Məhkəmə qərarları › İş №2(060)-489/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-489/2025

12.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-489/2025 12.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsna qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 06 sentyabr 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. 06 sentyabr 1975-ci il təvəllüdlü X7 onun qızıdır. O, anadangəlmə xəstədir. Belə ki, ona Tibbi Sosial Ekspert Komissiyasının rəyi ilə “ümumi xəstəlik” nəticəsində müddətsiz İİ qrup əlillik təyin edilmişdir. Ona qoyulan diaqnoz belədir: G80 serebral iflic, keçirilmiş X11nin davamlı qalıq əlamətləri, qarışıq və hiperkinetik forma, kənar şəxsin köməyinə ehtiyacı vardır, ağırlaşma G90.8 vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, qabarıq asteno - nevrotik sindrom tez-tez baş verən vegetativ damar krizləri ilə, yüngül dərəcəli əqli gerilik, ağırlaşma G83 digər paralitik sindromlar, sol tərəfli hemiparez, hipesteziya yanaşı xəstəliklər D50 dəmir defisitli anemiya, xroniki dəmir defisitli anemiya. Qızı özünü idarə edə bilmir, daim kənar şəxslərin köməyinə ehtiyacı yaranır, sərbəst şəkildə harasa gedə bilmir. O, psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu sürətdə idarə etmək iqtidarına malik deyil, buna görə də öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmasının qarşısının alınması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Tədqiq olunan sübutlar:

5. Vİ-ЖГ 385027 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1975-ci ildə anadan olmuşdur. X2, anası X1r. 6.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X5 G80 serebral iflic, keçirilmiş X11nin davamlı qalıq əlamətləri, qarışıq və hiperkinetik forma, vegetativ sinir sisteminin digər pozğunluqları, qabarıq asteno, yüngül dərəcəli əqli gerilik, ağırlaşma G83 digər paralitik sindromlar, sol tərəfi hemiparez, hipesteziya yanaşı xəstəliklər, D50 dəmir defisitli anemiya, xroniki dəmir defisitli anemiya müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli, 1 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs X4 “X11 nəticəsində yaranan yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” F.70.1 aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında“Serebral iflic keçirilmiş X11nin davamlı qalıq əlamətləri. Qarışıq və hiperkenitik forma. Kənar şəxslərin köməyinə ehtiyacı var. Ağırlaşma G90.8 Vegetativ sinir sisteminin digər pozğunluqlan. Qabarıq asteno-nevrotik sindrom. Tez-tez baş verən vegetativ damar krizləri ilə. Yüngül dərəcəli əqli gerilik. Ağırlaşma G83. Digər paralatik sindromlar. Sol tərəfli hemiparez. Hipezteziya. Yanaşı xəstəliklər D50 dəmir defisitli anemiya. Xroniki dəmir defsisitli anamiya” diaqnozu ilə ikinci dərəcəli əlil hesab olunması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (bələdliyinin pozulması, davranışının qeyri-adekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs X4 X11 nəticəsində yaranan yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları müəyyən edilir. Yoxlanılan şəxs X7 psixi vəziyyətinə görə öz hərəkətlərini mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. E.R.Əhmədovanı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 31.1-ci maddəsinə əsasən, fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər; 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir;

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.

11. Belə ki, X7 xx.xx.1975-ci ildə doğulmuşdur. Ərizəçi onun anasıdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızının fəaliyyət qabiliyyətsiz hesab edilməsini məhkəmədən xahiş edir.

12. Məhkəmə tərəfindən xx.xx.1975-ci il təvəllüdlü X3 psixi vəziyyətinin öyrənilməsi məqsədilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli, 1 saylı saylı rəyində tədqiqatın nəticəsi olaraq yoxlanılan şəxs X4 X11 nəticəsində yaranan yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları müəyyən edildiyi, yoxlanılan şəxs X3 psixi vəziyyətinə görə öz hərəkətlərini mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı, E.R.Əhmədovanı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar olduğu göstərilmişdir.

13. Məhkəmə hesab edir ki, ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

14. Beləliklə, məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir.

15. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq ekspet rəyindən şəxsin tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olduğu müəyyən edildiyindən ərizə təmin edilməli, xx.xx.1975-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

Nəticə:

16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar