Məhkəmə qərarları › İş №2(060)-4910/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4910/2021

13.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4910/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı1 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə 13 avqust 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 09 aprel 2021-ci il tarixli, 29/02 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi və "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracdan satılmasının nəticələri haqqında 09 aprel 2021-ci il tarixli 29/3 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 26 saylı mənzil onun mülkiyyətində olmuşdur, lakin həmin mənzil qanunvericiliyin tələbləri pozulmaqla onun mülkiyyətindən çıxarılmışdır. Belə ki, o İddiaçı1 12 may 2015-ci il tarixində cavabdeh "xxxx" KB ASC ilə 11/15SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 12 may 2015-ci il tarixli 11-1/15SU saylı əlavə kredit müqaviləsin əsasən 48 ay müddətinə, 14 may 2019-cu il tarixədək illik 16% ödəmək şə 90000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kreditin əsas təminatı kimi İddiaçı2 məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; İddiaçı1 məxsus ünvan 3 ünvanında yerləşən 26 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ilk iddiaçı “Unibank" KB ASC ilə İddiaçı1 arasında bağlanmış 11-1/15SU saylı, 14 may 2015-ci il tarixli əlavə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və 66861,28 ABŞ dolları əsas borcun tələbi hissədində baxılmamış saxlanılması, 12 may 2015-ci il tarixli 11/15SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış, 11-1/15SU saylı 14 may 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə əsas borc üzrə 22378,20 ABŞ dolları, faiz borcu 14203,23 ABŞ dolları, cərimə borcu üzrə 1303 ABS dolları, cəmi 37884,43 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə cavabdeh İddiaçı1 “Unibank KB ASC-nin xeyrinə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 6 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 60 manat məbləğində pulun “Unibank" KB ASC-nin xeyrinə ödənilməsi, borcun ödənilməsi üçün tutmanın ipotekaya qoyulmuş İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, hərracdan əldə edilən pul vəsaiti hesabına İddiaçı1 11-1/15SU saylı, 14 may 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 37884,43 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ilk iddianın 30078.45 ABŞ dolları cərimə borcu tələbi, borcurn ödənilməsi üçün tutma ipotekaya qoyulmuş olan İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 26 saylı mənzilə yönəldilməsi, əmlakların açıq hərracda satılması, ipoteka predmetləri olan ünvan 3 ünvanında yerləşən 26 saylı mənzilin ilkin satış qiyməti 70000 manat və İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, bina 3/52 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 60000 manat müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-240/2018 saylı, 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC ilə İddiaçı1 arasında bağlanmış 11-1/15SU saylı, 14 may 2015-ci il tarixli əlavə kredit müqaviləsi ləğv edilmiş, İddiaçı1 12 may 2015-ci il tarixli 11/15SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış, 11-1 saylı, 14 may 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 79884,22 ABŞ əsas borc, 14203,23 ABŞ dolları faiz, 300 ABŞ dolları dəbbə pulu, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 60 manat məbləğində pulun "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmetləri olan İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 26 saylı mənzilə və İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, bina 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakların açıq hərracla satılması, hərracdan əldə edilən pul vəsaiti hesabına "Unibank” KB ASC-yə olan 79884, 22 ABŞ dolları əsas borc, 14203,23 ABŞ dolları faiz, 300 ABŞ dolları dəbbə pulu, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 60 manat məbləğində pul əvəzinin “Unibank" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İpoteka predmetləri olan ünvan 3 ünvanında yerləşən 26 saylı mənzilin ilkin satış qiyməti 70000 manat və ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 60000 manat müəyyən edilmişdir. İddiaçı1 məxsus ünvan 3 ünvanında yerləşən 26 saylı mənzil Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və "Külək” MMCnin 29/02 nömrəli, 09 aprel 2021-ci il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 70000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: '‘İpoteka haqqında" AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda - 15% və 43.7-ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 44625 manat müəyyən edilmiş və həmin mənzil hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanaraq cavabdeh "xxxx" KB ASC tərəfindən alınmışdır. Ona məxsus Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, bina 3/52 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və “Külək" MMC-nin 29/03 nömrəli, 09 aprel 2021-ci il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 60000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: “İpoteka haqqında" AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 38250 manat müəyyən edilmiş və həmin mənzil hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanaraq cavabdeh "Unibank” KB ASC tərəfindən alınmışdır. Hərracın keçirilməsi ilə əlaqədar bildirişlər onun yəni, İddiaçı2 ünvanına gəlməmiş, hərracın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda Sumqayıt şəhər İcra idarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışdır. Yuxarıda göstərilən səbəbləri nəzərə alaraq hərracın nəticələrinin etibarsız hesab edilməsi bağlı məhkəməyə müraciət etmişlər. "Külək” MMC-nin ünvan 3 ünvanında yerləşən 26 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 09 aprel 2021-ci il tarixli, 29/02 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə mülki qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsız və əsassızdır. "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracdan satılmasının nəticələri haqqında 09 aprel 2021-ci il tarixli, 29/03 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsız və əsassızdır. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçılar, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı2 və cavabdehlər "xxxx" ASC-nin, "xxxx" MMC-nin və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddəsinə görə məhkəmə işə həmin tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-240/2018 saylı, 13 fevral 2018-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilkin iddiaçı "xxxx" ASC və cavabdehlər İddiaçı1, İddiaçı2 və X3 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş ürzə yeni qətnamə qəbul edilmiş, ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı1 araasında bağlanmış 14.05.2015-ci il tarixli, 11-1\15SU saylı əlavə kredit müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı1 12.05.2015-ci il tarixli,11-1\15SU saylı əlavə kredit müqaviləsi çərçivəsində bağlanmış 14.05.2015-ci il tarixli,11-1\15SU saylı əlavə kredit müqaviləsi üzrə 79884,22 ABŞ dolları əsas borc, əsas borca hesablanmış faiz məbləği kimi 14203,23 ABŞ dolları və 300 ABŞ dolları (ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pulun alınaraq ilkin iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tələbin ipoteka predmetləri olan İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilə və İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin hesabına İddiaçı1 "xxxx" ASC-yə olan 79884,22 ABŞ dolları məbləğində əsas borc, əsas borca hesablanmış faiz məbləği kimi 14203,23 ABŞ dolları və 300 ABŞ dolları (ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) kredit müqaviləsi üzrə borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pul əvəzi olaraq "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin ilkin satış qiymətinin 70000 manat və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı1 və X1 çıxarılması, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində qeyri- yaşayış sahəsinin boşaldılması, ilkin və qarşılqı iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin hərracın yekunları haqqında 09 aprel 2021-ci il tarixli 29/03 nömrəli protokoluna əsasən İddiaçı2 mülkiyyətində olan ilkin satış qiyməti 60000 manat müəyyən edilmiş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 38250 manata alıcı "xxxx" KB ASC-yə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin hərracın yekunları haqqında 09 aprel 2021-ci il tarixli 29/02 nömrəli protokola əsasən İddiaçı1 mülkiyyətində olan ilkin satış qiyməti 70000 manat müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən 26 saylı mənzil 44625 manata alıcı "xxxx" KB ASC-yə satılmışdır. İş materialllarına əlavə edilmiş 02.02.2021-ci il tarixli 01/508 nömrəli bildirişin surətindən görünür ki, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışın həyat keçirilməsi üçün açıq hərracın 26 fevral 2021 tarixdə, saat 11.00-dan-17.00-dək ünvan 7 ünvanında təşkili ilə əlaqədar "xxxx" ASC-yə, İddiaçı1, İddiaçı2 və X2 bildirişlər göndərilmişdir. İş materialllarına əlavə edilmiş 02.03.2021-ci il tarixli 01/1304 nömrəli bildirişin surətindən görünür ki, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışın həyat keçirilməsi üçün açıq hərracın 17 mart 2021 tarixdə, saat 11.00-dan-17.00-dək ünvan 7 ünvanında təşkili ilə əlaqədar "xxxx" ASC-yə, İddiaçı1, İddiaçı2 və X2 bildirişlər göndərilmişdir. İş materialllarına əlavə edilmiş 196969, 196970, 196971, 196070, 196072, 196071, 184019, 184020, 184021 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonlarının surətindən surətindən görünür ki, İddiaçı1, İddiaçı2 və X3 "xxxx" MMC tərəfindən hərracın keçirilməsinə dair göndərilmiş rəsmi bildirişləri qəbul etmişdirlər. İş materiallarına əlavə edilmiş Birja qəzetinin 02.02.2021-ci il tarixli, 01.03.2021-ci il tarixli, 30.03.2021-ci il tarixli buraxılışlarının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilə və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair hərracın keçirilməsi bağlı elanlar və hərracın nəticələrinə dair məlumatlar həmin qəzətdə dərc edilmişdir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçılar iddia tələbinin əsası kimi hərracın keçirilməsi ilə əlaqədar bildirişlərin onların ünvanına gəlməməsi və hərracın keçirilməsindən xəbərləri olmamasına istinad etmişdir. Lakin iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair iddia ərizəsinə hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə prosesinin gedişində məhkəməyə təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.). “İpoteka haqqında” Qanununa əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, 26 fevral 2021-ci il və 17 mart 2021-ci il tarixlərdə keçirilmiş hərraclarla bağlı 02.02.2021-ci il tarixdə və 02.03.2021-ci il tarixdə İddiaçı1 və İddiaçı2 bildirişlər ünvanlanmış, həmin bildirişlər 196969, 196970, 196971, 196070, 196072, 196071, 184019, 184020, 184021 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonlarına əsasən İddiaçı1 və İddiaçı2 (o cümlədən X3) tərəfindən qəbul edilmişdir. Sözügedən tarixlərdə hərraclar baş tutmadığından 30.03.2021-ci il tarixli məktubla ipoteka predmetləri ipoteka saxlayan "xxxx" ASC-yə təklif edilmiş, həmin predmetlər isə 09.04.2021-ci il tarixdə ipoteka saxlayan tərəfindən alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 09 aprel 2021-ci il tarixli, 29/02 nömrəli yekun protokolunun və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracdan satılmasının nəticələri haqqında 09 aprel 2021-ci il tarixli 29/3 nömrəli yekun protokolunun etibarsız və əsasız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olmadığından bu barədə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçılar "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin alqı-satqısı barədə müqavilənin və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə müqavilələrin də etibarsız və əsassız hesab edilməsini xahiş etsə də, həmin sənədləri ümumiyyətlə məhkəməyə təqdim etməmişdir. Həmin müqavilələr mənzilin hərracdan satılmasının nəticələri haqqında 09 aprel 2021-ci il tarixli, 29/02 nömrəli yekun protokolun və qeyri-yaşayış sahəsinin hərracdan satılmasının nəticələri haqqında 09 aprel 2021-ci il tarixli 29/3 nömrəli yekun protokolun əsasında bağlandığından, sözügedən protokolların əsassız hesab edilməsi üçün isə qanunvericilikdə nəzərdə tutulan əsaslar olmadığından məhkəmə hesab edir ki, iddia tələbi alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində də təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar