Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-784/2025 28.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Üçüncü şəxslər: Maraqlı şəxs1 MMC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə mənzildən çıxarılma barədə qarşılıqlı iddia tələbi üzrə (mənzilə köçürülmə, istifadə hüququnun tanınması və kompensasiya verilməklə mənzildən çıxarılma - qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X17 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İlk iddia üzrə İddiaçı iştirakı ilə, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(034)-52/2025 nömrəli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. Maraqlı şəxs1 tərəfindən verilmiş 551/24 nömrəli, xx.xx.2024-cü il tarixi məktubun məzmunundan aydın olur ki, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə notarial bağlanmış alqısatqı müqaviləsi üzrə Cavabdeh məxsus olmuş, qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, 35 saylı evin söküntüsü əvəzi olaraq Maraqlı şəxs1 yeni tikili olan Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 10, 6-cı mərtəbə, 6 saylı mənzili xx.xx.2022-ci il tarixli, 67 saylı aktla Cavabdeh təqdim etmişdir.
2. Cavabdeh Cəlal oğlu ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləsindən görünür ki, “ARCHİCO’ MMC ünvan 1 ünvanında yerlədən, yaşayış uçün təhlükəli vəziyyətdə olan binanın söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata seçirərək, həmin binada qeydiyyatsız olaraq yaşayan X2 adına olan ünvan 2 ünvanında yerləşən, yaşayış uçun təhlükəli vəziyyətdə, ümumi sahəsi 105.76 kv/m olan 4 (dörd) otaqlı mənzilin əvəzinə 13,8% artıq, B2 blokunun 6-cı mərtəbəsində, təmirli 3 (üç) otaqlı ümumi tikinti sahəsi 120.37 kv.m. olan 135 nömrəli mənzili "Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
3. 03 may 2017-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh ilə Maraqlı şəxs1 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırov küçəsi 35 ünvanda yerləşən söküntü üçün tam hazır, məişət avadanlıqları və cihazları götürülmüş, ev əşyaları tam boşalmış mənzili Maraqlı şəxs1 əməkdaşlarına təhvil verilmişdir.
4. xx.xx.2022-ci il tarixli 67 nömrəli təhvil-təslim aktından görünür ki, Maraqlı şəxs1 tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli mülkiyyət haqqında müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 10 mülkiyyətçi Cavabdeh təhvil verilmişdir.
5. 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 4-45 nömrəli, xx.xx.2017ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Zəngilan rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, 35 saylı evin 7 saylı mənzilində məskunlaşmış, həmin mənzildə həyat yoldaşı X11 qeydiyyatsız, qızı X5 və oğlu X9 yaşamışlar.
6. Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01085 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
7. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X3 valideynləridir.
8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 10/24 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi ünvanındakı B binasının 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən, 118 nömrəli mənzildə yaşayır.
9. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Zəngilan rayonundan məcburi köçkündür.
10. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektoru tərəfindən verilmiş 173 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Zəngilan rayonundan məcburi köçkün olmuş, Nəsimi rayonu, B.Bağırova 35 ünvanında müvəqqəti qeydiyyatda olmuş, ailə üzvləri olan xx.xx.2009-cu ildə vəfat etmiş anası X4 və xx.xx.2004-cü ildə vəfat etmiş atası X6 yuxarıda gösərilən ünvanda xx.xx.1995-ci il tarixdən “049830” karta qeydiyyat nömrəsi ilə məcburi koçkün kimi qeydiyyatda olmuşlar.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-123/2025 nömrəli iş üzrə 7 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(034)-354/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh (üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi» tələbinə dair iddianın qismən təmin olunması, Maraqlı şəxs1 MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən (ünvan 4 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 118 saylı (yeni 6 saylı) mənzil dair) əmələ gəlmiş hüquqlar üzərində ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payının tanınması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1936/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-123/2025 nömrəli qətnaməsi dəyişdirilərək, Maraqlı şəxs1 MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən (ünvan 4 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 118 saylı (yeni 6 saylı) mənzil dair) əmələ gəlmiş hüquqlar üzərində 1/3 hissədə İddiaçı və 2/3 hissədə Cavabdeh payının tanınması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Cavabdeh, (üçüncü şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “mənzilə köçürmə və istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu ailə üzvləri ilə birlikdə ünvan 4 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 120.37 kvadrat metr olan 6 saylı (köhnə nömrə ilə 118) mənzilə köçürülmələri və istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə el adəti ilə toy edərək ailə qurmuş, rəsmi nikahları xx.xx.2003-cü il tarixində Zəngilan rayonu VVADQ şöbəsində 177 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2003-cü ildə Məryəm və xx.xx.2006-cı ildə Cəlal adlı iki övladları olmuşdur. Cavabdehlə əvvəllər mehriban yaşasalar da, sonradan aralarında olan mənzil mübahisəsinə görə münasibətləri pozulmuş, hazırda ayrı yaşayırlar. Aralarında bağlanmış nikah cavabdehin iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1963/2024 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Hər iki övladları yetkinlik yaşına çatmışdır. Hazırda oğlu Cəlal hərbi xidmətdədir, qızı Məryəm isə onunla birlikdə yaşayır. Yaşadıqları ərazidə dövlət tərəfindən aparılan quruculuq işləri ilə bağlı əvvəllər yaşadıqları ev plana düşdüyü üçün xx.xx.2017-ci il tarixdə əri Cavabdeh Cəlal oğlu ilə podratçı şirkət Maraqlı şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyət arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ailəsinin əvvəllər yaşadığı ünvan 5 ünvanında yerləşən özlərinin inşa etdiyi 4 otaqlı, ümumi sahəsi 105.76 kv.m olan sənədsiz tikili təhlükəli olduğu üçün tikinti şirkəti tərəfindən sökülərək, yerinə inşa ediləcək binada ailəsinə yaşaması üçün ümumi sahəsi 120.37 kv.m olan 3 otaqlı mənzil verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, yeni evləri tikilib təhvil verilənədək ailəsinin müvəqqəti yaşaması üçün tikinti şirkəti tərəfindən hər ay 450 manat məbləğində kirayə haqqı vermiş, onlar həmin pulla yaxınlıqda ev tutaraq bir ailə kimi kirayədə yaşamışlar. Yeni mənzilləri xx.xx.2022-ci il tarixdə inşa edilərək təhvil verilmişdir. Həmin gündən onlar bir ailə kimi yeni mənzildə yaşamışlar. Onlara məxsus bəzi əşyalar da həmin mənzildədir. Hazırda cavabdeh yeni mənzili öz şəxsi mülkiyyəti olaraq öz adına rəsmiləşdirmək və sataraq şəxsi məqsədləri üçün istifadə etmək niyyətinə görə onları yeni mənzilinə buraxmaq istəmir, elə bu səbəbə görə ondan boşanmışdır. Cavabdeh daima spirtli içki qəbul etdiyinə görə müxtəlif bəhanələr gətirməklə, evdə davadalaş salmış, onun pis vərdişləri səbəbindən onunla yaşamaq çətin olmuşdur. Ona görə də o, qızı Məryəmlə birlikdə qonşuluqda kirayədə yaşamalı olmuşlar. Özü fərdi əməklə məşğul olur, maddi vəziyyəti elə də yaxşı deyil, kirayə qaldığı evin pulunu ödəməkdə çətinlik çəkir. Ona görə də övladları ilə birlikdə birgə nikah dövründə əldə etdikləri ünvan 6 ünvanda yerləşən “B” binasının 2-ci girişinin, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 120.37 kv.m oln 3 otaqlı, 118 saylı mənzilə köçürülmək və mənzildən istifadə hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mübahisənin məhkəmədən kənar həll olunmasından ötrü mediasiya təşkilatına müraciət etsə də, bunun bir müsbət nəticəsi olmamışdır. Hesab edir ki, cavabdeh məhkəmə qərarı olmadan onları mənzilə buraxmayacaqdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
15. Cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarma tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, cavabdehə 21600 manat məbləğində kompensasiya ödənilməsi və bunun müqabilində cavabdehin ailə üzvləri ilə birlikdə ünvan 4 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 118 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı onun keçmiş həyat yoldaşı olmuşdur. Belə ki, o, xanımla xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların bu nikahdan iki övladları var. Uşaqların hər ikisi artıq yetkinlik yaşına çatmışlar. Onun xanımla ailə münasibətləri əvvəllər yaxşı olmuş, lakin sonradan mənzil məsələsinə görə ailə münasibətləri pozulmuş və aralarında olan rəsmi nikah artıq məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Mübahisəli mənzil ünvan 4 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 118 saylı mənzildir. Cavabdehin köçüb yaşamaq istədiyi ev sökülməzdən əvvəl atası Cəlal kişinin adına olmuş, həmin ev ata mülkü olduğu üçün qardaş və bacıları evdən onun xeyrinə imtina etmiş və mülk ona qalmışdır. Həmin ev rəhmətlik atasına işlədiyi yer üzrə mənzil kommunal istismar sahəsi tərəfindən verilmişdir. Mübahisəli evə nə o, nə də ki iddiaçı tərəfindən hər-hansı bir ödəniş edilməmişdir. O, hal-hazırda mübahisələndirilən evdə tək yaşayır və evi 3 ilə yaxındır ki, əldə etmişdir. Ev ona valideynlərindən qalmışdır. Əvvəlki yaşadıqları ata evi 105 kvadrat olmaqla, 3 otaqdan ibarət olmuşdur. Məcburi köçkün kimi onlar gələndə jek tərəfindən atasına ev veriləndə atası heç bir ödəniş etməmişdir. Sonradan həmin ev sökülmüş və yerinə 120 kvadrat olan ev verilmişdir. O, evi 2022-ci ildə təhvil almış, elə həmin vaxtdan orada yaşayır. Cavabdeh ona qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair ddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri və hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin idarə etməsində olan ünvan 4 ünvandakı “B” binasının 2-ci girişinin 6- cı mərtəbəsində 118 saylı mənzilin bərabər bölünərək, hər birinin payına düşən ½ hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə onun iddia tələbi rədd edilmişdir. Cavabdeh hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 120.37 kvadrat metr olan 6 saylı mənzilə köçürülməsi və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Hesab edir ki, cavabdehin iddiası əsassızdır. Belə ki, ev onun ata mülkü olmuş və atasından ona qalmışdır. Onlar həmin mənzildə cavabdehlə birlikdə yaşamışlar. Cavabdeh özü çıxıb getmiş, o, heç vaxt cavabdehi evdən qovmamışdır. Məhkəmə qətnaməsi ilə cavabdehin həmin evə köçməsi onun üçün çox ağır nəticələrə səbəb ola bilər. Belə ki, cavabdehin həmin mənzildə yaşaması mənəvi narahatlıqdan başqa, eyni zamanda onun öz mülkiyyətindən istifadəsini məhdudlaşdıracaqdır. Buna görə də cavabdehin mənzildən çıxarılması üçün ona 21600 manat məbləğində birdəfəlik kompensasiya ödənişi təklif edir.
17. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(034)-52/2025 nömrəli qətnaməsi ilə (hakim G.İmanova) ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, araşdırma zamanı müəyyən edilib ki, tərəflər 2003-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, onların bu nikahdan 2003-cü il təvəllüdlü və 2006-cı il təvəllüdlü iki övladları doğulmuşdur. Tərəflər əvvəllər mehriban ailə münasibətəlrində yaşasalar da, sonradan aralarında olan mənzil mübahisəsi onların ailə münasibətlərinin pozulmasına səbəb olmuş və aralarındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1963/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin əvvəl yaşadıqları ünvan 7 ünvanda yerləşən ev plana düşdüyündən Cavabdeh ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən evin şirkət tərəfindən sökülməsi və yerinə inşa ediləcək binada tərəflərin yaşaması üçün ümumi sahəsi 120.37 kv.m olan 3 otaqlı mənzil verilməsi nəzərdə tutulmuş və mənzil şirkət tərəfindən inşa edildikdən sonra xx.xx.2022-ci il tarixdə cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdehlə bir evdə yaşamaq mümkün olmadığından qızı ilə birlikdə evdən çıxaraq kirayədə yaşamalı olmuş, lakin maddi vəziyyəti pis olduğundan və kirayə haqqının ödənilməsində maddi cəhətdən çətinlik çəkdiyindən cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 6 ünvanda olan “B” binasının 2-ci girişinin, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 120.37 kv.m oln 3 otaqlı, 118 saylı mənzilə övladları ilə köçüb yaşamaq istəmiş, amma cavabdeh evin onun mülkiyyətində olmasını əsas gətirərək onları mənzilə buraxmamışdır. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edib ki, iddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Məhkəmə Cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edib ki, Cavabdeh tərəfindən İddiaçı 21600 manat məbləğində təklif olunan kompensasiya ilə iddiaçı razılaşmayaraq evə köçürülməsini tələb etdiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
19. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 228.5-ci maddələrinə, xx.xx.2009-cu ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10, 53, 54-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayəti vermişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər 2003-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurublar. Bu nikahdan iki övladları doğulub. İddiaçının da məhkəmə iclaslarında etiraf etdiyi kimi o hazır evə gəlin gəlib. Həmçinin iddiaçı izahat verərkən bildirmişdir ki, o həmin evə gəlin gələndə onun qaynatası və qaynanası da orada yaşayırdı. Onda burdan sual yaranır ki, qaynata, qaynana gəlin və oğlu bir otaqda yaşaya bilərdilərmi? Məhkəmə işin bu halını aydınlaşdırmamışdır. Belə ki, iddiaçı izahatında bildirir ki, o bir otaqlı evə gəlin gəlmişdir. Burdan da görünür ki, o məhkəməni yanıltmağa çalışmış və məhkəmə də bu izahata əsaslanaraq qərar qəbul etmişdir. Hətta iddiaçının özü izahatında həmin evin 32 kv-m olduğunu bildirdiyi halda məhkəmə bu hissəni də nəzərə almamış və payları birgə nikahda qazanılan evin bölgüsü kimi ər-arvad arasında bölmüşdür. İddiaçı özü etiraf etmişdir ki, həmin ev onlara əvəzsiz verilmişdir. Beləliklə əmlakın əvəzsiz əqdlər nəticəsində əldə edildiyi iddiaçının öz izahatı ilə sübuta yetirildiyindən birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. İddiaçı 32 kv.m sahəsi olan evə gəlin gəldiyini bildirmiş, lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı izahatında bildirib ki, qaynının köməkliyi ilə evi təmir etmişdirlər. Buradan da görünür ki, həmin evə nə iddiaçı, nə də cavabdeh maddi xərc çəkməmişlər. Cavabdeh izahatında göstərmişdir ki, artıq iddiaçı ilə ailə quranda onlar gəlin gətirməmişdən öncə bir otaqlını üç otağa çevirmişlər. Məhkəmə isə iddiaçının nümayəndəsinin verdiyi izahata tamamilə yanlış qiymət vermişdir. Belə ki, nümayəndə bildirir ki, iddiaçı gəlin gəldikdən sonra evin qabağını kəsərək mətbəx düzəltmişlər və maddi vəsait anası və atasına məxsus olmuşdur. Həmin evdə təkcə Yunis deyil atası və anası da məcburi köçkün kimi məskunlaşmışlar. Hətta məhkəməyə təqdim olunmuş MKİSin təsdiqlənmiş aktı var ki, həmin akt iddiaçı gəlin gəlməmişdən əvvəl yəni 2002-ci il tarixdə tərtib olunmuşdur. Həmin aktda qonşular şahid qismində bildirmişlər ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırov küçəsi-35 –də məcburi köçkün kimi sahibsiz mənzildə məskunlaşıb və öz vəsaiti hesabına yararlı hala salıb. Burdan da görünür ki, həmin ev iddiaçı gəlin gəlmədən öncə 2002-ci il tarixdə artıq tikilib təmir olunmuş və orada valideynləri ilə birlikdə yaşamışdır. O, iddiaçı ilə ailə qurduqdan sonra iddiaçı da artıq ailə üzvü kimi onlarla birlikdə yaşamışdır. Qaçqınlar və X10 üzrə Dövlət Komitəsinin Nəsimi Rayon üzrə Sektoru tərəfindən verilmiş arayışda göstərilir ki, Atakişiyev Yunus, onun anası Atakişiyeva Saray və atası Atakişiyev Cəlal Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırov küçəsi- 32-də məcburi köçkün kimi qeydiyyata alınıblar və anası xx.xx.2009-cu il tarixə kimi atası isə 2004-cü il tarixə kimi yəni rəhmətə gedənə kimi orada yaşayıblar. Cavabdehin atası MİKİS-in işlərini gördüyü üçün həmin yeri ona məskunlaşmaları üçün veriblər. Həmin sənədsiz tikili heç yerdə qeydiyyata alınmadığı üçün həmin tikiliyə görə cavabdeh hər hansı ilkin sənəd təqdim edə bilmir. Hazırkı mübahisə olunan ev isə ilkin olaraq əldə edilmiş evə əsasən verilmişdir. 2002-ci il tarixdə tərtib edilmiş akt da sübut kimi işə əlavə olunmuşdur. Həmin aktda evin yaşamaq üçün yararlı vəziyyətə salınması artıq öz əksini tapmışdır. Bu akt sübut edir ki, cavabdeh evin artımını nikahdan əvvəl artıq etmişdir. Çəkilən maddi xərc isə onun valideynləri tərəfindən icra edilib. Bakı şəhəri, Nəsimi rayon 59 saylı MİKS-in sorğuya cavab məktubunda evin 1 otaqlı olduğu sonradan təmir-tikinti edilərək 4 otaq olması və evdə təmir-tikintinin nə vaxt aparılmasıından isə məlumatlı olmadıqları bildirilmişdir. Lakin həmin qurumun xx.xx.2002-ci il tarixdə təsdiq etdiyi aktda, evin təmir olunması öz möhürü ilə təsdiqləmişdir. Burdan da görünür ki, MİKS-də evin artımı barədə artıq 2002-ci ildə məlumat olmuşdur. Məhkəmə isə göstərilən ziddiyətli məqamı araşdırmamışdır. Bundan başqa mübahisəli ev söküntü ərazisi kimi qeydiyyata götürüldükdən sonra Maraqlı şəxs1 MMC- ilə cavabdeh müqavilə bağlamış və ona ailəsi ilə yaşaması üçün bir müddət 450 manat kirayə pulu verilmişdir. Onlar da yaxınlıqda Bakı şəhəri, Nəsimi rayonu, Düşərgə döngəsi-3-də 5 il kirayə tutaraq yaşamışlar. Sonra ona xx.xx.2022-ci il tarixdə Yeni mənzilləri yəni B.Bağırova küçəsi, 35 saylı evin söküntüsü əvəzi olaraq cavabdeh adına verilmiş ünvan 4 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 6 saylı mənzili təhvil almışdır.O təzə tikiliyə köçəndə nə qızı, nə də iddiaçı onunla həmin evə qayıtmamışlar. Hətta əvvəllər kirayədə qaldıqları evdə qalmağa davam etmişlər, hazırda da o evdə kirayədə yaşayırlar. Məhkəmə bu hallara aydınlıq gətirməmişdir. İddiaçı mübahisəli mənzildə yaşamamaqla hətta bu evə istifadə hüququnu itirmişdir. Cavabdeh həmin mənzildə oğlu Cəlalla köçmüşdür. İddiaçı bir və iki dəfə mənzilə gəlmiş və tez də çıxıb getmişdir. Göründüyü kimi məhkəmə qətnaməsi hərtərəfli, tam və obyektiv araşdırılmadan mülahizələr əsasında, heç bir möhtəbər sübuta əsaslanmadan qəbul edilmişdir. Məhkəmə tamamilə əsassız olaraq qeyd edib ki, tərəflər birgə nikah dövründə 1 otaqlı sənədsiz ev inşa etmişlər. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(034)-52/2025 nömrəli qətnaməsi ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o hazırda qızıyla birlikdə kirayə ünvanda yaşayır. Oğlu isə hazırda hərbi xidmətdədir. İddia tələbində ailə üzvləri qismində məhz oğlu və qızını nəzərdə tutmuşdur. Cavabdeh tərəfin kompensasiya təklifini qəbul etmir. Mübahisəli bina evində əvvəlki evin artırılmasında, tikintisində onun əsaslı vəsaiti sərf olunub. Onun müqabilində hazırkı bina evini almışlar. Göstərilən hallar Ali Məhkəmənin analoji mübahisəyə dair işi üzrə qərarda təsdiq olunub. Qeyd olunanlara əsasən sonda apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
24. İlk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək əlavə sübutlar təqdim edəcəyini, həmin sübutları hazırkı məhkəmə iclasına təqdim etməyinin mümkün olmadığını bildirmiş və məhkəmə iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər Maraqlı şəxs1 MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
26. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Konstitusiyası
43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər:
29. Mülki Prosessual Məcəllə Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (...) Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 76. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətindən görünür ki, apellyator Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(034)-52/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
31. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə – istifadə hüququ, mənzilə köçürülmə və qarşılıqlı iddianın rədd olunmuş hissələrində dəyişdirilmədən saxlanılmalıdır.
33. Hazırkı iş üzrə ilk iddia tələbi iki hissədən – iddiaçının və ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə, qarşılıqlı iddia isə kompensasiya ödənilməklə mənzildən çıxarılma barədədir.
34. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-784/2025 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi “ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə” hissəsində tələb qeyrimüəyyəm olması əsası ilə ləğv edilərək baxılmamış saxlanılmışdır.
35. Kollegiya apellyasiya şikayətinin dəlillərini qalan hissələrdə qəbul etmir və mövqeyini aşağıdakı qaydada əsaslandırır.
36. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2003-cü il tarixdə rəsmi nikah bağlamış, xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur.
37. İşin mübahisə olunmayan hallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1936/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)- 123/2025 nömrəli qətnaməsi dəyişdirilərək, Maraqlı şəxs1 MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən (ünvan 4 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 118 saylı (yeni 6 saylı) mənzil dair) əmələ gəlmiş hüquqlar üzərində 1/3 hissədə İddiaçı və 2/3 hissədə Cavabdeh payının tanınması qərara alınmışdır.
38. Göründüyü kimi mübahisələndirilən mənzildəki hüquqlar üzərində İddiaçı 1/3 hissədə payı müəyyən edilmişdir.
39. İlk iddiaçı tələbinin əsası kimi ona istinad edir ki, mübahisəli mənzilin birgə nikah dövründə əldə edilməsinə və onun da həmin mənzildə pay hüququnun olmasına baxmayaraq, cavabdeh tez-tez ailədaxili münaqişələr yaratmaqla onu mənzildən çıxarmış və orada yaşamasına imkan vermir.
40. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”.
41. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.
42. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı tərəf köçmək istədiyi evdə yaşayıb, həmin mənzil üzərində pay hüququ müəyyən edilib və keçmiş əri güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır.
43. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır.
44. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçının mənzildən çıxarılması və sonuncunun mənzilə buraxılmaması heç də könüllü deyil, cavabdehlə münasibətlərin pozulması səbəbindəndir.
45. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya həm də qeyd edir ki, iddiaçının yаşаyış sаhəsinə olan ehtiyаcı heç də kənarda hansısa yaşayış sahəsi ilə təmin оlunmadığına görə, o, hazırda mübahisələndirilən yаşаyış sаhəsi ilə ehtiyаclаrını təmin etmək məcburiyyətindədir. Əks halda cavabdehin davranışı iddiaçının maneəsiz və toxunulmaz yaşamaq hüquqlarının pozulmasına və sonuncunun hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də onun “nаrаhаt” оlmаsı üçün əsаs olan amillərdəndir
46. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirən kollegiya belə qənaətə gəlir ki, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə İddiaçı məhrum edildiyi evə köçürülməlidir
47. Kollegiya onu da qeyd edir ki, mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin mənzil faktiki olaraq mövcuddur və iddia üzrə cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli mənzildə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu mənzildə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının mənzilə köçürülməsindən mənzilin qeydiyyata alınmaması səbəbilə imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddia üzrə cavabdeh (o cümlədən apellyatora) münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
48. Kollegiya iddia tələbinin “istifadə hüququnun tanınması” hissəsi ilə bağlı qeyd edir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Bu hüququn əsas cəhəti ondan ibarətdir ki, “istifadə” yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Nəticə etibarilə, “istifadə hüququ” əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir.
49. Kollegiya sonda Cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, nə qədər ki iddiaçının sözügedən mənzil üzərində hüquqlarda payı mövcuddur və sonuncu özü kompensasiya verilməsi yolu ilə pay hüququna xitam verilməsi ilə razılaşmır, onda hazırkı qarşılıqlı iddianın araşdırılmasına ehtiyac da qalmır.
50. Belə ki, bu xarakterli iddialara baxılması zamanı həll qaydasının müəyyən edilməsində məqsəd mülkiyyətçilərdən birinin digər paylı mülkiyyətçiləri öz mülkiyyət hüquqlarından iradələrinə zidd şəkildə istədikləri vaxt istədikləri formada məhrum etmələrinə müəyyən məhdudiyyətlər qoymaqla, mülkiyyət hüququnun toxunulmazlığını qorumaqdan, həmçinin bütün mülkiyyətçilərin hüquqi mənafelərinin balanslı müdafiəsinə nail olmaqdan ibarətdir.
51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər “İddiaçı mübahisələndirilən məzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” hissəsində mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin yuxarıda qeyd olunan hissədə ləğvi üçün qanuni əsas ola bilməz.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən qalan hissələrdə təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(034)-52/2025 nömrəli qətnaməsi “İddiaçı ünvan 4 ünvandakı “B” binasının 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 120.37 kv.m olan 6 saylı (köhnə nömrə ilə 118) mənzilə itifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.