət olmuşdur. Məcburi köçkün kimi onlar gələndə jek tərəfindən atasına ev veriləndə atası heç bir ödəniş etməmişdir. Sonradan həmin ev sökülmüş və yerinə 120 kvadrat olan ev verilmişdir. O, evi 2022-ci ildə təhvil almış, elə həmin vaxtdan orada yaşayır. Cavabdeh ona qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri və hazırda "xxxx" MMC-nin idarə etməsində olan ünvan 1 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsində 118 saylı mənzilin bərabər bölünərək, hər birinin payına düşən ½ hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə onun iddia tələbi rədd edilmişdir. Cavabdeh hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvandakı “B” saylı binanın 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 120.37 kvadrat metr olan 6 saylı mənzilə köçürülməsi və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. İddia əsassızdır. Belə ki, ev onun ata mülkü olmuş və atasından ona qalmışdır. Onlar həmin mənzildə iddiaçı ilə birlikdə yaşamışlar, iddiaçı özü çıxıb getmiş, heç vaxt onu evdən qovmamışdır. Məhkəmə qətnaməsi ilə iddiaçının həmin evə köçməsi onun üçün çox ağır nəticələrə səbəb ola bilər. Belə ki, iddiaçının həmin mənzildə yaşaması mənəvi narahatlıqdan başqa, eyni zamanda onun öz mülkiyyətindən istifadəsini məhdudlaşdıracaqdır. Buna görə də iddiaçının mənzildən çıxarılması üçün 21.600 manat birdəfəlik kompensasiya ödənişi təklif edir.
10. Zəngilan Rayon Məhkəməsinin (hakim G.İmanova) xx.xx.2025-ci il tarixli, e-2(034)52/2025 nömrəli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə işin faktiki hallarına əsaslanaraq qeyd etmişdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlıdır və bu səbəbdən iddia tələbi təmin edilməlidir.
12. Qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edilmişdir ki, cavabdeh tərəfindən təklif olunan 21.600 manat kompensasiya ilə iddiaçı razılaşmayaraq evə köçürülməsini tələb etdiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
13. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Mülki Məcəllənin 139.1, 228.5-ci maddələrinə, xx.xx.2009-cu ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10, 53, 54-cü maddələrinə, habelə MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi b arədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər 2003-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurublar. Bu nikahdan iki övladları doğulub. İddiaçının da məhkəmə iclaslarında etiraf etdiyi kimi o hazır evə gəlin gəlib. Həmçinin iddiaçı izahat verərkən bildirmişdir ki, o həmin evə gəlin gələndə onun qayınatası və qaynanası da orada yaşayırdı. Onda burdan sual yaranır ki, qayınata, qaynana gəlin və oğlu bir otaqda yaşaya bilərdilərmi? Məhkəmə işin bu halını aydınlaşdırmamışdır. Belə ki, iddiaçı izahatında bildirir ki, o bir otaqlı evə gəlin gəlmişdir. Burdan da görünür ki, o məhkəməni yanıltmağa çalışmış və məhkəmə də bu izahata əsaslanaraq qərar qəbul etmişdir. Hətta iddiaçının özü izahatında həmin evin 32 kv-m olduğunu bildirdiyi halda məhkəmə bu hissəni də nəzərə almamış və payları birgə nikahda qazanılan evin bölgüsü kimi ər-arvad arasında bölmüşdür. İddiaçı özü etiraf etmişdir ki, həmin ev onlara əvəzsiz verilmişdir. Beləliklə əmlakın əvəzsiz əqdlər nəticəsində əldə edildiyi iddiaçının öz izahatı ilə sübuta yetirildiyindən birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. İddiaçı 32 kv.m sahəsi olan evə gəlin gəldiyini bildirmiş, lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı izahatında bildirib ki, qaynının köməkliyi ilə evi təmir etmişdirlər. Buradan da görünür ki, həmin evə nə iddiaçı, nə də cavabdeh maddi xərc çəkməmişlər. Cavabdeh izahatında göstərmişdir ki, artıq iddiaçı ilə ailə quranda onlar gəlin gətirməmişdən öncə bir otaqlını üç otağa çevirmişlər. Məhkəmə isə iddiaçının nümayəndəsinin verdiyi izahata tamamilə yanlış qiymət vermişdir. Belə ki, nümayəndə bildirir ki, iddiaçı gəlin gəldikdən sonra evin qabağını kəsərək mətbəx düzəltmişlər və maddi vəsait anası və atasına məxsus olmuşdur. Həmin evdə təkcə Yunis deyil atası və anası da məcburi köçkün kimi məskunlaşmışlar. Hətta məhkəməyə təqdim olunmuş MKİSin təsdiqlənmiş aktı var ki, həmin akt iddiaçı gəlin gəlməmişdən əvvəl yəni 2002-ci il tarixdə tərtib olunmuşdur. Həmin aktda qonşular şahid qismində bildirmişlər ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırov küçəsi 35-də məcburi köçkün kimi sahibsiz mənzildə məskunlaşıb və öz vəsaiti hesabına yararlı hala salıb. Burdan da görünür ki, həmin ev iddiaçı gəlin gəlmədən öncə 2002-ci il tarixdə artıq tikilib təmir olunmuş və orada valideynləri ilə birlikdə yaşamışdır. O, iddiaçı ilə ailə qurduqdan sonra iddiaçı da artıq ailə üzvü kimi onlarla birlikdə yaşamışdır. Qaçqınlar və X1 üzrə Dövlət Komitəsinin Nəsimi Rayon üzrə Sektoru tərəfindən verilmiş arayışda göstərilir ki, Atakişiyev Yunus, onun anası Atakişiyeva Saray və atası Atakişiyev Cəlal Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırov küçəsi32-də məcburi köçkün kimi qeydiyyata alınıblar və anası xx.xx.2009-cu il tarixə kimi atası isə 2004-cü il tarixə kimi yəni rəhmətə gedənə kimi orada yaşayıblar. Cavabdehin atası MİKİS-in işlərini gördüyü üçün həmin yeri ona məskunlaşmaları üçün veriblər. Həmin sənədsiz tikili heç yerdə qeydiyyata alınmadığı üçün həmin tikiliyə görə cavabdeh hər hansı ilkin sənəd t əqdim edə bilmir. Hazırkı mübahisə olunan ev isə ilkin olaraq əldə edilmiş evə əsasən verilmişdir. 2002-ci il tarixdə tərtib edilmiş akt da sübut kimi işə əlavə olunmuşdur. Həmin aktda evin yaşamaq üçün yararlı vəziyyətə salınması artıq öz əksini tapmışdır. Bu akt sübut edir ki, cavabdeh evin artımını nikahdan əvvəl artıq etmişdir. Çəkilən maddi xərc isə onun valideynləri tərəfindən icra edilib. Bakı şəhəri, Nəsimi rayon 59 saylı MİKS-in sorğuya cavab məktubunda evin 1 otaqlı olduğu sonradan təmir-tikinti edilərək 4 otaq olması və evdə təmir-tikintinin nə vaxt aparılmasıından isə məlumatlı olmadıqları bildirilmişdir. Lakin həmin qurumun xx.xx.2002- ci il tarixdə təsdiq etdiyi aktda, evin təmir olunması öz möhürü ilə təsdiqləmişdir. Burdan da görünür ki, MİKS-də evin artımı barədə artıq 200 2-ci ildə məlumat olmuşdur. Məhkəmə isə göstərilən ziddiyyətli məqamı araşdırmamışdır. Bundan başqa mübahisəli ev söküntü ərazisi kimi qeydiyyata götürüldükdən sonra Maraqlı şəxs1 MMC- ilə cavabdeh müqavilə bağlamış və ona ailəsi ilə yaşaması üçün bir müddət 450 manat kirayə pulu verilmişdir. Onlar da yaxınlıqda Bakı şəhəri, Nəsimi rayonu, Düşərgə döngəsi-3-də 5 il kirayə tutaraq yaşamışlar. Sonra ona xx.xx.2022-ci il tarixdə Yeni mənzilləri yəni B.Bağırova küçəsi, 35 saylı evin söküntüsü əvəzi olaraq cavabdeh adına verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi 10 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 6 saylı mənzili təhvil almışdır. O, təzə tikiliyə köçəndə nə qızı, nə də iddiaçı onunla həmin evə qayıtmamışlar. Hətta əvvəllər kirayədə qaldıqları evdə qalmağa davam etmişlər, hazırda da o evdə kirayədə yaşayırlar. Məhkəmə bu hallara aydınlıq gətirməmişdir. İddiaçı mübahisəli mənzildə yaşamamaqla hətta bu evə istifadə hüququnu itirmişdir. Cavabdeh həmin mənzildə oğlu Cəlalla köçmüşdür. İddiaçı bir və iki dəfə mənzilə gəlmiş və tez də çıxıb getmişdir. Göründüyü kimi məhkəmə qətnaməsi hərtərəfli, tam və obyektiv araşdırılmadan mülahizələr əsasında, heç bir möhtəbər sübuta əsaslanmadan qəbul edilmişdir. Məhkəmə tamamilə əsassız olaraq qeyd edib ki, tərəflər birgə nikah dövründə 1 otaqlı sənədsiz ev inşa etmişlər.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (Ayaz Mahmudov (sədrlik edən, məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli) 2(105)-784/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edi lərək, iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(034)-52/2025 nömrəli qətnaməsi qismən, “ailə üzvlərini” ünvan 1 ünvandakı “B” saylı binanın 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 120.37 kvadrat metr olan 6 saylı (köhnə nömrə ilə 118) mənzilə köçürülmələri və istifadə hüquqlarının tanınması” hissəsində ləğv edilməsi və həmin hissədə ilk iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
17. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qeyri-müəyyən olmaqla ailə üzvləri hissəsində tələb edən şəxslərin dairəsi müəyyən deyildir.
18. İlk iddia tələbi özlüyündə bir neçə hissədən - iddiaçının özünün və onun ailə üzvlərinin mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsindən i barətdir. İddiaçı özü ilə yanaşı “ailə üzvlərinin” də mənzildən istifadəsinə qadağa qoyulmamasını və köçürülməsini xahiş etmişdir. Lakin işə baxmış birinci instansiya məhkəməsi tələbin bu hissədə qeyri-müəyyən şəxslər dairəsində əhatələnməsinə əhəmiyyət verməmişdir. İddiaçı tələbində mübahisəli mənzilə “ailə üzvlərinin” də köçürülməsini və istifadə hüquqlarının tanınmasını xahiş etsə də, həmin “ailə üzvlərinin” kim olduğunu açıqlamamış, iddia tələbinin həmin hissəsində qeyri-müəyyənliyə yol vermiş, bununla da MPM-in 149.2.3-cü maddəsinin tələblərini pozmuşdur. İddia tələbi həmin hissəsində ailə üzvlərinin kim olduğu müəyyən edilmədiyindən, bu hissədə tələb qeyrimüəyyən olmaqla təmin və ya rədd oluna bilməz. Çünki bu hal özlüyündə gələcəkdə icra mərhələsində digər mübahisənin yaranmasına sə bəb olacaq (MPM-nin 149.2, 152.1, 259.0.12, 384, 387.1).
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (Ayaz Mahmudov (sədrlik edən, məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli) 2(105)-784/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin mübahisələndirilən qalan hissələrdə təmin edilməməsi, iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(034)52/2025 nömrəli qətnaməsinin “İddiaçı ünvan 1 ünvandakı “B” saylı binanın 2-ci girişinin 6cı mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 120.37 kv.m olan 6 saylı (köhnə nömrə ilə 118) mənzilə istifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respubli kası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə mübahisələndirilən mənzildəki hüquqlar üzərində iddiaçının 1/3 hissədə payı müəyyən edilmişdir. İddiaçı tələbinin əsası kimi ona istinad etmişdir ki, mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş, onun da həmin mənzildə pay hüququnun olmasına baxmayaraq, cavabdeh tez-tez ailə daxili münaqişələr yaratmaqla onu mənzildən çıxarmış və orada yaşamasına imkan vermir.
21. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.
22. Hazırkı işdə, 1-ci və 2-ci hallar mö vcuddur, yəni iddiaçı tərəf köçmək istədiyi evdə yaşayıb, həmin mənzil üzərində pay hüququ müəyyən edilib və keçmiş əri güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. İddiaçının mənzildən çıxarılması və sonuncunun mənzilə buraxılmaması heç də könüllü deyil, cavabdehlə münasibətlərin pozulması səbəbindəndir.
23. Bundan başqa iddiaçının yaşayış sahəsinə olan ehtiyacı heç də kənarda hansısa yaşayış sahəsi ilə təmin olunmadığına görə, o, hazırda mübahisələndirilən yaşayış sahəsi ilə ehtiyaclarını təmin etmək məcburiyyətindədir. Əks halda cavabdehin davranışı iddiaçının maneəsiz və toxunulmaz yaşamaq hüquqlarının pozulmasına və sonuncunun hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də onun “narahat” olması üçün əsas olan amillərdəndir.
24. Həmçinin mübahisəli mənzilin daşınm az əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin mənzil faktiki olaraq mövcuddur və iddia üzrə cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli mənzildə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu mənzildə yaşamaq hüququ vardır.
25. İddia tələbinin “istifadə hüququnun tanınması” hissəsi ilə bağlı qeyd edilmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Bu hüququn əsas cəhəti ondan ibarətdir ki, “istifadə” yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Nəticə etibarilə, “istifadə hüququ” əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir.
26. Qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edilmişdir ki, nə qədər ki, iddiaçının sözügedən mənzil üzərində hüquqlarda payı mövcuddur və sonuncu özü kompensasiya verilməsi yolu ilə pay hüququna xitam verilməsi ilə razılaşmır, onda hazırkı qarşılıqlı iddianın araşdırılmasına ehtiyac da qalmır.
27. Apellyasiya şikayətində qeyd edilən dəlillər “İddiaçı mübahisələndirilən mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” hissəsində mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin yuxarıda qeyd olunan hissədə ləğvi üçün qanuni əsas ola bilməz.
28. Məhk əmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci, Mülki Məcəllənin 152.1, 152.2, 152.5, 213.1-213.3, 215.1-215.3cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
29. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-784/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəli lləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
32. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
33. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
34. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblər ə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
35. Maddə 36.1 Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
36. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.5-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 152.1. Mülkiyyət h üququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
38. Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
39. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquq larını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
40. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
41. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
42. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
43. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
44. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümu mi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
45. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassa siya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
57. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
58. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
59. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı i lə mübahisələndirilən mənzildəki hüquqlar üzərində iddiaçının payı 1/3 hissədə müəyyən edilmişdir.
60. İddiaçı tələbinin əsası kimi ona istinad etmişdir ki, mübahisəli mənzil birgə nikah dövründə əldə edilmiş, onun da həmin mənzildə pay hüququnun olmasına baxmayaraq, cavabdeh tez-tez ailə daxili münaqişələr yaratmaqla onu mənzildən çıxarmış və orada yaşamasına imkan vermir.
61. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.
62. Hazırkı işdə, 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı tərəf köçmək istədiyi evdə yaşayıb, həmin mənzil üzərində pay hüququ müəyyən edilib və keçmiş əri güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. İddiaçının mənzildən çıxarılması və sonuncunun mənzilə buraxılmaması heç də könüllü deyil, cavabdehlə münasibətlərin pozulması səbəbindəndir.
63. Bundan başqa, iddiaçının yaşayış sahəsinə olan ehtiyacı heç də kənarda hansısa yaşayış sahəsi ilə təmin olunmadığına görə, o, hazırda mübahisələndirilən yaşayış sahəsi ilə ehtiyaclarını təmin etmək məcburiyyətindədir. Əks halda cavabdehin davranışı iddiaçının maneəsiz və toxunulmaz yaşamaq hüquqlarının pozulmasına və sonuncunun hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də onun “narahat” olması üçün əsas olan amillərdəndir.
64. Həmçinin mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 4 3-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin mənzil faktiki olaraq mövcuddur və iddia üzrə cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli mənzildə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu mənzildə yaşamaq hüququ vardır.
65. İddia tələbinin “istifadə hüququnun tanınması” hissəsi ilə bağlı qeyd edilmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Bu hüququn əsas cəhəti ondan ibarətdir ki, “istifadə” yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Nəticə etibarilə, “istifadə hüququ” əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir.
66. Qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edilmişdir ki, nə qədər ki, iddiaçının sözügedən mənzil üzərində hüquqlarda payı mövcuddur və sonuncu özü kompensasiya verilməsi yolu ilə pay hüququna xitam verilməsi ilə razılaşmır, onda hazırkı qarşılıqlı iddianın araşdırılmasına ehtiyac da qalmır.
67. Apellyasiya şikayətində qeyd edilən dəlillər “iddiaçının mübahisələndirilən mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” hissəsində mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin yuxarıda qeyd olunan hissədə ləğvi üçün qanuni əsas ola bilməz.
68. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, cavabdehin kass asiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh Cəlal oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyul 2025-ci il tarixli, 2(105)-784/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.