Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4899/2022 09.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi1, onun nümayəndəsi X1 iştirakları ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən JN-0077 KOD 90700108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında birgə mülkiyyətçi “X2” ilə AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsində “Ərizəçi1”nın, JN-0077 KOD 90700108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında birgə mülkiyyətçi Ərizəçi2 AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindəki və A-İİ 652698 nömrəli Doğum haqqında şəhadətnaməsində “Ərizəçi2”nun eyni şəxs olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş mülki işin hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, məhkəmə hazırlıq iclasında Ərizəçi1 iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizədə göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barəqə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə əlavə sübutları toplayıb yenidən məhkəməyə müraciət etməsi üçün ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Ərizəçi2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi məhkəmə iclasınn yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. səbəbləri barədə məlumat verməmişdir Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Ərizəçi2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Qanunvericilikdə olan yeni dəyişikliklərə əsasən iş üzrə bütün sübutlar, o cümlədən iddia ərizəsinə düzəlişlər məhkəmə hazırlıq iclasında təqdim olunmalıdır. Məhkəmə əlavə sübutların təqdim edilməsi məqsədilə məhkəmə tərəfindən hazırlıq iclası təxirə salınsa da, həmin sübutlar təqdim edilməmiş, ərizəçi isə ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında Ərizəçi1 məhkəməyə müraciət etməsi üçün zəruri sübutları (inzibati orqanın imtina məktubunu) təqdim etməsinin zəruriliyi izah edilsə də, tələb olunan sübutlar ərizəçi tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası adından “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 24 ” dekabr 2021-ci il qərarı ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək “Məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il qərarında məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən məhkəmə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından Ərizəçi1 xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi1 qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlansın. Ərizəçi1 xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından saxlanıldığından Ərizəçi1 qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova İş № 2(060)-5720/2021 Məhkəmə iclasının PROTOKOLU Sumqayıt Şəhər Məhkəməsi “28” iyul 2021-ci il Sumqayıt şəhəri Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı Ərizəçi2 cavabdeh X6 və X5 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxılır. İclas saat 11:30-da açıldı. Məhkəmə iclasına gəlmişlər: Məhkəmə iclasına gəlməmişlər: işdə iştirak edən şəxslər. Sədrlik edən məhkəmə iclasını açdı və baxılası işə dair məruzə edərək bildirdi ki, iddiaçı Ərizəçi2 cavabdeh X6 və X5 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh X6 və X3 5861,92 (beş min səkkiz yüz altmış bir mana doxsan iki qəpik) manat əsas borc, 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 5861,92 (beş min səkkiz yüz altmış bir manat doxsan iki qəpik) manat penya və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 11723,84 (on bir min yeddi yüz iyirmi üç manat səksən dörd qəpik) manat məbləğində borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş mülki işin hazırlıq iclası xx.xx.2021-ci il tarixə, saat 11:30-a, məhkəmə baxış iclası isə xx.xx.2021-ci il tarixə, saat 11:30-a təyin olunmuşdur. Lakin, tərəflər xx.xx.2021-ci il tarixində keçirilən məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin tarixdə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Bu müzakirə olunmalıdır. Sədrlik edən müşavirə otağına getdi, qayıtdıqda məhkəmə iclasının qərardadını elan etdi. Sədrlik edən məhkəmə iclasını saat 11:40-da bağlı elan etdi. Protokol xx.xx.2021-ci il tarixində tərtib olunub. SƏDRLİK EDƏN: KATİB:
Məhkəmə qərarları › İş №2(060)-4899/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4899/2022
09.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver