Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4884/2021 21.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və maraqlı tərəflər Cavabdeh2 və Cavabdeh3 qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və miras əmlakda payların müyyən edilməsi tələbinə» dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən kecirib, MÜƏYYƏN ETDİM : İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və miras əmlakda payların müyyən edilməsi tələbi» barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəyə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, iddiaçı Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə müraciət etməsi barədə sənədi ərizəyə əlavə etməmişdir. Yəni, iddiaçı ilkin olaraq Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə müraciət etməli idi. Bundan əlavə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ izah edilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3, 149-152 və 263-269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və maraqlı tərəflər Cavabdeh2 və Cavabdeh3 qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və miras əmlakda payların müyyən edilməsi tələbinə» dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraçiət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-4884/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4884/2021
21.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver