Məhkəmə qərarları › İş №2(060)-4886/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4886/2023

18.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4886/2023 18.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2nə qarşı müqavilənin qismən etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə və Cavabdeh2nə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış BAL03203/1 nömrəli müqaviləsinin mübahisəli hissədə qismən etibarsız hesab edilməsi və Cavabdeh2 notariusu X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1.). İddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbgöstərilməlidir (149.2.3.) Göründüyü kimi iddiaçı iddia ərizəsində onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış BAL03203/1 nömrəli müqaviləsinin mübahisəli hissədə qismən etibarsız hesab edilməsini xahiş etsə də, onun həmin müqaviləni hansı hissədə mübahisələndirilməsi iddia ərizəsinin məzmunu ilə müəyyən edilmir. Belə ki, iddiaçı müqavilənin “mübahisəli” hissəsinin nədən ibarət olmasını və müqavilənin “qismən” etibarsız hesab edilməsini xahiş edərkən nəyi nəzərdə tutduğunu iddia ərizəsində izah etməmiş, qeyri-müəyyən bir tələb irəli sürmüşdür. MPM-də göstərilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2nə qarşı müqavilənin qismən etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar